"Bu il 465 milyon manat çox gəlir əldə etmişik"
Bu ilin I yarımilində Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 3 milyard 270,7 milyon manat olub.
Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2023-cü ilin l yarımilliyində görülmüş işlərə, yeniliklərə və qarşıdakı hədəflərə dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,6 faiz, yəni 465 milyon manat çoxdur.
Himalay Məmişov qeyd edib ki, Fondun xərcləri 3 milyard 9,4 milyon manat olub:
"Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,2 faiz, yəni 418,5 milyon manat çoxdur. Bu ilin iyulun 1-i vəziyyətinə görə, əmək pensiyalarının minimum və orta aylıq məbləği 433,3 manata, yaşa görə əmək pensiyalarının orta aylıq məbləği isə 466,1 manata qalxıb. Bu ilin I yarımilində müavinət alanların sayında 14 min, təqaüd alanların sayında 5 min, ünvanlı sosial yardım alanların sayında 56 min nəfərlik artım olub".
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
9 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
10 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























