Coca Cola şirkətinin rəsmisi Elşad Fərzəliyevə dövlət medalı təqdim olunub - FOTOLAR
Coca-Cola-nın rəsmi nümayəndəsi Elşad Fərzəliyevə ““ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı təqdim edilib.
Şirkətin Avrasiya ölkələri üzrə İctimaiyyətlə Əlaqələr Direktoru olan Elşad Fərzəliyevə medal Coca-Cola və “ASAN xidmət” arasında sosial, humanitar və ekoloji layihələr üzrə geniş əməkdaşlığın qurulmasındakı xüsusi roluna görə təqdim edilib.
Belə ki, Coca‑Cola şirkəti “ASAN xidmət” və "ASAN Könüllüləri" Təşkilatı ilə 2016-ci ildən etibarən bir neçə istiqamətdə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində ölkəmizdə ekoloji durumun yaxşılaşdırılmasına, qadınlarının məşğulluq potensialının gücləndirilməsinə, gənclərin sahibkarlıq təşəbbüslərinə, COVID-19 pandemiyası ilə mübarizəyə dəstək məqsədilə çoxsaylı layihələr həyata keçirilib.
Elşad Fərzəliyev bu əməkdaşlığın yüksək qiymətləndirilməsindən məmnunluğunu ifadə edib və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (ASAN xidmət) təşəkkürünü bildirib: “ASAN Xidmətin və ASAN könüllülərinin Coca-Cola ilə tərəfdaşlığı çox uğurla inkişaf etməkdədir. Biz 5 ildən çoxdur ki, Azərbaycan cəmiyyətinin sosial və ekoloji rifahının inkişafı üçün birgə çalışırıq. Həyata keçirdiyimiz layihələrdə ümumilikdə 10 mindən çox insana töhfə verə bilmişik. Layihələrimizin miqyası paytaxt və regionları əhatə edir. İnanıram ki, birgə əməkdaşlığımız bundan sonra da uğurla davam edəcək”.
Coca-Cola rəsmisi Elşad Fərzəliyevə medalı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) yaradılmasının 11 illiyinə həsr olunmuş tədbirdə Agentliyin sədri Ülvi Mehdiyev təqdim edib.
Coca-Cola-nın Azərbaycanda həyata keçirdiyi layihələr barədə daha ətraflı məlumatla tanış olmaq üçün www.coca-cola.az saytına keçid edə bilərsiniz.
Qeyd edək ki, ““ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı 2022-ci il 20 dekabrda prezident İlham Əliyevin imzaladığı Qanunla təsis edilib. Medal ilə “ASAN xidmət”in fəaliyyət istiqamətləri üzrə səmərəli əməkdaşlıq edən, bu sahədə mühüm layihələrin hazırlanmasında və həyata keçirilməsində fəal iştirak edən şəxslər, habelə həmin sahədə xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri təltif edilirlər.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
12 d. əvvəl
Tramp Kubaya neft satan ölkələrə gömrük tarifi tətbiqini nəzərdə tutan sərəncam imzalayıb
-
8 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Dünyanın ən böyük suveren fondu son 2 ilin ən yüksək gəlirliliyini göstərib
-
9 saat əvvəl
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir.
- 12 saat əvvəl
-
12 saat əvvəl
22 bankdan 5-nin balans kapitalı 240 milyon manatdan çox olub - SİYAHI
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Kimya şirkəti Dow 4 min 500 nəfəri işdən çıxaracaq
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir.
Ən çox oxunanlar
Tramp: Pauell milli təhlükəsizliyimizə zərər verir
Tam yeni Toyota Hilux artıq Toyota Abşeronda
Bakı–Tbilisi–Qars üzrə müqavilələr imzalandı
Mərkəzi Bankın baş direktorlarından biri müşavir vəzifəsinə keçirilib, yerinə təyinat olub
Sərfəli şərtlərlə qızıl təminatlı kredit
Tbilisidə BTQ dəmir yolunun təhvil-təslimi üzrə yekun aktın imzalanması müzakirə olunub
Qəbələdə nəhəng pivə və sərinləşdirici içki zavodu tikiləcək - Nazir şirkətin sahibilə görüşdü



















