Azərbaycan iqtisadiyyatı cüzi artıb
Dövlət Statistika Komitəsi 2023-cü ilin yanvar-mart aylarında Ümumi Daxili Məhsul istehsalı barədə məlumatları açıqlayıb.
Marja xəbər verir ki, 2023-cü ilin yanvar-mart aylarında ölkədə 30 milyard 310,6 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,9 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 4,9 faiz artmışdır.
ÜDM istehsalının 47,5 faizi sənaye, 9,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,0 faizi tikinti, 2,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə sahələrinin, 17,6 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,5 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 2991,2 manata bərabər olmuşdur.
Xatırladaq ki, 2023-cü ilin yanvar-fevral aylarında ölkədə 19 milyard 812,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdu.
2023-cü ilin yanvar-mart aylarında sənaye istehsalı haqqında
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-mart aylarında 18,6 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 4,0 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 4,7 faiz artmışdır.
Sənaye məhsulunun 72,0 faizi mədənçıxarma sektorunda, 22,6 faizi emal sektorunda, 4,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,4 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 1,1 faiz artmışdır
Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,1 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 78,0 faiz, əczaçılıq məhsullarının istehsalı 68,8 faiz, poliqrafiya məhsullarının istehsalı 57,1 faiz, kağız və karton istehsalı 44,4 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 35,7 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 28,0 faiz, tikinti materiallarının istehsalı 25,8 faiz, maşın və avadanlıqların istehsalı 25,4 faiz, içkilərin istehsalı 25,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 16,9 faiz, qida məhsullarının istehsalı 13,6 faiz, elektrik avadanlıqlarının istehsalı 8,7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 8,2 faiz, tütün məmulatlarının istehsalı 6,6 faiz, mebel istehsalı 1,0 faiz, neft məhsullarının istehsalı 0,5 faiz artmış, sair nəqliyyat vasitələrinin istehsalı 0,4 faiz, geyim istehsalı 1,1 faiz, hazır metal məmulatlarının istehsalı 1,3 faiz, kimya sənayesi məhsullarının istehsalı 11,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 44,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 46,1 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 6,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 21,8 faiz artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 gün sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
8 saat əvvəl
"2017-ci ilin aprelindən 1 dollar 1,7 manatdır və belə də olmağa davam edəcək"
- 8 saat əvvəl
-
11 saat əvvəl
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
12 saat əvvəl
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
- 14 saat əvvəl
-
15 saat əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
15 saat əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
15 saat əvvəl
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
15 saat əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR İtaliya millisinin Baş Qlobal Enerji Sponsoru olacaq
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
Ən çox oxunanlar
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək






























