Bankir: "Rəqabətə və tələblərə cavab verə bilməyən banklar bazarı tərk edirlər"
Azərbaycanda hər il bir neçə bankın lisenziyası ləğv edilir. 2023-cü ilin ötən dövründə 2 qocaman və böyük filial şəbəkəsi olan bankın (Günay Bank və Muğanbank) lisenziyaları ləğv edilib.
"PAŞA Bank"ın İdarə Heyətinin sədr müavini Bəhruz Nağıyev Marja.az-ın "Ölkəmizdəki tanınmış bankirlərdən biri kimi Sizin fikirinizcə bu bankların bir-bir bazardan çıxmaları onların rəhbərliklərinin səhvləri, düzgün idarəetməni bacarmamaları yoxsa, bir sıra bankların daha müasir, rəqəmsal və güclü olduqlarından rəqabətdə uduzmaları ilə əlaqədardır?" sualına cavab verib.
Bəruz Nağıyev qeyd edib ki, rəqabətə və tələblərə cavab verə bilməyən banklar bazarı tərk edirlər:
"Onların bağlanma səbəbləri - Siz qeyd etdiyiniz kimi necə qocaman bankdırsa onların rəhbərləri də qocaman bankirlərdir, onların yetərli qədər təcrübələri var. Düşünürəm ki, lisenziyanın ləğvi onların səhvi ilə bağlı olmaz. Rəqabətin olduğu bir mühitdir, müasirləşmə dövrüdür, tələblər artır. Düşünürəm ki, bu prosesərin nəticəsində tələblərə cavab verməyən banklar barədə tənzimləyici (Mərkəzi Bank -red) qərarlar qəbul edir. Maliyyə sabitliyini təmin etmək tənzimləyicinin öhdəliklərindən biridir. Normativ tələblərə cavab verməyən hər bir bankı belə aqibət gözləyir. Çünki banklar vətəndaşların, hüquqi şəxslərin və səhmdarların vəsaitləri ilə fəaliyyət göstərirlər. Həmçinin bank sistemində ciddi problemlər iqtisadiyyata, maliyyə sisteminə mənfi təsir edə bilər".
"PAŞA Bank" ASC-nin Komplayns və idarəetmə blokunun baş direktoru Anar Kərimov əlavə edib ki, bu gün əmanətçilərin və müştərilərin etibarını qazanan, fəaliyyətini müasir tələblər səviyyəsində quran və rəqəmsallaşmanı geniş şəkildə tətbiq edən banklar bazarda qalır:
"Lisenziyaları ləğv olunan banklara dəfələrlə xəbərdarlıqlar edilir, söhbətlər aparılır. Bəzən elə olur ki, banklara birləşmək üçün şans verilir. Lakin biz görürük ki, səhmdarları bankın kapitalını artıra bilmirlər və ya birləşmək barədə razılaşmırlar. Belə olan halda da Mərkəzi Bank minimal itkilər ilə qərarlar qəbul edir. Belə ki, əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaqdır".
Xəbər verdiyimiz kimi, bu il Mərkəzi Bankının İdarə Heyətinin qərarları ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə "Günay Bank" ASC və "Muğanbank" ASC-nin lisenziyaları ləğv olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
20 saat əvvəl
BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır
-
- 23 saat əvvəl
-
23 saat əvvəl
BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək
-
23 saat əvvəl
Mərkəzi Bank BOKT-ların öhdəliklərinin kapitala nisbətini 3 hədd üzrə müəyyən edib
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
-
1 gün əvvəl
“MJ Finance” 16 faiz gəlirli istiqrazlar buraxır – 6 MİLYON MANAT
-
1 gün əvvəl
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
-
1 gün əvvəl
Dövlətin üstünlük təşkil etdiyi bəzi bazarlar rəqabətə açıla bilər
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır
Sentyabrın 13-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin qiyməti 120 dolları keçib
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
Ən çox oxunanlar
“MJ Finance” 16 faiz gəlirli istiqrazlar buraxır – 6 MİLYON MANAT
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
Dövlətin üstünlük təşkil etdiyi bəzi bazarlar rəqabətə açıla bilər
Azərbaycanda lisenziya və icazə prosedurlarının dəyişdirilməsi üçün təkliflər hazırlanacaq
Sahibkarların dövlət satınalmalarına və mühüm infrastruktura çıxışı genişləndiriləcək
Azərbaycanda məhsul bazarları yeni metodla yoxlanılacaq























