“AFB Bank”-ın xalis mənfəəti 40% artıb - BANKIN VƏZİYYƏTİ AÇIQLANDI
Ölkənin qabaqcıl banklarından olan “AFB Bank” ASC 2023-ci ilin 1-ci rübünü 2 milyon 603 min manat xalis mənfəətlə başa vurub.
Bankın yaydığı press-relizdə bildirilir ki, ötən ilin müvafiq dövründə xalis mənfəət 1 milyon 854 min manat təşkil etmişdi. Beləliklə, “AFB Bank”ın xalis mənfəəti 40% artıb.
Cari ilin 1-ci rübündə Bank xalis faiz gəlirləri üzrə 3.3 milyon, xalis haqq və komissiya gəlirləri üzrə isə 1.1 milyon gəlir əldə edilib.
“AFB Bank”ın ümumi kredit portfelində artım ötən ilin eyni rübü ilə müqayisədə 14%, kredit satışlarında isə 9% təşkil edib.
Fiziki şəxslərin müddətli əmanətləri ötən ilin eyni dövrü ilə müqayisədə 12 dəfə, hüquqi şəxslərin müddətli əmanətləri isə 2 dəfəyə yaxın artıb.
Bank kapitalının gəlirliliyi əmsalı (ROE) 13.75%, aktivlərin gəlirliliyi əmsalı (ROA) isə 3.57% artıb.
"Hazırda bankın məcmu kapitalının və I dərəcəli kapitalının adekvatlıq əmsalı isə Mərkəzi Bankın normalarından dəfələrlə artıqdır. Belə ki, məcmu kapitalın adekvatlıq əmsalı MB normasına əsasən 10% həddində müəyyən edilməsinə baxmayaraq, “AFB Bank”da bu göstəricisi 35.69% təşkil edir. I dərəcəli kapitalın norması isə 5% olsa da, bankda 33%-dən çoxdur.
Qeyd edək ki, 1-ci rübün yekunlarına əsasən, bankın məcmu kapitalı 73 milyon 963 min manat təşkil edir",- press-relizdə bildirilir.
Hazırda “AFB Bank” 7 filial və 4 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslərə müxtəlif bank xidmətlərini təklif edir.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 16 saat sonra
-
23 d. əvvəl
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb ®
-
29 d. əvvəl
Zəngilanda ilk dəfə “Qarabağa Qayıdış – İlk Texnika Festivalı” keçirilib
- 34 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezident: "Artıq göstəriş verildi, əməkhaqqı, pensiyalar, müavinətlər qaldırılacaq"
-
2 saat əvvəl
Azərbaycan Mərkəzi Bankının ehtiyatları tarixi yüksək səviyyələrdə - YENİ RƏQƏM
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb
Oktyabrın 3-də gözlənilən hava şəraiti - LEYSAN GÖZLƏNİLİR
Ən çox oxunanlar
Pul bazası yeni yüksək səviyyədə – 24,8 milyard manat


























