İnvestorlardan 14%-lə böyük borclar almış "Ferrum Kapital"ın kredit riski artıb, mənfəəti azalıb
"AQA Şirkətlər Qrupu" QSC-yə daxil olan "Ferrum Kapital" QSC 2022-ci ili 2 milyon 158 min manat xalis mənfəət ilə başa vurub. QSC 2021-ci ili 2 milyon 389 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2021-ci illə müqayisədə 2022-ci ildə "Ferrum Kapital"ın xalis mənfəəti 9,7% azalıb.
Marja maliyyə hesabatlarına xəbər verir ki, "Ferrum Kapital"ın faiz gəlirləri 2021-ci ildə 10 milyon 470 min manat ikən, 2022-ci ildə 13 milyon 223 min manata yüksəlib (2 milyon 753 min manat və ya 26,3% artıb).
Şirkətin kredit zərərləri üzrə ehtiyatın yaradılmasına ayırdığı vəsait (kredit zərərləri üzrə ehtiyat xərci) 289 min manat və ya 63,5% artaraq 744 min manata yüksəlib. Şirkət 2021-ci ildə ehtiyata 455 min manat ayırmışdı.
Ehtiyata ayrılan vəsaitin artması şirkətin kredit riskinin artdığına işarədir. Kredit riski borcalanın öhdəliklərini vaxtında tam və ya qismən yerinə yetirməməsi nəticəsində zərərin yaranması riskidir. Verilən borcların qarşılığında ehtiyatın yaradılmasında məqsəd, borc qaytarılmadığı halda zərərin qarşılanmasıdır.
Ötən il "Ferrum Kapital"ın inzibati və digər əməliyyat xərcləri isə 1 milyon 903 min manat və ya 61,5% aratraq 4 milyon 998 min manata çatıb.
Ehtiyata ayrılan vəsaitin və inzibati xərclərinin artması faiz gəlirindəki artımı silib və bu da xalis mənfətin azalması ilə nəticələnib.
PORTFELİ CÜZİ ARTIB
Ötən ilin sonunda "Ferrum Kapital"ın portfeli (müştrilərə verilmiş kreditlər) 36 milyon 102 min manat təşkil edib. Şirkət 2021-ci ilin sonunda 35 milyon 897 min manat portfelə malik idi (205 min manat və ya 0,6% artıb).
Ötən ilin sonunda "Ferrum Kapital"ın buraxılmış borc qiymətli kağızları üzrə 9 milyon 611 min manat öhdəliyi olub. 2021-ci ilin sonunda bu maddə üzrə öhdəlik 1 milyon 683 min manat idi. Ötən il "Ferrum Kapital" illik 14%-lə, yerləşdirdiyi istiqrazlar vasitəsilə investorlardan borc alıb.
Həmçinin "Ferrum Kapital" şirkətinin 34 milyon 868 min manat müddətli borc öhdəlikləri olub.
31 dekabr 2022-ci il tarixində "Ferrum Kapital" QSC 231 nəfər işçiyə malik olub. Şirkət 2022-ci ilin 1-ci rübünün sonunda 182 nəfər işçiyə malik idi.
"Ferrum Kapital" QSC-nin səhmdarları 2 fiziki (Demirçi Qafar Aydın oğlu (68%) və Habib Zadeh Mohammad Reza (23%)) və 2 hüquqi şəxsdir.
2017-ci ildən fəaliyyət göstərən “Ferrum Capital” faktorinq şirkətidir. Faktorinq biznes sahiblərinin müəssisə (və ya şirkət) daxilində nağd pul axınını yaxşılaşdırmaq üçün ödənilməli invoyslarının bir hissəsini və ya hamısını faktorinq şirkətinə satması ilə həyata keçirilən maliyyələşdirmə prosesidir. “Ferrum Capital” pərakəndə ticarətdə satışın hissə-hissə ödənişini də maliyyələşdirir.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 16 saat sonra
-
41 san. əvvəl
Banklararası iri ödənişlərin sayında və həcmində ciddi aylıq geriləmə baş verib
-
4 d. əvvəl
Əhalinin kredit borcu 21 milyard manata yaxınlaşıb – Bir ildə 2,45 milyard manat artıb
-
51 d. əvvəl
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb ®
-
57 d. əvvəl
Zəngilanda ilk dəfə “Qarabağa Qayıdış – İlk Texnika Festivalı” keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Əhalinin kredit borcu 21 milyard manata yaxınlaşıb – Bir ildə 2,45 milyard manat artıb
Kartlar ilə verilən kreditlər azalır
Ən çox oxunanlar
Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb
Oktyabrın 3-də gözlənilən hava şəraiti - LEYSAN GÖZLƏNİLİR






























