Azərbaycan Mərkəzi Bankı bu həftə faiz qərarını açıqlayacaq
Azərbaycan Respublikası Mərkəzi Bankı pul siyasəti ilə bağlı növbəti qərar barədə məlumatı ictimaiyyətə 2023-cü il noyabr ayının 1-də açıqlayacaq və bununla bağlı mətbuat konfransı keçiriləcəkdir.
Marja.az xəbər verir ki, 2023-cü ilin əvvəlində faizlərini artıran Mərkəzi Bank son 3 iclasında onları dəyişməz saxlayıb. 20 Sentyabr 2023-cü il tarixində ictimaiyyətə açıqlanan məlumatda bildirilir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9%, faiz dəhlizinin aşağı həddi 7.5%, faiz dəhlizinin yuxarı həddi isə 10% səviyyəsində dəyişməz saxlanılmışdır. Bu qərar aparılmış makroiqtisadi təhlillər, yenilənmiş proqnozlar, daxili və xarici inflyasiya amilləri üzrə risklər balansının dəyişimi nəzərə alınmaqla verilmişdir.
Mərkəzi Bankın faizlərini dəyişməz saxlamasının səbəbi illik inflyasiya tempinin azalmaqda davam etməsidir.
2022-i ilin əvvəlində uçot dərəcəsi 7.50% səviyyəsində idi. İl ərzində uçot dərəcəsi bir neçə dəfə artırılaraq 8.25%-ə, 2023-cü ilin ilk 5 ayında da bir neçə dəfə artırılaraq 9.00%-ə çatdırılıb. Azərbaycan Mərkəzi Bankı bu il sonuncu dəfə faizlərini may ayında artırıb, iyun, iyul və sentyabr iclaslarında fasilə verib.
2022-ci ilin sentyabr ayında illik inflyasiyanın tempi 15,6%-ə çatmışdı. Dövlət Statistika Komitəsinin məlumatına görə illik (12 aylıq) inflyasiya düşməkdə davam edir. İllik inflyasiyanın sürəti avqustdakı 8%-dən sentyabrda 5,1 %-ə düşüb. İnflyasiya yavaşladığından və tənzimləyicinin hədəfi aralığında (2%-6% civarı) olduğundan Mərkəzi Bankın faizlərini bu dəfə də dəyişməz saxlayacağı ehtimalı yüksəkdir.
"Mərkəzi Bankın pul siyasəti ilə bağlı növbəti qərarları inflyasiyanın xarici və daxili amilləri üzrə risk balansının dəyişimi və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınmaqla qəbul ediləcəkdir.", - Mərkəzi Bank bildirib. Əgər inflyasiya daha da yavaşlayarsa, Mərkəzi Bank növbəti iclaslarında faizlərin aşağı salınmasının siqnalını verə bilər.
Uçot faiz dərəcəsi
20.10.2023 9.00%
26.07.2023 9.00%
22.06.2023 9.00%
04.05.2023 9.00%
30.03.2023 8.75%
02.02.2023 8.50%
16.12.2022 8.25%
28.10.2022 8.00%
18.03.2022 7.75%
28.01.2022 7.50%
Dəhlizin yuxarı həddi
20.10.2023 10.0%
26.07.2023 10.0%
22.06.2023 10.0%
04.05.2023 10.0%
30.03.2023 9.75%
02.02.2023 9.50%
16.12.2022 9.25%
28.10.2022 9.25%
18.03.2022 9.25%
28.01.2022 9.00%
Dəhlizin aşağı həddi
20.10.2023 7.50%
26.07.2023 7.50%
22.06.2023 7.50%
04.05.2023 7.50%
30.03.2023 7.00%
02.02.2023 6.75%
16.12.2022 6.25%
28.10.2022 5.00%
01.09.2022 4.00%
18.03.2022 6.25%
28.01.2022 6.00%
FAİZ DƏHLİZİ NƏDİR?
Pul siyasətinin əməliyyat çərçivəsinin mühüm elementlərindən biri faiz dəhlizidir. Faiz dəhlizi banklararası bazardakı qısamüddətli faizlərin dəhliz daxilində hərəkətini təmin etmək məqsədi daşıyır. Faiz dəhlizi eyni zamanda Mərkəzi Bankın likvidlik əməliyyatları üzrə faizlərinin iyerarxiyasını müəyyən edir.
Mərkəzi Bankın faiz dəhlizi üç parametr olan uçot dərəcəsi, yuxarı hədd və aşağı həddən ibarətdir. Faiz dəhlizinin aşağı həddi sterilizasiya yönümlü daimi imkanlar alətlərindən olan 1 günlük depozit əməliyyatının faizidir. Faiz dəhlizinin yuxarı həddi isə 1 günlük likvidliyin verilməsi üzrə daimi imkanlar alətlərindən olan əks-REPO əməliyyatının faizidir.
Uçot faiz dərəcəsi faiz dəhlizinin mərkəzi parametridir. Bu faiz dərəcəsini elan etməklə Mərkəzi Bank banklararası bazarda qısamüddətli faizləri bu parametrə yaxınlaşdırmağa çalışır.
Dəhlizin aşağı həddi ilə uçot dərəcəsi arasında formalaşan faizlərlə sterilizasiya yönümlü qısamüddətli açıq bazar əməliyyatları həyata keçirilir. Uçot dərəcəsi ilə dəhlizin yuxarı həddi arasında formalaşan faizlərlə likvidliyin verilməsi yönümlü qısamüddətli açıq bazar əməliyyatları həyata keçirilir.
Mərkəzi Bank sərəncamındakı alətlərlə banklararası pul bazarında faizlərin dəhliz daxilində formalaşmasına çalışır. Bu proses pul siyasəti qərarlarının transmissiyasının birinci həlqəsini təşkil edir. Banklararası bazarda qısamüddətli faizlər dəyişəndə digər faizlər, o cümlədən depozit və kredit faizləri də dəyişir. Bu proses pul siyasəti qərarlarının transmissiyasının ikinci həlqəsini təşkil edir.
Artmış pul kütləsinin inflyasya potensiala malik izafi hissəsinin dövriyyədən çıxarılmasına yönəldilmiş əməliyyatlara Mərkəzi Bankın sterilizasiya əməliyyatları deyilir. Bununla belə xarici valyuta bazarında revalvasiya təhlükəsi yaradan artıq təklifin alınması əməliyyatlarını xarakterizə etmək üçün də sterilizasiya terminindən istifadə edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
-
- 1 gün sonra
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"PMD Projects" şirkəti "Big5 Global 2025" sərgisində iştirak edib - FOTOLAR
-
2 saat əvvəl
Nərimanovda mənzil almaq istəyənlər üçün faizsiz kreditlə geniş seçim imkanı
-
3 saat əvvəl
Qeyri-həyat sığortası bazarı 9%-ə yaxın, həyat sığortası bazarı isə 16,5% böyüyüb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Neft nəhənglərinin mənfəəti 14% düşüb - 26 milyard dollarlıq azalma
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
PULLU adam olmaq üçün ilk addımını at
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
8-ci “Zeekr 001”i Bəxtiyar Süleymanov qazandı
Ən çox oxunanlar
BOKT növbəti dəfə illik 18 faizlə borc alır
Neft nəhənglərinin mənfəəti 14% düşüb - 26 milyard dollarlıq azalma
"Money Shop" qanunvericiliyi pozub - Vəzifəli şəxsi cərimələnib
Taleh Kazımov Çində süni intellekt əsaslı həllərin nəzarət prosesində tətbiqini müzakirə edib
Şirkətlərin cari hesablarda pulları azalır, bankların depozitlərdən "qidalanması" məhdudlaşır
Noyabrın 29-da gözlənilən hava şəraiti
Bankların kredit portfelinin artım tempi kəskin aşağı düşüb

















.jpg)

.jpg)



