Əmanətin açıldığı gün gəliri götürmək fürsəti
Expressbank əmanət üzrə faizləri öncədən götürmək istəyən müştərilər üçün “Əlavə fürsət” əmanət məhsulunu təklif edir.
Belə ki, bu əmanət növü üzrə 1 illik 13% qazanc şərtləri ilə əmanət açan müştərilər illik gəlirlərini aybaay və ya müddətin sonunda deyil, əmanətin açıldığı gün götürə bilirlər.
Müştərilər gəlirlərini öncədən götürməklə həmin vəsaiti hər hansı digər ehtiyaclarının ödənilməsinə yönəldə və ya bank əməkdaşlarının konsultasiyası əsasında gəlirlərini artıra biləcək digər bank məhsullarına yatıra bilərlər.
Bu əmanət məhsulunun üstünlükləri bununla bitmir. Expressbank “Əlavə Fürsət” əmanəti üzrə müştərilərinə pulsuz plastik kart təqdim edir, əmanət əsasında kredit götürmək imkanı da yaradır. Depozit Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Bərdə, Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək ATM-i, 7000-dək POS terminalı və 400-dən artıq ExpressPay ödəniş terminalı xidmət göstərir.
Expressbank-la gəlirlərindən də gəlir qazanmaq istəyən müştərilər bu barədə daha ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərlər.
Expressbank-ın “Əlavə fürsət” əmanəti ilə gəlirinizdən gəlir qazanın.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 4 gün sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
- 1 gün əvvəl
-
1 gün əvvəl
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
Neft-qazdan külək və Günəş enerjisinədək – Azərbaycan və Vyetnam prezidentləri enerji əməkdaşlığını müzakirə ediblər
Ən çox oxunanlar
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
“AzerGold” da qiymətlərə endirim etdi - qızıl külçələr 10,49 faizədək, gümüş külçələr 44,17 faizədək ucuzlaşıb
Azərbaycan neftinin son qiyməti
Çipsi və qazlı içkilər üçün aksiz təklif olunur - İstehsalçılar verginin təxirə salınmasını istəyirlər
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq





















