Banklardan 6 ayda 563,3 milyon manat xalis mənfəət - 41% ARTIB
2023-cü ilin yanvar-iyun aylarında banklar 563.3 milyon manat xalis mənfəət, 772.3 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 41% və 26% artmışdır. 2023-cü ilin 6 ayında banklar tərəfindən 131.3 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir.Mərkəzi Bank 2023-cü ilin birinci yarısı üzrə bank sektorunun əsas göstəricilərini açıqlayıb.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, 30 iyun 2023-cü il tarixinə fəaliyyətdə olan bankların cəmi aktivləri 45 milyard 218.3 milyon manat, cəmi öhdəlikləri 39 milyard 305.6 milyon manat, balans kapitalı 5 milyard 912.7 milyon manat olmuşdur.
İyun ayında bankların kredit portfeli 3.1% və ya 637 milyon manat artaraq 21 milyard 296.2 milyon manat olmuşdur.
Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 54.7% (11 milyard 650.5 milyon manat); ıı) istehlak kreditləri – 29.7% (6 milyard 324.7 milyon manat) və ııı) ipoteka kreditləri – 15.6% (3 milyard 321 milyard manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.2 faiz bəndi azalaraq 2.3% təşkil etmişdir.
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 82%-i və ya 32 milyard 56.7 milyon manat. Depozit portfelinin 61.1%-i (19 milyard 584.2 milyon manat) hüquqi şəxslərin, 38.9%-i (12 milyard 472.5 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Hesabat ayında bankların əmanət portfeli 2.7% və ya 329.5 milyon manat artmışdır. Əmanət portfelinin 52.9%-i (6 milyard 595.5milyon manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 16 milyard 105.9 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 82.2%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması iyun ayında ilin əvvəlinə nəzərən 2.6 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 3.6 faiz bəndi azalaraq 36.6% təşkil etmişdir.
2023-cü ilin yanvar-iyun aylarında banklar 563.3 milyon manat xalis mənfəət, 772.3 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 41% və 26% artmışdır. 2023-cü ilin 6 ayında banklar tərəfindən 131.3 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir.
30 iyun 2023-cü il tarixinə fəaliyyət göstərən 24 bankın filiallarının sayı 486, şöbələrinin sayı 86, ATM-lərin sayı 3009 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.5% və ya 117 nəfər artaraq 23,241 nəfər təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
9 saat əvvəl
BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək
-
11 saat əvvəl
Mərkəzi Bank BOKT-ların öhdəliklərinin kapitala nisbətini 3 hədd üzrə müəyyən edib
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
14 saat əvvəl
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
-
1 gün əvvəl
“MJ Finance” 16 faiz gəlirli istiqrazlar buraxır – 6 MİLYON MANAT
-
1 gün əvvəl
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
-
1 gün əvvəl
Dövlətin üstünlük təşkil etdiyi bəzi bazarlar rəqabətə açıla bilər
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır
Sentyabrın 13-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin qiyməti 120 dolları keçib
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
Ən çox oxunanlar
“MJ Finance” 16 faiz gəlirli istiqrazlar buraxır – 6 MİLYON MANAT
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
Dövlətin üstünlük təşkil etdiyi bəzi bazarlar rəqabətə açıla bilər
Azərbaycanda lisenziya və icazə prosedurlarının dəyişdirilməsi üçün təkliflər hazırlanacaq
Sahibkarların dövlət satınalmalarına və mühüm infrastruktura çıxışı genişləndiriləcək
Azərbaycanda məhsul bazarları yeni metodla yoxlanılacaq























