Prezident Berboku qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berboku qəbul edib.
Görüşdə Azərbaycan-Almaniya ikitərəfli əlaqələri, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və bütövlükdə Cənubi Qafqaz regionunda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Almaniyanın xarici işlər naziri ölkəsinin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və bu xüsusda Avropa İttifaqının dəstəyi ilə aparılan Brüssel platformasını dəstəklədiyini diqqətə çatdırıb. O, həmçinin Azərbaycanın üzləşdiyi humanitar mina probleminin aradan qaldırılmasına Almaniyanın kömək göstərməyə hazır olduğunu bildirib.
Dövlətimizin başçısı bu ilin martında Almaniyaya səfərini və səfər çərçivəsində Kansler Olaf Şolts, Prezident Frank-Valter Ştaynmayer ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.
Prezident İlham Əliyev Azərbaycanın Cənubi Qafqaz ölkələri arasında regional əməkdaşlığı dəstəklədiyini bildirib, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində bu üç ölkə arasında əməkdaşlığın indiyədək mümkün olmadığını qeyd edib.
Dövlətimizin başçısı Ermənistanın son üç ildə Azərbaycanın Qarabağ bölgəsinə silah-sursatın və hərbi heyətin daşınmasını həyata keçirdiyini vurğuladı. Prezident İlham Əliyev sentyabrın 2-də Nikol Paşinyanın Ermənistan tərəfindən Azərbaycan ərazilərində yaradılmış və dəstəklənən qondarma rejimi təbrik etməsini və artıq özünü ləğv etmiş qondarma rejimin sentyabrın 9-da dırnaqarası “seçkilər” keçirməsini regionda vəziyyətin gərginləşməsinə xidmət edən təxribatçı addımlar olduğunu bildirib. Prezident İlham Əliyev lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyini bərpa etdiyini və ölkəmizin Ermənistan ilə münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsinin imzalanmasını, regional sülh gündəliyini dəstəklədiyini diqqətə çatdırıb.
Söhbət əsnasında Azərbaycan ilə Almaniya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
“Prior Leasing” investorlara 2 milyon manatlıq istiqraz təklif edir: illik 15% gəlir hər 30 gündən bir ödəniləcək ®
Ərəb şirkəti Qəbələdə premium yaşayış kompleksi tikir – Satışlar başlayıb, qiymətlər 130 min dollardan başlayır
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
5 d. əvvəl
“İpək Yolu Sığorta” yığımlarını 56% artırıb, bazarda iki pillə irəliləyib
-
-
34 d. əvvəl
“01.AI” və “Sinovation Ventures” Azərbaycana gələ bilər – əməkdaşlıq imkanları müzakirə edildi
-
39 d. əvvəl
Qazaxıstanda Xəzərdə təlimlər zamanı 19 hərbçi dənizdə batıb, 9-u ölüb
- 42 d. əvvəl
- 46 d. əvvəl
- 49 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Paşa Həyat Sığorta” təkbaşına bazarın 46%-dən çoxunu formalaşdırıb
-
1 saat əvvəl
“Atəşgah” yığımlarını 38%-ə yaxın artırıb – Bazar payını da böyüdüb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
“Meqa Sığorta”da həm yığım, həm ödəniş artıb
“Qala Həyat”da ödənişlər 55% artıb
“PAŞA Sığorta” bazarın təxminən dörddəbirinə nəzarət edir- Şirkətin ödənişləri 115 milyon manatı keçib
Ən çox oxunanlar
“Paşa Həyat Sığorta” təkbaşına bazarın 46%-dən çoxunu formalaşdırıb
“Atəşgah” yığımlarını 38%-ə yaxın artırıb – Bazar payını da böyüdüb
“Atəşgah Həyat”da ödənişlər 91% sıçrayıb və yığımları keçib
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim 0174

























