Rusiya iqtisadiyyatı ilin birinci yarısında 1,4 faiz artıb
İqtisadi İnkişaf Nazirliyindən verilən açıqlamada ilin ikinci rübündə ölkə iqtisadiyyatının 4,6 faiz artdığı bildirilib.Rusiyanın İqtisadi İnkişaf Nazirliyi ölkə iqtisadiyyatının (ümumi daxili məhsulunun) artım məlumatlarını açıqlayıb.
Marja.az xəbər verir ki, Rusiya iqtisadiyyatının iyun ayında 5,3% artdığı bildirilən açıqlamada, ilin ilk yarısında (yanavr-iyun) illik 1,4% artım qeydə alındığı açıqlanıb.
Ümumi daxili məhsul (ÜDM) 2023-cü ilin may ayında 5,4% artdıqdan sonra iyun ayında illik müqayisədə 5,3% artıb. Eyni zamanda, mövsümi faktor nəzərə alınmadan, artım cəmi 0,04% təşkil edib.
2023-cü ilin ikinci rübündə Rusiyanın ÜDM-i ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% artıb. ÜDM birinci rübdə 1,8% azalmışdı.
Açıqlamada, sənaye istehsalının ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 2,6% artdığı, iyun ayında inflyasiyanın illik müqayisədə 3,6% olaraq qeyd alındığı bildirilib.
Rusiya Federasiyasının sosial-iqtisadi inkişafı üzrə yenilənmiş proqnoza əsasən, Rusiyanın ÜDM-in artımının bu il 1,2%, 2024-cü ildə isə 2% olacağı gözlənilir. Rusiyada bu il inflyasiya 5,3% səviyyəsində proqnozlaşdırılır.
Rusiya Mərkəzi Bankının hesablamalarına görə, ötən il 2,1 faiz azalmış Rusiya iqtisadiyyatının bu il 2 faiz civarında artması gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 gün sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
18 saat əvvəl
"2017-ci ilin aprelindən 1 dollar 1,7 manatdır və belə də olmağa davam edəcək"
- 18 saat əvvəl
-
21 saat əvvəl
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
22 saat əvvəl
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
- 1 gün əvvəl
-
1 gün əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
1 gün əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
1 gün əvvəl
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
1 gün əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR İtaliya millisinin Baş Qlobal Enerji Sponsoru olacaq
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
Ən çox oxunanlar
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək






























