İstifadə olunmuş mobil nömrə alanları gözləyən "sürprizlər"
"Hazırda mobil nömrələr insanların rəqəmsal pasportuna çevrilib. Bir məsələ də var ki, istifadə olunmuş mobil nömrəyə 6 ay müddətində balans yüklənmədikdə, onun yenidən satışa çıxarılmasının qarşısını almaq üçün qanunvericiliyə dəyişiklik edilməli, başqa ölkələrin təcrübəsi öyrənilməli və hüquqi baza yenilənməlidir. Əks halda şəxsin müəyyən məlumatları nömrənin yeni istifadəçisinin əlinə keçmiş olacaq".
Bunu açıqlamasında İKT üzrə ekspert Fərid Kazımov deyib.
Ekspert bildirib ki, “GetContact” həştəqləri də nömrə sahibi haqqında arzuolunmaz məlumatlar ötürə bilər. Belə olan halda, nömrənin yeni sahibinin kontaktları bu həştəqin daha əvvəlki isitifadəçiyə aid olub-olmadığını bilmədən özündə şəxs haqqında mənfi düşüncə formalaşdıra bilər.
"Əsas təhlükələrdən biri isə nömrənin bağlı olduğu sosial şəbəkələrə giriş imkanının əldə olunmasıdır. Məsələn, “Messencer” yenilənmə tələb etdikdə parol bu hesabın əvvəldən bağlı olduğu nömrəyə gəlir. Bununla da şəxs nömrənin əvvəlki istifadəçisinin profillərini ələ keçirə, elektron poçtlarına daxil ola bilər. Lakin təhlükə bununla da bitmir. Nömrənin yeni sahibi öncəki istifadəçinin bank kartı ilə bağlı məlumatlarını da əldə edə bilər. Bank kartı ilə bağlı SMS təsdiq kodu həmin şəxsə gəldikdə, artıq bütün datalar ələ keçmiş olacaq”.
Bu risklərdən qorunmaq üçün nə etməli?
Ekspert bildirir ki, bu kimi təhlükələrdən qorunmaq üçün şəxslər yeni seriyalarda satılan mobil nömrələri almalıdır.
“Azercell Telekom” MMC-dən isə sorğumuza cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə və Abunə Müqavilələrinin şərtlərinə əsasən, şirkət tərəfindən nömrə abunəçinin mülkiyyətinə deyil, istifadəsinə verilir:
“Abunəçinin istifadəsinə verilən nömrə, müqavilənin şərtlərinə əməl edilmədikdə həmin müqaviləyə xitam verilməklə abunəçinin istifadəsindən çıxarılır. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən ölkənin nömrə resursu, ölkə kodu, həmçinin ölkə kodlu yüksək səviyyəli domen dövlətə məxsusdur. Beləliklə də nömrə resursu üzrə mülkiyyət hüququ hər hansı abunəçiyə, operatora deyil, yalnız dövlətə məxsusdur. Belə olan halda nömrə resursundan istifadə hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Azercell Telekom” MMC-yə ödənişli əsaslarla verilib. Qeyd edilənləri nəzərə alaraq dövlətin mülkiyyəti olan nömrə resursları heç bir vaxt operatorlar tərəfindən satılmır. Burada yalnız operatora ayrılan nömrə resursundan istifadə hüququ ödənişli əsaslarla istifadəçilərə, abunəçilərə verilir”, - deyə açıqlamada bildirilib.
Qeyd olunub ki, Abunə Müqaviləsinin 8.4.-cü maddəsinə əsasən “Azercell” tariflərində qeyd olunan məbləğ yükləmə müddəti bitənə qədər nömrəyə yeni məbləğ yüklənməzsə, abunəçinin bu Müqavilədən birtərəfli qaydada imtina etdiyi başa düşülür: "Bu halda “Azercell” abunəçinin nömrəsini onun istifadəsindən çıxarır (ləğv edir) və müqaviləyə xitam verir. Müqaviləyə xitam verilməsi, nömrədə mövcud olan fərdi qaydada aktiv edilən hər hansı “Azercell” xidmətinin (və ya xidmətlərin) ləğv olunması və SIM-kartın balansında qalan, istifadə müddəti ərzində istifadə edilməmiş məbləğlərin silinməsi (sıfırlanması) ilə nəticələnir. Həmin müqavilənin 8.5.-ci maddəsinə əsasən hər hansı səbəbdən müqaviləyə xitam verilməsi nəticəsində ləğv edilən nömrə “Azercell” tərəfindən başqa abunəçinin istifadəsinə verilə bilər, bu zaman ilkin abunəçiyə xəbərdarlıq edilməsi nəzərdə tutulmur".
© APA
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 saat sonra
-
21 d. əvvəl
Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində sənəd qəbulu elan olundu
-
-
32 d. əvvəl
Ticarət şəbəkələri zay və xarab olan məhsulların vergiyə cəlb edilməsi üzrə təkliflər hazırlayıblar
-
38 d. əvvəl
“Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək - 300-dən çox şirkəti bir araya gətirəcək sərgi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
16 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Azərbaycanda daha bir bank zərər ilə işləməyə başlayıb
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb






.jpg)
.jpg)






.jpg)





