Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Siravi işçini logistika şirkətlərinin sahibinə çevirən biznes yolu - FƏRRUX BAXŞIYEVLƏ MÜSAHİBƏ

"Şirkətimiz müştərilərə Çin və Asiyadan gələn konteyner daşımalarına xüsusi qiymət təklif edə bilər"
iç səhifə xəbər başlığı altı (mobil)_31
Siravi işçini logistika şirkətlərinin sahibinə çevirən biznes yolu - FƏRRUX BAXŞIYEVLƏ MÜSAHİBƏ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

10 ildən çox beynəlxalq yükdaşıma və logistika sahəsində təcrübəyə malik, “Azerbaijan Logistics Services" MMC, “ALS Global Transport Gürcüstan” şirkətinin təsisçisi və Baş Direktoru (CEO-su), “ATSCO" MMC şirkətinin təsisçisi Fərrux Baxşiyevlə müsahibə:

-Fərrux bəy, gənc iş adamı olsanız da, müşahidələrimiz onu göstərir ki, brendlərin yaradılmasında geniş təcrübəyə sahibsiniz. Bəs, logistika sahəsində biznes yaratmağa marağınız nədən qaynaqlandı? 

-Uşaq yaşlarından pul qazanmağa, öz biznesimi qurmağa böyük marağım və həvəsim olub. Bu maraq və həvəsi isə artıq yeniyetmə yaşlarımda bacarığa çevirməyə başladım. 

2007-ci ildə Azərbaycan Turizm İnstitutunun “Biznesin təşkili və idarə edilməsi” ixtisasına qəbul oldum. Tələbəlik illərində bir neçə yerdə işlədim və həmçinin, kiçik bizneslə məşğul oldum. 17 yaşımda artıq ilk rəsmi iş yerimi qazanmışdım.  Tələbəliyin ilk illərində məşhur otellərin birində konsyerj olaraq çalışırdım. Onu deyim ki, yaxşı bəxşişlər alırdım və bu mənə vəsaitlərimi toplamağa, yığım etməyə, daha sonra isə həmin vəsaitlə iş qurmaq üçün investisiya etməyə imkan yaradıb. 

Hərbi xidməti başa vurandan sonra isə logistika şirkətində işə başladım. Bilirsiniz, gördüyünüz iş sizə gəlir gətirməklə yanaşı, həm də zövq verməlidir.  Konfutsinin bununla bağlı gözəl bir sözü var: "Choose a job you love, and you will never have to work a day in your life". Yəni, insan sevdiyi işi seçərsə həyatında bir gün də olsa işləmək məcburiyyətində qalmayacaq. Və mən anladım ki, logistika sahəsində fəaliyyət göstərməklə daha uğurlu karyera qura bilərəm. Çünki bu işdən zövq alıram və fəaliyyətimdən yorulmuram. Bəlkə, ona görədir ki, artıq şirkət rəhbəri olsam da, hələ də əməliyyat işlərindən tam kənarlaşa bilmirəm. 

Bir neçə il logistika sahəsində işləyib təcrübə topladıqdan sonra şəxsi biznesimi qurmağı, öz logistika şirkətimi yaratmağı qərara aldım. Və beləliklə, 2018-ci “Azerbaijan Logistics Services” şirkətini təsis etdim və hazırda şirkət uğurla inkişaf edir. Eyni zamanda təhsilimi də davam etdirirəm. Hazırda İngiltərənin “London School of Economics and Political Science” universitetinin tələbəsiyəm. 

- “Azerbaijan Logistics Services” müştərilərinə hansı xidmətləri təklif edir? 

- “Azerbaijan Logistics Services”in  gənc və dinamik yükdaşıma şirkəti kimi beynəlxalq şəbəkənin bir hissəsidir, 105 ölkədə 270-dən çox logistika partnyoru var. Bu da bizə  əsas bazarların böyük hissələrinə çıxış fürsəti yaradır və rəqabətli tariflər üzrə danışıqlar aparmağa imkan verir.

“Azerbaijan Logistics Services” ümumilikdə, hava, dəniz, o cümlədən Ro-Ro, dəmiryolu və avtonəqliyyat vasitələri ilə yükdaşıma xidmətləri, daxili çatdırılma xidmətləri, həmçinin, müştərilərə ixrac, idxal, logistika və gömrüklə bağlı bütün ehtiyacları bir əldə cəmləyərək konsultasiya xidmətləri göstərir. Eyni zamanda şirkətimiz ağır texnikaların icarəsini də müştərilərinə təklif edir. 

Yeri gəlmişkən deyim ki, şirkətimiz müştərilərə Çin və Asiyadan gələn konteyner daşımalarına xüsusi qiymət təklif edə bilər. Bizim Avropada 2 anbarımız fəaliyyət göstərir. Bu isə imkan yaradır ki, müştərilərin Avropada olan yüklərini (LTL) bir mərkəzdə toplayaq və Azərbaycana çatdırılmasını rahat şəkildə təmin edək. Şirkətimiz qısa zamanda üçüncü anbarın da fəaliyyətini aktivləşdirəcək.  “Azerbaijan Logistics Services” bundan əlavə, Çin, BƏƏ və Avropa ölkələrinə təcili yüklər üçün xüsusi qiymət təklifləri ilə avia daşımalar da təşkil edir. Layihə və iri qabaritli yüklərin daşınmasını da aktiv şəkildə həyata keçiririk. 

 -Hazırda bir neçə logistika şirkətinin rəhbərisiniz və 100-dən çox ölkədə bu sahədə partnyorlarınız var. Necə oldu ki, yerli brendləri qlobal miqyasda tanıda bildiniz? 

- “Azerbaijan Logistics Services”  şirkəti artıq 6 ildir ki, ölkəmizdə fəaliyyət göstərir. Hər il göstəricilərimiz demək olar ki, 2 dəfə artır. Bu il isə biz komandamızla birlikdə Gürcüstanda “ALS Global Transport” şirkətini təsis etmişik. Hazırda beynalxaq komanda toplamışıq, Gürcüstan üzrə bazar araşdırması aparırıq. Yerli və xarici bazarlar üçün yeni məhsullar hazırlanır. 

Əsas məqsədimiz yerli şirkətlərimizi qlobal miqyasda tanıtmaq və inkişaf etdirməkdir. “Azerbaijan Logistics Services” Beynəlxalq Ekspeditorlar Assosiasiyasının (FIATA) ve digər üç böyük beynəlxalq logistika təşkilatının üzvüdür. 

Beynəlxalq logistika konfransları və toplantıların çərçivəsində hər il dünyanın 100-dən çox ölkəsini təmsil edən şirkətlərin rəhbərləri bir yerə toplanır. Bir neçə gün ərzində ikili görüşlər keçirilir. Bu həm də bizə Azərbaycanı tanıtmaq baxımından fürsət yaradır. Xarici ölkələrdə, xüsusilə də digər qitələrdə Azərbaycan haqqında məlumat o qədər də geniş yayılmayıb. Böyük qürur hissi ilə deyə bilərəm ki, xarici şirkət rəhbərlərinə Azərbaycan haqqında, onun yerləşdiyi coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları, ölkənin strateji əhəmiyyəti, burada keçirilən beynəlxalq səviyyəli tədbirlər, ölkə turizmi haqqında geniş məlumat verir, foto və video materialları bölüşürəm. Başqa sözlə, təmsil olunduğumuz bütün platformalarda bizneslə yanaşı, ölkəmizi də təbliğ edirik və bunu özümüzə borc bilirik. 

-Logistika sahəsində müxtəlif istiqamətlərdə xidmətlər təklif edirsiniz. Qeyd etdiyiniz kimi bazar üzrə də rəqabət getdikcə artır. Sizin şirkətlər rəqiblərindən nə ilə fərqlənir? 

-Bəli, logistika şirkətləri arasında da rəqabət artır. Bu özü də bir tərəfdən çox yaxşıdır. Mən rəqabəti sevirəm, çünki bu bizə xidmət səviyyəmizi artırmağa imkan yaradır. Yeni məhsulların bazara çıxarılmasına və müştərilərə təqdim olunmasına fürsətlər tanımış olur. Yeni imkan və alətləri istifadə edərək biz işimizi maksimal dərəcədə rəqəmsallaşdırmağa çalışırıq. Yekunda isə müştərilərimizə keyfiyyətli və effektiv xidmət göstərə bilirik. 

Ümumiyyətlə, rəqabətli biznes mühiti iqtisadiyyatın inkişafına təkan verir. Sadəcə hər bir sahədə olduğu kimi logistika sahəsində də bir sıra şirkətlər rəqabəti dempinq siyasəti ilə aparmağa çalışırlar. Bu isə təbii ki, müsbət nəticə vermir. Məsələn, şirkətlər əməkdaşlıq yaratmaq üçün müştərilərinə daha ucuz qiymət təklif edirlər. Tenderlərdə marjasız, bəzi hallarda ümumiyyətlə mənfi marja ilə iştirak edirlər ki, biznesi ələ keçirsinlər. Yekunda isə bu bazar qiymətlərinə təsir edir və həmin şirkətlər böyük zərərlə üzləşir. Burada qeyd edim ki, biz bazarda ucuz təkliflərlə deyil, daha çox xidmət keyfiyyəti ilə seçilirik. 

-Xidmət keyfiyyəti yaratmaqla yanaşı, onu davamlı olaraq qorumaq da önəmlidir. Bu baxımdan sizin yanaşmanız necədir? 

- Microsoft şirkətinin qurucusu Bill Qeytsin çox gözəl bir deyimi var: “If your business is not on the internet, then your business will be out of business”. Yəni, əgər sizin biznesiniz internetdə yoxdursa, demək tez bir zamanda bu biznes mövcud olmayacaq. Uzun illərin yığılmış təcrübəsini özündə əks etdirən bu sözlərdə böyük həqiqət payı var. Amma biznes bunu gec anlayır və lazımı şəkildə faydalana bilmir. Hazırki rəqəmsal dünyada müştərilərlə elektron formada çalışmağı təmin edən biznes və biznes həlləri mövcuddur. Biz də daim rəqəmsal innovasiyalardan yararlanırıq, bu alətlər vasitəsilə müştərilərlə daim ünsiyyətdə olmağa, onların təklif etdiyimiz xidmətlər barəsində rəylərini öyrənməyə çalışırıq. 

Əlavə olaraq onu da qeyd edim ki, bizim şirkətimizin daxilində hər an müştərilərimizin daşıma istiqamətlərini, yüklərin həcmini görməyə imkan verən CRM sistemimiz qurulub. Bütün bunlar isə bizə data əsasında analiz və təhlillər apararaq müştərilərimizə daha effektiv logistika xidməti təqdim etməyə imkan yaradır.  

- Fərrux bəy, Rusiya-Ukrayna müharibəsi, ümumilikdə qlobal geosiyasi proseslərin ən çox təsir etdiyi sektorlardan biri beynəlxalq daşımalar, nəqliyyat-logistika sahəsidir. Bu sizin fəaliyyətinizə necə təsir göstərib? 

- Əvvəlcə onu qeyd edim ki, hər zaman müharibələrin əleyhinə olmuşam. Amma bu, dünyada gedən qlobal geosiyasi dəyişikliklərin bir parçasıdır. Yaranmış son durum insanlıq üçün böyük faciəyə səbəb olsa da, qlobal iqtisadiyyata, o cümlədən nəqliyyat-logistika sahəsinə də bir qədər fərqli təsir göstərib.  Yəni, böhranlar həm də yeni imkanlar deməkdir. Azərbaycana gəldikdə, hazırki durumun logistika sektoruna təsiri müsbət olub. Məsələn, bir faktı qeyd etmək yerinə düşər. Hazırda Rusiya ve Belarus nömrə nişanlı nəqliyyat vasitələrinin Avropa ölkələrinə girişi qadağandır. Bu isə Azərbaycan logistika şirkətlərinin fəaliyyətinə müsbət təsir edir. Çünki yaranmış boşluq imkan verib ki, Azərbaycan yük daşıma şirkətləri bazarın bir hissəsini öz əlinə alsın. Son bir ildə qeydiyyat keçən yük avtomobillətinin sayı 3 dəfəyə yaxın artıb. Belə ki,  2021-ci ildə 3 minə yaxın  yük avtomobili (TIR) qeydiyyatdan keçirilibsə, 2022-ci ildə bu rəqəm 8 minə yüksəlib və artım dinamikası davam edir. Artım o qədər yüksəkdir ki, sürücülərin bir qismini daşıma prosesinə hazırlamaq mümkün olmayıb. Çünki Avropa ərazisində çalışmaq üçün sürücülər müəyyən təlimlərdən keçməlidir. Bu isə müəyyən zaman tələb edir. 

- Fərrux bəy, təkcə Azərbaycanda deyil, Gürcüstanda da bu sahədə fəaliyyət göstərirsiniz. Digər qonşu ölkələrdə yeni şirkətlərin yaradılması gözlənilirmi və bu sahədə gələcək planlarınız nədən ibarətdir? 

- Bəli, Gürcüstanda yenicə fəaliyyətə başlamışıq. Bir çox sahələrdə olduğu kimi logistika da çox sürətlə inkişaf yoluna qədəm qoyub. Bunun əsas səbəbi dünyada texnologiyaların inkişafı, yeni innovativ həllərin ortaya çıxmasıdır. İqtisadiyyatlar inkişaf  edir, qloballaşma ölkələr arasında sərhədləri getdikcə aradan qaldırır. İş adamlarına yeni ölkələr, yeni bazarlar kəşf etməyə fürsətlər yaradır. Bu bizim biznesimizi inkişaf etdirmək, geniş bazarlara açılmaq üçün həm də böyük motivasiya yaradır. 

Qeyd etdiyim kimi, öz işimi, biznesimi qurmaq əvvəlcə uşaqlıq arzum idi. Sonra isə bu böyük hədəfə çevrildi. Hazırda bu hədəfə doğru iri addımlarla irəliləyirik. Dünyanın iri şəhərlərində ofislərimizin açılması, yerli bir brendin tanınması təkcə bizim üçün deyil, hesab edirəm ki, həm də ölkə adına uğurdur. 

Məqsədə doğru addımlasaq da hələlik digər yeni ölkələrdə ofislərimizin açılması haqqında danışmaq bir az tezdir. Amma hesab edirəm ki, yaxın zamanda bu da reallaşacaq.

- Müsahibə üçün təşəkkür edirik.

Fərrux Baxşiyev Azerbaijan Logistics Services yükdaşıma logistika ALS Global Transport Gürcüstan ATSCO adam biznes
21.07.2023 07:29

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ