Yeni idman dünyası Kinon TV-də: “Setanta Sports & TV” paketi istifadəyə verildi ®
Yeni paket geniş idman məzmununu və 260-dək yerli və xarici telekanalı bir abunəlikdə birləşdirirAzercell Kinon TV platformasında idmansevərlər üçün yeni “Setanta Sports & TV” paketi istifadəyə verib. Yeni paket futbolun aparıcı Avropa liqaları, Formula 1 yarışları və geniş televiziya məzmununu vahid rəqəmsal abunəlikdə bir araya gətirir.
Paket çərçivəsində istifadəçilər Setanta Sports-un geniş idman kontentinə çıxış əldə edirlər. “Setanta Sports Canlı Yayımları” və Setanta Sports HD 1, Setanta Sports HD 2 telekanalları vasitəsilə LaLiga, İngiltərə Premyer Liqası, Serie A və Formula 1 daxil olmaqla, bir sıra aparıcı idman yarışlarını canlı izləmək mümkündür. “Setanta Live Streams” ilə isə istifadəçilər platformada təqdim olunan canlı yayımlar arasından istədikləri matç və tədbiri seçərək izləyə bilərlər.
“Setanta Sports & TV” paketinin imkanları bununla məhdudlaşmır. Paketə TVnet Sport, Sport TV 1 və Sport TV 2 kanalları, eləcə də 260-dək yerli və xarici telekanal da daxildir.
Beləliklə, Kinon TV qeyd olunan geniş idman məzmununu rəqəmsal formatda vahid abunəlik çərçivəsində təqdim edən ölkənin ilk və yeganə lisenziyalı TV platformasıdır.
İstifadəçilər məzmundan mobil telefon, planşet və digər uyğun cihazlar vasitəsilə istənilən yerdə yararlana bilərlər. Xidmətdən istifadə üçün əlavə avadanlıq, ayrıca abunəlik və ya ənənəvi televiziya bağlantısı tələb olunmur.
“Setanta Sports & TV” paketinin aylıq abunə haqqı 10,99 AZN-dir. Paketə qoşulmaq üçün mobil telefondan *999#YES kodunu yığmaq kifayətdir. Daha sonra təqdim olunan istifadəçi adı və şifrə ilə Kinon tətbiqinə daxil olaraq xidmətdən istifadə etmək mümkündür.
Azercell Kinon TV platformasında təqdim olunan məzmunu mütəmadi olaraq genişləndirərək abunəçilərinə daha zəngin və çevik rəqəmsal əyləncə imkanları təqdim etməyə davam edir.
Kinon TV haqqında ətraflı məlumat: www.kinon.tv
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 4 gün sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
- 1 gün əvvəl
-
1 gün əvvəl
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
Neft-qazdan külək və Günəş enerjisinədək – Azərbaycan və Vyetnam prezidentləri enerji əməkdaşlığını müzakirə ediblər
Ən çox oxunanlar
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
“AzerGold” da qiymətlərə endirim etdi - qızıl külçələr 10,49 faizədək, gümüş külçələr 44,17 faizədək ucuzlaşıb
Azərbaycan neftinin son qiyməti
Çipsi və qazlı içkilər üçün aksiz təklif olunur - İstehsalçılar verginin təxirə salınmasını istəyirlər
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq























