Azərbaycandan xaricə mobil nömrə ilə pul köçürmək mümkün olacaq - MÜSAHİBƏ
“MasterPass”la təkcə Azərbaycandakı banklar arasında pul köçürmə əməliyyatları deyil, Türkiyədə və digər ölkələrdəki bank hesablarına da mobil nömrə üzərindən pul köçürmək üçün istifadə olunacaq.“Mastercard” beynəlxalq ödəniş sisteminin Azərbaycan və Türkiyə üzrə Baş Direktoru Avşar Gürdalla ilə müsahibə.
- Avşar bəy, sonuncu müsahibəmiz zamanı gələn il Azərbaycanda nağdsız ödənişlərin 50%-ə, NFC ödəmələrin isə 60%-ə çatacağını açıqlamışdınız. Bununla bağlı son durum necədir, gözləntiləriniz nələrdir?
- Azərbaycanda əhalinin ödənişlərinin 30%-nin kartla ödəmə sistemləri vasitəsilə həyata keçirilməsini təmin etmişik. Çox yaxşı bir nəticədir. Bundan beş il əvvəl bu göstərici 10%-dən aşağı idi. Beş il ərzində 4 dəfədən çox artım olub. NFC ödənişlər, yəni mobil cihazlarla ödənişlər 20%-ə yaxınlaşıb. Qarşıdakı bir neçə ildə Azərbaycanda ödənişlərin rəqəmsallaşmasının çox sürətlə artaraq 50%-dən çox olacağını gözləyirik. Texnologiya belə bir şeydir. Rəqəmsallaşma 30%-ə çatdıqda bu artıq istehlakçıda vərdiş halı yaradır. Uyğunlaşma bir anda sürətlənir. Bu baxımdan biz ödəmələrdə rəqəmsallaşmanın dayanmadan sürətlə inkişaf edəcəyini proqnozlaşdırırıq.
- Artıq bir müddətdir ki, “Apple Pay” və “Google Pay” üzərindən ödəmələr həyata keçirilir. Bununla bağlı müşahidələriniz necədir? Əhalinin bu ödəmələrə marağı necə dəyişib?
- Qeyd etdiyim kimi, mobil təmassız ödənişlər, yəni “Apple Pay” və “Google Pay” üzərindən ödəmələr 20%-ə yaxınlaşıb. Əslində çox yaxşı təcrübədir. Yəni, pulqabınızı çantanızdan çıxarmadan ticarət edə bilirsiniz, alış-veriş edə bilirsiniz.
Bu çox böyük rahatlıqdır. Texnologiyada elə bir xüsusiyyət var ki, istehlakçı sadəcə bir dəfə istifadə etdikdən sonra onun komfortuna elə uyğunlaşır ki, bu onun yaşamına təsir edir. Pandemiyadan sonra dünyada təmassız ödənişlərdə kəskin artım müşahidə edilir. Dünyada təmassız ödəniş vərdişləri artıq əsas axın halına gəlib və genişlənib. Azərbaycanda da təmassız ödənişlərin ümumi ödənişlərdəki payının bir-iki il ərzində 50%-dən çox olacağını düşünürük. Əlinizdəki mobil cihazla bir toxunuşla bütün ödənişləri həyata keçirə bilirsiniz. Bu rahatlığı bir dəfə təcrübə edən vətəndaş mobil təmassız ödənişlərə üstünlük verməyə başlayır.
- Rəqəmsal ödənişlərin bu sürətlə artması, eyni zamanda sektorda kiber təhlükəsizlik məsələsini gündəmə gətirir. Bununla bağlı “Mastercard” hansı addımlar atır?
- Sizin telefonla həyata keçirdiyiniz ödənişlər, şifrələnmə texnologiyasından istifadə edildiyi üçün bank kartınız kimi son dərəcə təhlükəsizdir. Yəni, təhlükəsizliklə bağlı heç bir boşluq yoxdur. Amma sualınız önəmlidir. Dünyada kiber hücumların getdikcə artdığını bilirik. Biz də Mastercard olaraq bu sahədə şirkət satınalmaları ilə tərəfdaşlarımıza dəstək veririk. “Ciber Front”, “Ciber Quant”, “RiskRekon” kimi servislərimizlə üzvlərimizin, banklar, bank olmayan təşkilatlar və digər Mastercard məhsulları təklif edən təşkilatların öz təhlükəsizliklərini və daha önəmlisi öz səhmdarlarının təhlükəsizliyini təmin edə biləcək, onları aşkar edə, sınaqdan keçirə və təcrübə edə biləcək, əlaqəli sahələrdə daha yaxşı bir vəziyyətdə olmasını təmin edə biləcək həlləri bazara təklif edirik.
- “Açıq bankçılıq” sahəsində son durum necədir?
- “Açıq bankçılıq” dünyada daha çox kiçik və orta biznesin (KOB) fəaliyyətinə müsbət təsir göstərir. Fərdi istifadəçilər üçün də xeyirlidir. Xüsusilə KOB-lar böyük sıçrayışla kredit resurslarına çıxış əldə edirlər. Məsələn, İngiltərədə “açıq bankçılıq”dan əvvəl 2 KOB subyektindən biri kredit əldə edə bilirmiş. “Açıq bankçılığ”ın tətbiqindən sonra bu həcm 75%-ə yüksəlib. Niyə? Əslində “açıq bankçılıq”la bərabər bir KOB-un bütün nağd vəsaitlərinin axınını əlaqəli təşkilat görə bilir. Kreditin götürülməsi, maaşların ödənilməsi, çəkilən digər xərclər və digər bütün bu vəsaitlərin bir yerdən hərəkətini görə bilən təşkilat KOB haqqında qiymətləndirməni daha yaxşı apara bilir. İkinci bir məsələ, mühasibətçılıq yeni həllər vasitəsilə yeni mərhələyə adlayır.
Sadə istifadəçilər baxımından isə fərdi maliyyə idarəçiliyi həlləri əlçatan olmağa başlayıb. Yəni, istifadə etdiyiniz bankdan və ya təşkilatdan digər banklardakı hesablarınızı, ödənişlərinizi tək əldən, yatırımlarınızı daha asan idarə edə bilirsiniz. Bu, çox böyük komfortdur. Bu komfortu əldə edən müştərinin təcrübəsi daha artır.
- Mastercard artan tələb üzrə pul köçürmələri ilə bağlı Azərbaycan bankları ilə əməkdaşlığı genişləndirirdi. Bu ilin əvvəlində 7 bankla səhv etmirəmsə, əməkdaşlığa başlamışdınız. Son durum və bununla bağlı planlarınız necədir?
- Ölkəxarici pul köçürmə həllərimizi Azərbaycanda sürətlə tətbiq edirik. Köçürmələrlə bağlı komissiya haqqının son dərəcə aşağı olması və vəsaitin anlıq olaraq qarşı tərəfə çatdırılmasını, yəni şəffaflığı əsas götürərək fəaliyyət göstəririk. Və bu həllimiz çox ciddi tələbatla qarşılaşdı. Həm Azərbaycanda, həm də dünyada xaricə pul köçürmələri birbaşa hesaba və karta köçürmə ilə həyata keçirə biləcəyimiz həllərimiz var.
Azərbaycanda pul köçürmələri ilə bağlı digər banklarla əməkdaşlıq üzərində işləyirik. Təklif edilən pul köçürmə həlli effektiv və keyfiyyətli olduqda bazar üzrə digər banklarda bu həllərdən yararlanmaq istəyirlər. Bununla bağlı işimizi davam etdiririk.
- Əlavə neçə bank pulköçürmələri sahəsində əməkdaşlıq etmək istəyir?
- Əslində bütün banklarla əməkdaşlıq edəcəyik. Çünki bu həll əslində həm xərc avantajıdır və istehlakçı davranışının yaxşılaşdırılmasını təmin edir. Bu baxımdan bütün bankların buna həvəs göstərəcəyini düşünürəm.
- Son dövrlər nağdsız ödənişlərdə mobil nömrə üzərindən pul köçürmələri də təklif edilir. Azərbaycanda bildiyimiz qədər bir neçə bankda bu xidmət təklif edilir. “Mastercard” bu ödənişlərin genişləndirilməsində necə rol oynayacaq?
- Mobil nömrə üzərindən pul köçürmələri, hazırda ən çox üzərində çalışdığımız məsələlərdən biridir. Hazırda bununla bağlı ABB ilə birgə çalışırıq. “MasterPass” müştərilər üçün mobil nömrə üzərində pul köçürmək üçün belə bir həlldir. Vətəndaşın işini daha da asanlaşdırır. Məsələn, siz pul köçürmək istədiyiniz şəxsin 16 rəqəmli bank kartı kodunu əlavə etmədən, smartfonunuzdan istədiyiniz şəxsin mobil nömrəsini daxil edərək vəsaiti köçürə bilərsiniz. Qarşı tərəf də telefon nömrəsi üzərindən bank hesabına köçürülməklə pulu əldə etmiş olur. Bu isə hər iki tərəfin işini çox asanlaşdırır. Zatən mövcud olan bir şeylə, yəni mobil nömrə ilə pul köçürməni mümkün etmişik. Arxa planda “MasterPass” üzərindən bank kartına aid məlumatlar şifrələnərək əməliyyatlar reallaşdırılır. Bu da xidmətin təhlükəsiz olduğunu deməyə əsas verir.
Əslində “MasterPass”i Azərbaycanda elektron ticarəti asanlaşdırmaq üçün bazara təklif etmişdik. Amma bu həll təkcə e-ticarətlə məhdudlaşmayacaq, eyni zamanda pul köçürmə həlli olaraq da xidmət göstərəcək. “MasterPass”la təkcə Azərbaycandakı banklar arasında pul köçürmə əməliyyatları deyil, Türkiyədə və digər ölkələrdəki bank hesablarına da mobil nömrə üzərindən pul köçürmək üçün istifadə olunacaq. Nə baş verəcək? Həm daxili, həm də xarici pul köçürmələri eyni təcrübəyə sahib olacaq və istehlakçıların işləri daha da asanlaşacaq. Hazırda bunun üzərində çalışırıq.
© APA
Müştərilərin xəbərləri
“Rabitəbank” maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 58 d. əvvəl
-
2 saat əvvəl
Sabah gündüz Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq – XƏBƏRDARLIQ
-
3 saat əvvəl
2026-cı ilin birinci rübündə sənaye zonalarında istehsalın həcmi 883 milyon manata çatıb
-
3 saat əvvəl
Sumqayıt Sənaye Parkında yeni şirkət - 16,3 milyon manat olan layihə həyata keçiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazir: İdxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var
-
5 saat əvvəl
Nazir: İlk dəfə olaraq balıqçılıq sahəsinə subsidiyalar və dövlət güzəştləri veriləcək
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 19 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair yeni Dövlət Proqramı təsdiq edilib
Nazir: İdxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var
Nazir: İlk dəfə olaraq balıqçılıq sahəsinə subsidiyalar və dövlət güzəştləri veriləcək
Ən çox oxunanlar
Azercell-dən HONOR smartfonlarına xüsusi kampaniya
bp şirkəti Azəri-Çıraq-Dərinsulu Günəşlidə "maksimum neftvermə" üçün yeni texnologiya tətbiq edib
Süni intellekt hakatonunun qalibləri elan edilib
"Ənənəvi suvarma üsullarından imtina edilməsi, damcı və pivot texnologiyalarının tətbiqinin genişləndirilməsi müasir dövrün çağırışlarından biridir"
“Rabitəbank” maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir
"Son 5 il ərzində heyvanların sayında azalma müşahidə olunur. Ət istehsalı istehlakını qarşılaya bilmir"







.jpg)



.jpg)








