“Yapı Kredi Bank Azərbaycan” IREC – Yaşıl Enerji və Karbon Neytral sertifikatları əldə edib
(®) “Koç Holding”in Aşağı Karbon İqtisadiyyatına Keçid Layihəsi və “Yapı Kredi Bankası” A.Ş. davamlılıq hədəfləri çərçivəsində Scope 1 və 2 emisiyaları daxilində yer alan istehlakın balanslaşdırılması məqsədilə “Yapi Kredi Bank Azərbaycan” IREC – Yaşıl Enerji və Karbon Neytral sertifikatları əldə etmişdir.
IREC və Karbon Neytral Sertifikatı nədir?
Karbon Neytral sertifikatı sayəsində atmosferdə istixana qazı emissiyalarının azaldılması məqsədilə başladılan layihələrə maddi dəstək olmaqla şərti olaraq emisiyalar sıfırlanır.
Günəş, hidroelektrik və külək enerjisi istehsal edən stansiyalar elektrik enerjisi satışı ilə yanaşı IREC standardı - “Yaşıl Enerji Haqqı” satışı da edə bilirlər. Hər bir şirkət il ərzində istehlak etdiyi qədər enerjini bu stansiyalarda maliyyələşdirərək yaşıl enerji istehsalına dəstək verə bilərlər.
Bərpa olunan enerji istehlakları olmayan və beynəlxalq etibarlılığı olan sertifikatlar sahibi olan belə şirkətlər “Net Sıfır” və “Karbon Neytral” olmaq yolunda davamlılıq çalışmalarını sübut etmiş, sosial məsuliyyətlərini yerinə gətirmiş və yaşıl enerji istehsalçılarına dəstək vermiş olur.
Nəticədə, 2022-ci ildə istehlak etdiyimiz Scope 1 üzrə 209 ton CO2 emissiyamızı “sıfırlamış”, Scope 2 üzrə isə 1527 MW elektrik enerjimizi “yaşıllaşdırmış” olduq.
Yapı Kredi Bank Azərbaycan ölkəmizdə ISO 14001:2015 sertifikatını əldə edən ilk bankdır və ekoloji göstəriciləri daha da yaxşılaşdırmaq, eləcə də iqlim dəyişikliyi ilə mübarizəyə təkan vermək, ətraf mühitə olan təsiri minimuma endirmək bank üçün mühüm hədəflər kimi müəyyən edilmişdir. Bank həmçinin BMT-nin Qlobal Sazişinin universal prinsipləri əsasında qlobal iqtisadiyyata və Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə vermək üçün öz üzərinə mühüm və məsuliyyətli korporativ öhdəlik götürmüşdür.
Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan “Yapı Kredi Bank Azərbaycan” QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 16 saat sonra
-
9 san. əvvəl
Banklararası iri ödənişlərin sayında və həcmində ciddi aylıq geriləmə baş verib
-
4 d. əvvəl
Əhalinin kredit borcu 21 milyard manata yaxınlaşıb – Bir ildə 2,45 milyard manat artıb
-
51 d. əvvəl
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb ®
-
57 d. əvvəl
Zəngilanda ilk dəfə “Qarabağa Qayıdış – İlk Texnika Festivalı” keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Əhalinin kredit borcu 21 milyard manata yaxınlaşıb – Bir ildə 2,45 milyard manat artıb
Kartlar ilə verilən kreditlər azalır
Ən çox oxunanlar
Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb
Oktyabrın 3-də gözlənilən hava şəraiti - LEYSAN GÖZLƏNİLİR



























