Bank sektorunun əsas göstəriciləri açıqlandı
Mərkəzi Bank 2023-cü ilin 11 ayı üzrə bank sektorunun əsas göstəricilərini açıqlayıb.
Marja.az Mərkəzi Bankın bülleteninə istinadən xəbər verir ki, 30 noyabr 2023-cü il tarixinə fəaliyyət göstərən 23 bankın filiallarının sayı 474, şöbələrinin sayı 86, ATM-lərin sayı 3,042 olmuşdur.
Hesabat ayında bank sektorunda çalışanların sayı 62 nəfər azalaraq 23 min 354 nəfər təşkil etmişdir.
Fəaliyyətdə olan bankların cəmi aktivləri 46 milyard 172.5 milyon manat, cəmi öhdəlikləri 40 milyard 160.4 milyon manat, balans kapitalı 6 milyard 12.1 milyon manat olmuşdur. Noyabr ayında bankların cəmi aktivləri və balans kapitalı müvafiq olaraq 0.1% və 1.7% artmış, сəmi öhdəlikləri isə 0.2% azalmışdır.
Noyabr ayında bankların kredit portfeli 1.9% və ya 421.5 milyon manat artaraq 22 milyard 881.2 milyon manat olmuşdur. Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 54.3% (12 milyard 421.2 milyon manat);
ıı) istehlak kreditləri – 30% (6 milyard 869.7 milyon manat);
ııı) ipoteka kreditləri – 15.7% (3 milyard 590.3 milyon manat).
Ay ərzində biznes, istehlak və ipoteka kreditləri müvafiq olaraq 174.8 milyon manat (1.4%), 118.4 milyon manat (1.8%) və 128.3 milyon manat (3.7%) artmışdır. Ümumilikdə, cari ilin 11 ayında bankların kredit portfeli 16.8% və ya 3.3 milyard manat artmışdır. Kredit portfelinin artımının 47.7%-i biznes, 33.9%-i istehlak, qalan 18.4%-i isə ipoteka kreditləri hesabına təmin edilmişdir.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.3 faiz bəndi azalaraq 1.9% təşkil etmişdir.
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 82.7%-i və ya 33 milyard 225.7 milyon manat. Depozit portfelinin 63.1%-i (20 milyard 972.2 milyon manat) hüquqi şəxslərin, 36.9%-i (12 milyard 253.5 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanət portfelinin 55%-i (6 milyard 736.5 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 16 milyard 844.4 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 80.3%-ni təşkil etmişdir. Fiziki şəxslərin əmanətlərinin dollarlaşması noyabr ayında ilin əvvəlinə nəzərən 5 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 4.6 faiz bəndi azalaraq 34.2% təşkil etmişdir.
2023-cü ilin 11 ayında banklar 997.4 milyon manat xalis mənfəət, 1 milyard 521.2 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. İlin əvvəlindən banklar tərəfindən ümumilikdə 254.6milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29.5% və ya 57.9 miylon manat daha çoxdur.
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 465.2 milyon manat artaraq 2 milyard 227.1 miylon manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi və fiziki şəxslərin qısamüddətli depozitlərinin həcmindəki artım ilə əlaqədardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
23 saat sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
1 gün əvvəl
BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək
-
1 gün əvvəl
Mərkəzi Bank BOKT-ların öhdəliklərinin kapitala nisbətini 3 hədd üzrə müəyyən edib
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
-
1 gün əvvəl
“MJ Finance” 16 faiz gəlirli istiqrazlar buraxır – 6 MİLYON MANAT
-
2 gün əvvəl
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
-
2 gün əvvəl
Dövlətin üstünlük təşkil etdiyi bəzi bazarlar rəqabətə açıla bilər
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır
Sentyabrın 13-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin qiyməti 120 dolları keçib
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
Ən çox oxunanlar
“MJ Finance” 16 faiz gəlirli istiqrazlar buraxır – 6 MİLYON MANAT
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
Dövlətin üstünlük təşkil etdiyi bəzi bazarlar rəqabətə açıla bilər
Azərbaycanda lisenziya və icazə prosedurlarının dəyişdirilməsi üçün təkliflər hazırlanacaq
Sahibkarların dövlət satınalmalarına və mühüm infrastruktura çıxışı genişləndiriləcək
Azərbaycanda məhsul bazarları yeni metodla yoxlanılacaq























