Bu bank işçibaşına 40,5 min xərcləyib, 103 min manat xalis mənfəət əldə edib
Dünən “PAŞA Bank”ın cari ilin yarımilinə dair maliyyə nəticələrinin açıqlandığı mətbuat konfransı keçirilib. Konfransda “PAŞA Bank”ın İdarə heyəti sədrinin müavini Bəhruz Nağıyev, İdarə heyətinin üzvü və baş maliyyə inzibatçısı Murad Süleymanov, Komplayns və idarəetmə blokunun baş direktoru Anar Kərimov tədbirdə çıxış edərək mətbuat nümayəndələrini maraqlandıran məqamlara aydınlıq gətirdilər.
Marja.az xəbər verir ki, Bankın İdarə heyətinin üzvü və baş maliyyə inzibatçısı Murad Süleymanov bildirib ki, "PAŞA Bank" ASC 2023-cü ilin ilk 6 ayını 120 milyon 146 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ilin eyni dövrünü 34 milyon 312 min manat xalis mənfəət ilə başa vurmuşdu. Bu ilin birinci yarısında "PAŞA Bank"ın xalis mənfəətində 3,5 dəfə artım qeydə alınıb ki, bu da rekord artımdır.
Murad Süleymanov bildirib ki, ötən ilin ilk 6 ayında hər işçiyə düşən xalis mənfəət orta hesabla 31 min 180 manat ikən, 2023-cü ilin ilk 6 ayında orta hesabla 103 min 40 manat olub.
30 iyun 2023-cü il tarixində 3 filial və 6 şöbə ilə fəaliyyət göstərmiş "PAŞA Bank" ASC 1182 nəfər işçiyə malik olub. Bankın əməkdaşlarının 40%-ni qadınlar, 29%-ni qadın rəhbərlər təşkil edib.
2023-cü ilin ilk 6 ayında “PAŞA Bank”ın işçilər üzrə cəmi xərcləri 47 milyon 921 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22 milyon 734 min manat və ya 90% çoxdur. Cari ilin 6 ayında Bankın işçibaşına xərcləri isə ortahesabla 40 min 542 manat olub.
"PAŞA Bank" ASC-nin işçilərinin sayı 2022-ci ilin sonunda 1149 nəfərə çatmışdı. "PAŞA Bank Azərbaycan" 2022-ci ili 85 milyon 319 min manat xalis mənfəət ilə başa vurmuşdu. Ötən il Bank işçibaşına 77 min 140 manat xalis mənfəət əldə etmişdi.
Müştərilərin xəbərləri
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
24 d. əvvəl
BYD, tanınmış mütəxəssis Vasif Əliyevi Qafqaz üzrə satış direktoru təyin etdi
-
- 36 d. əvvəl
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yen müdaxilənin təsiri zəiflədikcə son üç ayın ən kəskin həftəlik ucuzlaşmasına doğru gedir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Xəzər sahilində yerləşən, hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 2 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Azərbaycan neftinin son qiyməti
Yen müdaxilənin təsiri zəiflədikcə son üç ayın ən kəskin həftəlik ucuzlaşmasına doğru gedir
“Turkchem Azerbaijan 2027” sərgisi keçiriləcək
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

























