"Bank VTB Azərbaycan" 2023-ün 1-ci rübünü xalis mənfəət ilə başa vurub
"Bank VTB Azərbaycan" ASC 2023-cü ilin 1-ci rübünü (yanvar-mart) 2 milyon 914 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 5 milyon 497 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin azalması əsasən qeyri-faiz gəlirlərinin azalması ilə əlaqədardır.
FAİZ GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, ötən ilin ilk rübündə "Bank VTB Azərbaycan"ın faiz gəlirləri 6 milyon 232 min manat ikən, 2023-cü ilin ilk rübündə 6 milyon 798 min manat təşkil edib. Bankın qeyri-faiz gəlirləri isə 5 milyon 370 min manatdan 1 milyon 417 min manata düşüb. Bankın qeyri-faiz gəlirlərinin azalmasına haqq, komissiya və xarici valyutalardan gəlirlərinin azalması səbəb olub.
BANK BÖYÜYÜB
31 Mart 2023-cü il tarixində "Bank VTB Azərbaycan" 248 milyon 78 min manat cəmi aktivlərə, o cümlədən 167 milyon 912 min manat kredit portfelinə malik olub. Bank ötən ilin sonunda 238 milyon 493 min manat cəmi aktivlərə, o cümlədən 159 milyon 775 min manat kredit portfelinə malik idi.
DEPOZİT PORTFELİ 100 MİLYON MANATI AŞIB
İlk rübdə Bankın depozit portfeli 10 milyon manatdan çox artaraq 104 milyon 910 min manata yüksəlib.
MƏCMU KAPİTALI ARTIB
31 Mart 2023-cü il tarixində "Bank VTB Azərbaycan" 76 milyon 724 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 73 milyon 594 min manat məcmu kapitala malik idi.
"Bank VTB Azərbaycan" ASC Rusiyanın VTB Qrupunun Azərbaycanda törəmə bankıdır.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 16 saat sonra
-
22 d. əvvəl
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb ®
-
28 d. əvvəl
Zəngilanda ilk dəfə “Qarabağa Qayıdış – İlk Texnika Festivalı” keçirilib
- 33 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezident: "Artıq göstəriş verildi, əməkhaqqı, pensiyalar, müavinətlər qaldırılacaq"
-
2 saat əvvəl
Azərbaycan Mərkəzi Bankının ehtiyatları tarixi yüksək səviyyələrdə - YENİ RƏQƏM
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb
Oktyabrın 3-də gözlənilən hava şəraiti - LEYSAN GÖZLƏNİLİR
Ən çox oxunanlar
Pul bazası yeni yüksək səviyyədə – 24,8 milyard manat





























