Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

İş adamından Qarabağda 50 milyon manatlıq layihə təklifi

iç səhifə xəbər başlığı altı (mobil)_31
İş adamından Qarabağda 50 milyon manatlıq layihə təklifi

İş adamı Bəhruz Məmmədov Qarabağ ərazisində ilkin mərhələsinin dəyəri 50 milyon manat olan layihələri həyata keçirməyi planlaşdırır. Layihə heyvandarlıq (qoyunçuluq), taxılçılıq (buğda və arpa), pambıqçılıq və bağçılıq təsərrüfatlarının qurulmasını nəzərdə tutur. Bu barədə məlumatları Marja.az-a layihə üzrə İcraçı direktor Malik Məmmədov təqdim edib.

Təqdim edilən məlumatlarda qeyd edilir ki, yaxın vaxtlarda Bəhruz Məmmədov tərəfindən “AZM Agro” MMC adlı şirkət təsis olunacaq. Şirkətin Qarabağda həyata keçirəcəyi “Yeni İntensiv Təsərrüfat Layihəsi” özünəməxsus innovativ yanaşması ilə bu sektorda böyük yeniliklərə imza atacaq.

Reklam_3_11

Verilən məlumata görə, Şirkətin sahibi Bəhruz Məmmədov layihə üçün müvafiq müraciətləri artıq ünvanlayıb.

Məlumatda qeyd edilir ki, layihənin ilkin mərhələsinin dəyəri 50 milyon manat ətrafında qiymətləndirilir.  Şirkətin əsas fəaliyyət zonası Ağcabədi, Bərdə, Beyləqan və Qarabağ regionu olmaqla, cari ildə ümumilikdə 10 min hektardan çox ərazini əhatə edəcəkdir. Növbəti il ərzində layihənin ərazisinin 15 min hektara geniləndirilməsi nəzərdə tutulur.

5 il ərzində layihənin ümumi dəyərinin 100 milyon dollardan artıq olacağı gözlənilir. Yalnız 3 il ərzində layihə üzrə sahələrə 50 milyon manatadək kapitalın cəlb olunması planlaşdırılır ki, bu məbləğ ildən-ilə daha da artacaqdır:

“Bu layihəni hazırlayaraq icra etməyi qərara almaqda məqsədimiz - dövlətimizin qeyri-neft sektorunun inkişaf etdirilməsinin onun əsas prioritetlərindən biri olduğunu rəhbər tutaraq, iqtisadiyyatda səmərəliliyin artırılması, ölkə ərazisində dayanıqlı və innovativ yeniliklərlə əhatə olunmuş müxtəlif kənd təsərrüfatı sahələrini inkişaf etdirməklə rəqabət qabiliyyətinin yüksəldilməsidir”.

10 MİLYON MANAT GÜZƏŞTLİ KREDİT ALINMASI PLANLAŞDIRILIR

Şirkət işlərin gedişatını daha da sürətləndirmək üçün cari ildə layihə üçün Sahibkarlığın İnkişafı Fondundan 10 milyon  manat güzəştli kredit cəlb etməyi planlaşdırır.

“AZM Agro” ilkin olaraq 50 nəfəri mövsümi, 20 nəfəri isə daimi işə götürməyi planlaşdırır. İşə götürülənlər kənd təsərrüfatı sektorunda bilik, bacarıq və təcrübəyə malik olan şəxslərdən seçiləcəkdir. Xüsusilə, bölgədə qurulacaq  təsərrüfat sahələri üzrə xüsusi təlimli aqronomlar və baytarlar cəlb olunmaqla, uğurlu və səmərəli işin təşkili təmin olunacaqdır:“Biz bu sektorda dayanıqlı, innovativ, və intensiv Kənd Təsərrüfatı Layihəsi`ni ən sürətli şəkildə qurmağı hədəfləyirik”,- məlumatda deyilir.

3 MİN BAŞLIQ QOYUNÇULUQ FERMALARI

İcraçı direktorun təqdim etdiyi məlumata görə, müxtəlif cinslərə aid damazlıq qoyunçuluq fermaları yaradılacaq.

"Əsasən yerli, həmçinin xarici sortlardan istifadə olunmaqla müxtəlifcinsli damazlıq qoyunlar yetişdirilərək, ölkə ərazisində fəaliyyət göstərən digər qoyunçuluq təsərrüfatlarına töhvə verməklə, bu sahədə ciddi irəliləyişlərə nail olmağı planlaşdırırıq. Qoyunçuluq təsərrüfatında heyvan sayını 3 il ərazində 3 000 başa çatdırmağı hədəfləməklə, iribuynuzlu heyvanların isə bu müddətdə 150 baş olacağını proqnozlaşdırırıq. Fermalar iki fərqli bölgədə olmaqla, hər birinin 1000 hektardan çox fermaətrafı əraziləri olacaqdır. Burada vahid süd kombinat məntəqələri qurulacaqdır ki, bu da heyvanlardan yığılan südün müvafiq saxlanılmasına şərait yaradacaqdır. İki fərqli bölgədə olacaq olan bu fermalar Zəngilan rayonu ərazisində və Xocavənd rayonunda qurulması nəzərdə tutulur. Ümumilikdə, şirkət 3 il ərazində qoyunçuluq üzrə 5 milyon manata qədər vəsait xərcləməyi planlaşdırır. Bu da ölkə ərazisində bu sahə üzrə indiyədək atılmış olan ən böyük addımlardan biri olacağı fikrini təsdiqləməklə bərabər, ölkə ərazisində ət və süd məhsullarının artımına ciddi töhvə verməklə, bazarda bolluq yaradaraq, bu sahə üzrə olan inflyasiya faizini aşağıya salmağı hədəfləyir",- məlumatda deyilir.

5000 HEKTARDA BUĞDA VƏ ARPA ƏKİNİ PLANI

“AZM Agro” taxılçılıq sahəsi üzrə də öz fəaliyyətini ortaya qoyaraq cari ildə Qarabağ ərazisində, Dövlət Ehtiyat Fondundan icarəyə götürüləcək 5000 hektar ərazidə yüksək məhsuldarlığı olan, müxtəlif yerli və xarici ( Türkiyə, Rusiya və Avropa) mənşəli buğda və arpa sortları becərəcəkdir. Şirkət yalnız Qarabağ bölgəsində deyil, Aran rayonlarındakı müasir pivot suvarma sistemi ilə təchiz ediləcək olan 3000 hektara yaxın ərazidə 10 000 tona qədər buğda istehsal etməyi planlaşdırır: "Bütün bunlar ölkədəki taxıl ehtiyatlarına ciddi şəkildə töhvə vermək fonunda atılan intensiv addımlardır. “AZM Agro” sadəcə bu il buğda və arpa istehsalı üçün 6 milyon manatdan artıq kapitalı cəlb etməyi planlaşdırır".

SUPERİNTENSİV ÜZÜM BAĞI

“AZM Agro” MMC intensiv bağçılıq üzrə də böyük uğurlara nail olmağı hədəfləyir. Təqdim edilən məlumatlara görə, təsis ediləcək şirkət növbəti ilin mart-aprel aylarına qədər 50 ha superintensiv üzüm bağı salmağa hazırlaşır. Bağlar həm texniki, həm süfrəlik sortlardan ibarət olacaqdır. Şirkət üzüm bağlarının salınması prosesini davam etdirərək 2024-cü ildə 100 ha üzüm bağı, 2025-ci ildə isə əlavə 200 ha üzüm və 100 ha fındıq bağlarının salınmasını planlaşdırır. 500 ha intensiv bağçılıq üçün şirkətin planlaşdırdığı investisiyanın dəyəri 40 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu bağlar tam fərqli və müasir üslubda, süfrəlik üzümlüklər üçün müasir suvarma sistemlərinin təchizatı ilə, müxtəlif xarici və sertifikatlı sortlardan istifadə edərək salınacaqdır. Bununla da şirkət regionda bağçılıq nöqteyi-nəzərdən bir sıra yeniliklərə sahiblik etməyi planlaşdırır. 2026-ci ilə kimi 500 hektardan çox intensiv bağların salınmasını hədəfləyən şirkət bu prosesin yalnız Qarabağ regionunda deyil, respublikanın digər ərazilərində də davam edilməsini hədəfləyir. Bağların suvarılmasınl təmin etmək məqsədilə şirkət ərazidə 5 ədəd, hər birinin tutumu 10.000 m3 olan hovuzlar inşa etməyi nəzərdə tutur.

2 MİN HEKTARDA 10 MİN TON PAMBIQ İSTEHSALI PLANI

Digər sahələrdə olduğu kimi, pambıqçılıqda da böyük irəliləyişlərə nail olmaq üçün şirkət cari ildə 2 000  ha ərazidə pambıq istehsalını planlaşdırır ki, buradan bir mövsüm  ərzində 10 000 tondan artıq pambıq istehsal ediləcəyini güman edilir. Pambıqçılıq ən uyğun ərazilərdə, Aran regionunda becəriləcəkdir. Növbəti ildən şirkət 5 000  hektardan çox pambıq əkini həyata keçirməyi nəzərdə tutur.

 “Təsərrüfatın bütün sahələri üzrə keyfiyyətli xidməti və inkişafı təmin etmək məqsədilə şirkətimiz tərəfindən Avropa və dünya standartlarına cavab verən qabaqcıl maşın və texnikalar, proseslər və məhsullardan istifadə olunması qərara alınıb”, - məlumatda bildirilir.

Bəhruz Məmmədov Malik Məmmədov AZM Agro Qarabağ bağçılıq üzümçülük pambıqçılıq işadamı suvarma təsərrüfat
11.07.2023 17:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ

Ən çox oxunanlar