Bu BOKT-ın sahibləri və rəhbərliyi dəyişdi, Bakıda ilk filialını açdı
BOKT 28.09.2004-cü il tarixində Mərkəzi Bankın 164-QB nömrəli lisenziyasına əsasən fəaliyyətə başlamışdır. Bu illər ərzində BOKT “Caspian İnvest” MMC-nin regionlarda, xüsusi ilə Qarabağ bölgəsində kiçik və orta sahibkarlığın inkişafına dəstək üçün kreditlər ayırmışdır.
MMC-dən Marja.az-a verilən məlumatda bildirilir ki, 2023-cü ilin noyabr ayından etibarən BOKT “Caspian İnvest” MMC-nin təsisçilərinin və rəhbərliyinin dəyişilməsi ilə şirkətdə köklü struktur dəyişikliyi edilmiş və yeni strateji planlamalar hazırlanmışdır.
Şirkət önünə qoyduğu məqsədlərdən birinidə həyata keçirdərək 21 dekabr 2023-cü il tarixində BOKT-un Bakı şəhərində yerləşən ilk filialı olan “Binəqədi” filialının açılışını edib.
Hal-hazırda BOKT-un “Ağdam”, “Füzuli”, “Siyəzən”, “Xaçmaz” və “Binəqədi” rayonlarında yerləşən filiallarında öz peşəkar komandası ilə müştərilərin xidmətindədir.
BOKT “Caspian İnvest” MMC daim müstəri məmnunluğunu təmin etməyə va xidmət keyfiyyətini artırmağa böyük diqqət ayırır. BOKT “Caspian İnvest” MMC tərəfindən təmin olunan məhsul növlərinə biznes kreditləri, lizinq kreditləri, istehlak kreditləri və qızıl təminatlı kreditlər daxildir.
BOKT “Caspian İnvest” MMC-nin İdarə Heyətinin Sədri cənab Salmanov İbrahim Elşən oğlu bildirib: “Növbəti strateji dövrdə BOKT “Caspian İnvest” MMC sahibkarlığa dəstək məqsədi ilə biznes, mikro kreditlərinin payını artırmağı hədəfləyərək, daha sərfəli şərtlərlə müştərilərə xidmət göstərəcək".
Müştərilərin xəbərləri
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 36 san. sonra
-
- 12 d. əvvəl
- 31 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
Yen müdaxilənin təsiri zəiflədikcə son üç ayın ən kəskin həftəlik ucuzlaşmasına doğru gedir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xəzər sahilində yerləşən, hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 2 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Aqrar sığortada yarım milyard manata yaxın təminat
“Turkchem Azerbaijan 2027” sərgisi keçiriləcək
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

























