“Baku Steel Company” QSC 28-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisində iştirak edir - FOTO/VİDEO
(®) “Baku Steel Company” QSC mayın 31-dən iyunun 2-dək Bakı Ekspo Mərkəzində keçirilən 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində (Caspian Oil&Gas) iştirak edir.
Sərgi 37 ölkədən 326 şirkətin təmsil olunduğu və bu il mayın 31-dən iyunun 3-dək keçiriləcək, Xəzər regionun ən nüfuzlu tədbiri olan Bakı Enerji Həftəsi çərçivəsində baş tutur.
Qafqazın ən böyük metallurgiya şirkəti olan “Baku Steel Company” QSC-nin əsas sporsorlarından biri olduğu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən sərgidə şirkət müəssisədə istehsal edilən yüksək keyfiyyətli kvadrat və dairəvi pəstahlar, neft-qaz istismarı layihələrində istifadə olunan və yüksək dərinlik təzyiqinə davamlı tikişsiz borular, müxtəlif ölçülü armaturlar, eləcə də polad məftil (katanka), çeşidli fasonlu tökmələr və s. məhsulların nümayiş olunduğu böyük stendlə çıxış edir.
Sərginin açılış anından etibarən müxtəlif profilli yerli və xarici şirkətlərin nümayəndələri və distribütorları “Baku Steel Company” QSC haqqında məlumatlarla yaxından maraqlanırlar. Cəmiyyətin məsul şəxsləri onlarla mütəmadi işgüzar görüşlər keçirir, danışıqlar aparırlar.
“Baku Steel Company” QSC-nin Bakı Enerji Həftəsi və sərgidən əsas gözləntiləri müxtəlif beynəlxalq və yerli şirkətlərlə işgüzar əlaqələr yaratmaq, satış bazarının miqyasını genişləndirmək, etibarlı tərəfdaşlar əldə etməkdir.
Xatırladaq ki, son bir ildə quraşdırılmış 10,250 m radiuslu yeni nəsil fasiləsiz pəstahtökmə maşını (FPTM) müəssisəyə vaxta qənaət etmək və itkini azaltmaqla daha çox və yüksək keyfiyyətli məhsul istehsalına imkan verir. Prosesin davamı olaraq hazırda innovativ texnologiya əsasında quraşdırılan vakuum deqazasiya və qapalı tökmə sistemləri tərkibi qeyri-metallik birləşmələrdən təmizlənməklə tikinti ilə yanaşı maşınqayırma, aviasiya və s. sahələrdə istifadə edilə biləcək daha keyfiyyətli poladın istehsalına şərait yaradacaq.
ISO, EN, DIN, ASTM kimi beynəlxalq standartların sertifikatlarına sahib olan, o cümlədən Almaniya və ABŞ standartlarının bütün tələb və şərtlərinə cavab verən “Baku Steel Company” QSC-nin məhsulları şirkətin 22 illik fəaliyyəti dövründə Avropa, Amerika və Asiyanın ümumilikdə 20-dən çox ölkəsinə ixrac olunub.
Dünya metallurqlarının aparıcı və nüfuzlu beynəlxalq təşkilatı hesab edilən Dünya Polad Assosiasiyasının (World Steel Association) 170 üzvü arasında regionun yeganə təmsilçisi olan “Baku Steel Company” QSC-nin boruları 2023-cü ildən etibarən ABŞ-a da ixrac edilir.
“Baku Steel Company “QSC-nin təqdim etdiyi məhsullarla yaxından tanış olmaq və şirkət ilə əməkdaşlıq etmək istəyənlər sərgidəki 1C314 nömrəli stendi ziyarət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
6 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
6 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























