ABB 2023-ün 1-ci rübünü mənfəətlə başa vurub - 2 DƏFƏDƏN ÇOX ARTIM
ABB ASC (Azərbaycan Beynəlxalq Bankı) 2023-cü ilin 1-ci rübü (yanvar-mart) üzrə maliyyə göstəricilərini açıqlayıb.
XALİS MƏNFƏƏTİ ƏHƏMİYYƏTLİ ARTIB
Marja.az xəbər verir ki, ABB 2023-cü ilin 1-ci rübünü 80,4 milyon manat xalis mənfəətlə başa vurub. Bank 2022-ci ilin 1-ci rübünü 39,2 milyon manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, ABB-nin xalis mənfəəti 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 2023-cü ilin 1-ci rübündə 105% (2 dəfədən çox) və ya 41,1 milyon manat artıb.
2023-cü ilin 1-ci rübündə ABB-nin cəmi əməliyyat gəlirləri isə (faiz və qeyri-faiz gəlirləri) 230,4 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 54% və ya 80,7 milyon manat çoxdur.
ABB-nin əməliyyat mənfəəti isə 126,6 milyon manat olub (2022-ci ilin 1-ci rübündə 74.8 milyon manat təşkil etmişdi).
Hesabat dövrü ərzində ABB-nin mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırdığı vəsait 20,7 milyon manat təşkil edib ki, bu da 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 20,2 % və ya 5,2 milyon manat azdır.
BANKIN KREDİT PORTFELİ BÖYÜYÜB
ABB-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2022-ci ilin sonu ilə müqayisədə 1,8% və ya 64,2 milyon manat artaraq 3,6 milyard manata çatıb.
MƏCMU KAPİTALI 1,5 MİLYARDA MANATA YAXINLAŞIB
ABB 1,5 milyard manat məcmu kapitala malikdir. İlk rüb ərzində ABB-nin I dərəcəli kapitalının adekvatlıq əmsalı 22.75%, məcmu kapitalının adekvatlıq əmsalı isə 23.52% təşkil edib. Qeyd etmək lazımdır ki, bu göstəricilər tənzimləyici orqanın müəyyən etdiyi normalardan (müvafiq olaraq sistem əhəmiyyətli banklar üçün minimum 6% və 12%) əhəmiyyətli şəkildə yüksəkdir. Bank 31 dekabr 2022-ci il tarixində 1,4 milyard manat məcmu kapitala malik idi.
31 Mart 2023-cü il tarixində ABB-nin cəmi aktivləri 11,6 milyard manat, öhdəlikləri isə 9,9 milyard manat təşkil edib.
ABB-nin nizamnamə kapitalının 96,37%-i dövlətə məxsusdur.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 16 saat sonra
-
3 d. əvvəl
Əhalinin kredit borcu 21 milyard manata yaxınlaşıb – Bir ildə 2,45 milyard manat artıb
-
50 d. əvvəl
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb ®
-
56 d. əvvəl
Zəngilanda ilk dəfə “Qarabağa Qayıdış – İlk Texnika Festivalı” keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezident: "Artıq göstəriş verildi, əməkhaqqı, pensiyalar, müavinətlər qaldırılacaq"
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Kartlar ilə verilən kreditlər azalır
Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb
Ən çox oxunanlar
Oktyabrın 3-də gözlənilən hava şəraiti - LEYSAN GÖZLƏNİLİR
Pul bazası yeni yüksək səviyyədə – 24,8 milyard manat



























