Londonda Azərbaycan bankının sədrinə mükafat təqdim olundu
Maliyyə dünyasının ən nüfuzlu nəşrlərindən olan “The Banker” jurnalı 2023-cü ilin nəticələrinə görə "İlin bankı” mükafatının qaliblərini elan edib. Azərbaycan üzrə “İlin bankı” nominasiyasına ABB layiq görülüb.
ABB bu mükafatı strateji inkişaf nailiyyətlərinə, o cümlədən tətbiq etdiyi yeni texnologiyalara, məhsul və xidmətlərinə, güclü maliyyə göstəricilərinə görə qazanıb. Noyabrın 30-da Londonda keçirilən Qala tədbirində mükafat ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimova təqdim olunub.
2023-cü il üzrə “İlin bankı” mükafatına layiq görülmüş banklar sırasında HSBC, OTP Bank, UniCredit Bank, BBVA, Türkiyə İş Bankası, Société Générale və başqa nüfuzlu banklar da yer alıb. Daha ətraflı məlumatlarla buradan tanış olmaq mümkündür.
“The Financial Times” qəzetinə aid olan “The Banker” jurnalı 1926-cı ildən nəşr edilir. Jurnalın 2000-ci ildən təqdim etməyə başladığı “İlin bankı” mükafatı bankçılıqda mükəmməllik standartına çevrilib. Bu mükafatı beynəxalq nüfuzuna görə “Bankçılıq sektorunun Oskarı” kimi də qəbul edirlər. “İlin bankı” mükafatı hər il dünyanın 120-dən çox ölkəsini əhatə edir. Seçim regional və sektor ekspertlərinin, eləcə də redaktorlar heyətinin birgə qərarı ilə aparılır. Bankların strateji təşəbbüsləri, texnologiyaları, məhsul və xidmətləri əsas meyar kimi götürülür. Mükafatın təqdimatı tədbirində hər il dünyanın müxtəlif ölkələrindən çoxsaylı bankların rəhbər şəxsləri iştirak edir. Bu baxımdan, “The Banker” jurnalının “İlin bankı” mükafatının təqdimatı tədbiri qlobal səviyyədə maliyyə sektorunun ən böyük toplantılarındandır.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Azərbaycanın ən böyük bankı olaraq ölkəmiz adına bu mükafatı qəbul etməkdən qürur duyuruq. Bu nailiyyətimizdə mühüm rol oynayan tərəfdaşlarımıza, müştərilərimizə, hər bir ABB əməkdaşına minnətdarlığımızı bildiririk. Beynəlxalq səviyyədə fəaliyyətimizə verilən bu yüksək qiymət inkişaf layihələrimizin uğurunu göstərir. ABB olaraq bundan sonra da daim mükəmməlliyə can atacaq, məhsul və xidmətlərimizlə, yeni texnoloji həllərimizlə ölkəmizin inkişafına dəyər qatmağa çalışacağıq”.
Müştərilərin xəbərləri
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 13 d. əvvəl
-
- 26 d. əvvəl
- 45 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yen müdaxilənin təsiri zəiflədikcə son üç ayın ən kəskin həftəlik ucuzlaşmasına doğru gedir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Xəzər sahilində yerləşən, hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 2 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Aqrar sığortada yarım milyard manata yaxın təminat
“Turkchem Azerbaijan 2027” sərgisi keçiriləcək
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
























