Beynəlxalq Bankda üzlər gülür - plan qəbul edildi
Azərbaycan Beynəlxalq Bankı öhdəliklərinin könüllü restrukturizasiyası planının kreditorların 18 iyul 2017-ci il tarixində keçirilmiş yığıncağında qəbul olunduğunu elan edib.
Yığıncağın nəticələrinə əsasən, restrukturizasiya olunan öhdəliklərin 94.1%-ə malik kreditorlar səsvermə prosesində iştirak edib və onların 93.9%-i planın lehinə səs verib.
“Banklar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, planın qəbulu üçün öhdəliklərin 2/3 hissəsinə sahib kreditorların razılığı tələb olunur. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının razılığı və Nəsimi rayon məhkəməsinin təsdiq qərarından sonra restrukturizasiya planı hüquqi qüvvəyə minəcək.
Restrukturizasiya nəticəsində bankın təxminən 3,34 mlrd. ABŞ dolları məbləğində xarici öhdəliyi ləğv ediləcək, əvəzində xarici kreditorlara bank və dövlət tərəfindən buraxılmış yeni qiymətli kağızlar təqdim olunacaq.
Bununla yanaşı, üstün hüquqa malik və subordinasiya borcları üzrə hüququ çatan kreditorlara 10 may - 1 sentyabr 2017-ci il tarixləri ərzində hesablanmış, lakin ödənilməmiş faizlər ödəniləcək.
Azərbaycan hökuməti bu prosesi bankın müəyyən xarici valyutada olan öhdəliklərinin birbaşa dövlət borcuna aid edilməsi yolu ilə dəstəkləyir. Nəticədə Azərbaycanın yüksək suveren reytinqlərini nəzərə alaraq xarici kreditorlar daha etibarlı və yüksək kredit qabiliyyətli maliyyə alətləri əldə etmiş olurlar.
Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov səsvermənin nəticələri ilə bağlı bildirib:
“Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin restrukturizasiyası prosesinin uğurlu nəticəsi göstərir ki, Maliyyə Nazirliyi tərəfindən dəstəklənən bu plan həm bankın, həm də bu planı dəstəkləmiş kreditorların maraqlarına cavab verir. Prosesin uğurla başa çatdırılması bankın 2018-ci ilin sonlarına qədər özəlləşdirilməsi ilə bağlı Azərbaycan hökumətinin məqsədlərinin yerinə yetirilməsinə də şərait yaradır”.
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı əlavə edib:
“Azərbaycan Beynəlxalq Bankının öhdəliklərinin restrukturizasiya planının xarici kreditorların mütləq əksəriyyəti tərəfindən qəbulu Azərbaycanın bank-maliyyə sektorunun inkişafı üçün çox mühim addımdır. Palata əmindir ki, Azərbaycan Beynəlxalq Bankı Azərbaycanın maliyyə sistemindəki önəmli rolunu bundan sonra da davam etdirəcək”.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Xalid Əhədov deyib:
“Bu gün Azərbaycan Beynəlxalq Bankı üçün mühüm tarixi gündür. Birgə səylərimiz bankın uzunmüddətli dayanıqlığını təmin edəcək. Könüllü restrukturizasiya qərarı Bankın sağlamlaşdırılması prosesində qanunauyğun addım idi. Biz bununla bankın maliyyə sağlamlaşdırmasının önəmli bir hissəsini başa çatdırdıq. Səsvermənin nəticələri göstərir ki, kreditorlarımız da bu addımı dəstəklədilər. Restrukturizasiya prosesinin başa çatdırılması Bankın kapital mövqeyini gücləndirəcək və onun yeni inkişaf hədəflərinə fokuslanmasına imkan verəcək”.
Restrukturizasiya planı hüquqi qüvvəyə mindikdən sonra hər bir kreditor informasiya memorandumunda təsvir edildiyi şəkildə nağd vəsait və/və ya yeni qiymətli kağızlar (və ya yeni qiymətli kağızların satılmasından əldə olunan nağd vəsait) alacaq.
Plana səs vermiş kreditorlar öhdəliklərlə bağlı Banka qarşı hər hansı tələblərinin qalmaması barədə müvafiq sənədi 22 avqust 2017-ci il tarixinə qədər təqdim etməlidirlər. Həmin sənədi təqdim etmiş kreditorlar təklif edilən maliyyə alətlərini 1 sentyabr 2017-ci il tarixindən əldə etmək hüququna malik olacaqlar.
Müştərilərin xəbərləri
“Prime Cotton” beynəlxalq treyderlərlə ilk müqavilələrini bağlayıb: Azərbaycan pambığı üçün yeni bazar imkanları
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
6 saat əvvəl
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
8 saat əvvəl
“Apple” illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı “MacBook Pro” satışa çıxır
-
8 saat əvvəl
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
-
9 saat əvvəl
Xankəndidə mühüm beynəlxalq toplantı – Maliyyə və birja sektorlarına nəzarət gündəmdə
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Kredit Evi” 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
-
10 saat əvvəl
Kanada Mərkəzi Bankı 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırdı
-
10 saat əvvəl
1000 manatlıq investisiyaya ildə 150 manat gəlir – Yeni istiqraz emissiyası
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
FED faiz qərarını açıqladı
Ən çox oxunanlar
Bu bank minimum 8.5%-lə kredit təklif edir ®
Bakıda köhnə avtobuslar gələn il tamamilə yenilənəcək
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
























