"Fondun yeni rəhbəri bank sisteminin kadrı deyil, bu, üstünlükdür"
“Dünən Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov 5 illik səlahiyyət müddəti bitdiyi üçün vəzifəsindən azad olunub. Xatırladıram ki, Cavadov həmin vəzifəni Fondun yaradıldığı 2007-ci ildən tuturdu, yəni iki 5 illik müddət ərzində. Pis-yaxşı Fondun işini qura bilmişdi. Amma hadisələr göstərdi ki, o, əksər məmurlamız kimi yaxşı günün inzibatçısıdır. 2015-ci ildən başlayaraq bank sistemində vəziyyət ağırlaşan kimi problemlər, qeyri-dürüstlük, qeyri-peşəkarlıq, savadsızlıq və naşılıq üzə çıxdı”.
Bu sözləri hüquqşünas, iqtisadçı ekspert Əkrəm Həsənov sosial şəbəkədə yazıb. Yeni rəhbərlə bağlı gözləntilərindən bəhs edən ikdisadçı Fondun 2 funksiyasının olduğunu vurğulayıb:
1) əmanətlərin sığortalanması;
2) lisenziyası ləğv olunmuş, o cümlədən müflis bankların ləğvi.
Fond birinci funksiyanın öhdəsindən qismən də olsa gəlirdi. Ən başlıcası bağlanan bankların qorunan əmanətləri üzrə kompensasiyalar əmanətçilərə ödənilirdi (bəzi problemlər olurdu əlbəttə, amma ümumən bu işi müsbət qiymətləndirmək lazımdır) və bu da bank sisteminə etimadın qismən də olsa bərpasına xidmət edib. Lakin o da məlumdur ki, kompensasiyalar əsasən Fondun öz vəsaiti deyil, Mərkəzi Bankdan aldığı kreditlər hesabına ödənilib. Buna görə də Fondun 8 il ərzində banklardan topladığı vəsaitin necə idarə olunması və niyə belə tez qurtarması ciddi suallar doğurur və xüsusi araşdırma, bəlkə də istintaq mövzusudur.
Təəssüf ki, Fondun bankların ləğvedicisi kimi fəaliyyətini tam mənfi qiymətləndirmək lazımdır. Bildiyiniz kimi, mən dəfələrələ, o cümlədən müflis olmuş ən iri bankın – “Bank Standard”ın Kreditorlar Komitəsinin sədri kimi də Fondun və Azad Cavadovun bu sahədəki fəaliyyətini kəskin tənqid etmişəm. Komitənin iclaslarında Azad müəllimlə ciddi mübahisələrimiz də olub.
Hesab edirəm ki, Fond bankların ləğvi prosesində qeyri-şəffaf və qeyri-konstruktivdir. Cavadov açıq-aşkar bankları kreditorların nəzarətindən kənar ləğv etmək, əmlakını idarə etmək, satmaq və s. niyyətini nümayiş edirdi. Təsadüfi deyil ki, ləğvetmə prosesində olan 11 bankdan yalnız 4-də kreditorlar komitəsi yaradılıb (halbuki Cavadov hamısında yaradacağına söz vermişdi). Həmin 4 komitənin də normal işləməsi üçün Fond tərəfindən adekvat tədbirlər görülməyib. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, yalnız mənim rəhbərlik etdiyim “Bank Standard”ın Kreditorlar Komitəsi nisbətən fəaldır və müəyyən nailiyyətləri var (o cümlədən bankın ləğvi ilə bağlı məhkəmə prosesinə üçüncü şəxs qismində cəlb olunub). Amma bütün bunlar əksər hallarda Fondun istəyinin ziddinə baş verib.
Bu baxımdan Komitə sədri kimi Fondun yeni rəhbəri Vüqar Abdullayevi təyinatı ilə bağlı təbrik və fəaliyyətində uğurlar arzu edərək, onun daha şəffaf və konstruktiv işinə ümid bəsləyir və onunla əməkdaşlığa hazır olduğumuzu bildirirəm. Bildiyim qədər, Vüqar müəllim bank sisteminin kadrı deyil. İndiki vəziyyətdə bu üstünlükdür. Çünki dəfələrlə demişəm ki, bank sistemimizin əsas problemlərindən biri onu idarə edənlərin hamısının banklarla sıx əlaqədə (xüsusən qeyri-rəsmi!) olmasıdır. Bu da obyektiv və qərəzsiz fəaliyyətə mane olur! Buna görə də inanıram ki, Fondun yeni rəhbərliyi bankların ləğvi prosesində şəffaf, obyektiv və konstruktiv mövqe nümayiş etdirərək həmin bankları bu günə qoyanların məsuliyyətə cəlb olunması, kreditorların və bütün zərərçəkənlərin maraqlarının qorunmasına və nəticədə bank sistemimizə etimadın daha da artmasına nail ola biləcək”.
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
3 saat əvvəl
ASELSAN Azərbaycanda istehsal müəssisəsi yaradacaq – iki mühüm razılaşma imzalandı
-
-
6 saat əvvəl
İsrailin müdafiə naziri: "Flydubai" təyyarəsindəki insident terror aktı cəhdi olub
- 7 saat əvvəl
-
7 saat əvvəl
“McDonald’s Azərbaycan” Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO
-
7 saat əvvəl
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
-
9 saat əvvəl
SOCAR neft-qaz layihələrində “Halliburton” ilə tərəfdaşlığı böyütmək istəyir
-
9 saat əvvəl
PAŞA Bank qlobal maliyyənin əsas toplantısında – 17-ci dəfə iştirak edir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Yeni maliyyə monitorinqi qaydası 3 ay təxirə salındı
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yasamalda ev almaq istəyənlər üçün yeni imkan: güzəştli kredit illik 8%-dən başlayır
























