Sahibkarlığın İnkişafı Fondunun kredit portfeli kiçilib, xalis mənfəəti azalıb
Sahibkarlara güzəştli kreditlərin verilməsilə məşğul olan İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) 2022-ci ili 15 milyon 509 min manat xalis mənfəətlə başa vurub. Fond 2021-ci ili 17 milyon 683 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2021-ci illə müqayisədə 2022-ci ildə Sahibkarlığın İnkişafı Fondunun xalis mənfəəti 12,3% azalıb.
Marja Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, 2021-ci ildə Sahibkarlığın İnkişafı Fondunun faiz gəlirləri 11 milyon 657 min manat ikən, 2022-ci ildə 13 milyon 310 min manat təşkil edib.
Digər əməliyyat gəlirləri azaldığından, eyni zamanda əməliyyat xərcləri və mənfəət vergisi xərcləri artdığından Fondun xalis mənfəəti aşağı düşüb.
31 dekabr 2022-ci il tarixində Sahibkarlığın İnkişafı Fondunun kredit təşkilatlarına verdiyi cəmi kreditlər 699 milyon 339 min manat təşkil edib (2021-ci ilin sonunda 716 milyon 396 min manat təşkil etmişdi).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
9 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
10 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti

























