"Yapı Kredi Bank Azərbaycan" 2023-cü ilin 1-ci rübünü 2,2 milyon manat xalis mənfəətlə başa vurub
"Yapı Kredi Bank Azərbaycan" QSC 2023-cü ilin birinci rübünü 2.2 milyon manat mənfəətlə başa vurmuşdur.
Bankın yaydığı press-relizdə bildirilir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar - mart ayları üzrə faiz gəlirləri 43.7% artaraq 8.3 milyon manat, qeyri-faiz gəlirləri 9.8% artaraq 4.3 milyon manat təşkil edib. Ümumilikdə, xalis faiz gəliri keçən ilin analoji dövrü ilə müqayisədə 43% artaraq 7.7 milyon manat olmuşdur.
Cari ilin ilk rübündə “Yapı Kredi Bank Azərbaycan” QSC-də müştərilərə verilən kredit porfelinin həcmi keçən ilin sonu ilə müqayisədə 34.5% artmış və 235 milyon manat olmuşdur. Belə ki, istehlak kreditləri 5.2% artaraq 48 milyon manat, həmçinin biznes kreditləri 162 milyon manata bərabər olmuşdur. Daşınmaz əmlak üzrə verilən kreditlər isə 13.9% artaraq 26 milyon manat təşkil edib.
Eyni zamanda, bankın depozit portfeli keçən ilin son rübü ilə müqayisədə 28.3% artaraq 366 milyon manat, bankın aktivləri isə 23% artaraq 486 milyon manat təşkil edib
“Yapı Kredi Bank Azərbaycan” QSC cari ilin ilk 3 ayında Azərbaycan Mərkəzi Bank tərəfindən müəyyən olunmuş prudensial normativləri lazımı səviyyədə yerinə yetirmişdir. Belə ki, müvafiq dövrün sonuna bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 25.83%, məcmu kapitalının adekvatlıq əmsalı isə 27.64% olmuşdur. Bankın tutulmalardan sonra məcmu kapitalı 77.7 milyon manat təşkil edib. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır.
Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan “Yapı Kredi Bank Azərbaycan” QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 16 saat sonra
-
23 d. əvvəl
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb ®
-
29 d. əvvəl
Zəngilanda ilk dəfə “Qarabağa Qayıdış – İlk Texnika Festivalı” keçirilib
- 34 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezident: "Artıq göstəriş verildi, əməkhaqqı, pensiyalar, müavinətlər qaldırılacaq"
-
2 saat əvvəl
Azərbaycan Mərkəzi Bankının ehtiyatları tarixi yüksək səviyyələrdə - YENİ RƏQƏM
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb
Oktyabrın 3-də gözlənilən hava şəraiti - LEYSAN GÖZLƏNİLİR
Ən çox oxunanlar
Pul bazası yeni yüksək səviyyədə – 24,8 milyard manat




























