Azərbaycan bankı yeni kredit müqaviləsi imzalayıb, 10 milyon dollar cəlb edib
AccessBank və BlueOrchard: Azərbaycanda kiçik bizneslərə dəstək üçün 10 milyon ABŞ dolları həcmində kreditin alınması ilə inkişafın yeni mərhələsiAzərbaycanda sahibkarlığın dinamik inkişafına dəstək siyasətinə istiqamətlənən AccessBank, fəxrlə, yeni kredit müqaviləsinin imzalandığını elan edir.
Bankın yaydığı məlumatda bildirilir ki, mikro, kiçik və orta biznesin (MKOB) maliyyələşdirilməsində lider olan bank, İsveçrəli BlueOrchard Finance tərəfindən idarə olunan, BlueOrchard Microfinance Fund - nüfuzlu beynəlxalq maliyyə tərəfdaşından vəsaitlərin cəlb edilməsi prosesini uğurla başa çatdırıb.
AccessBank-ın, mikrokreditlərin maliyyələşdirilməsi məqsədi ilə BlueOrchard Microfinance Fund tərəfindən cəlb etdiyi kreditin məbləği 10 mln ABŞ dolları , müddəti isə 3 ildir. Yeni kredit sazişi, AccessBank-a kiçik və orta biznes kreditləri portfelinin inkişafı, eləcə də, Azərbaycanda sahibkarlığa dəstək tədbirlərinin genişləndirilməsinə imkan yaradacaq.
“BlueOrchard BlueOrchard Microfinance Fund-dan cəlb edilən kredit, qlobal maliyyə ictimaiyyəti tərəfindən bankımıza göstərilən etimadı əks etdirir və bankın maliyyə dayanaqlığını vurğulayır. BlueOrchard-dan olan həmkarlarımıza göstərdikləri dəstəyə və Azərbaycanda biznes ictimaiyyətinin daha da gücləndirilməsinə nəzərdə tutulan dəstəyinə görə təşəkkür etmək istərdim”, – AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bildirib.
“Maliyyə əlçatanlığının təmin edilməsi və MKOB-ların dəstəklənməsi fəaliyyətinə dəstək məqsədi ilə, AccessBank ilə yeni tərəfdaşlığımızı elan etməkdən məmnunluq duyuruq. Birgə səylərimizlə Azərbaycan xalqına müsbət töhfələr verəcəyimizə ümid edirik”, - bunu BlueOrchard-in Baş kredit direktoru Normunds Mizis deyib.
BlueOrchard sosial dəyişikliklərə investisiyalar üzrə aparıcı qlobal menecerdir. Sosial dəyişikliklər üzrə yenilikçi investor olmaqla, şirkət icmalar və ətraf mühit üçün davamlı müsbət təsir yaratmağa çalışır. BlueOrchard 2001-ci ildə BMT-nin təşəbbüsü ilə mikromaliyyə investisiyaları üzrə dünyada ilk kommersiya meneceri kimi təsis edilb. Bu gün BlueOrchard inkişaf etməkdə olan maliyyə bazarlarında milyonlarla sahibkarı investorlarla birləşdirərək, bütün aktiv sinifləri üzrə investisiya həlləri təklif edir. BlueOrchard indiyədək 105-dən çox ölkəyə 10 milyard ABŞ dollarından çox sərmayə qoyub. 2022-ci ilin dekabr ayından etibarən inkişaf etməkdə olan və sərhəd maliyyə bazarlarında aşağı gəlirli 280 milyondan çox insan BlueOrchard-ın dəstəyi ilə maliyyə və əlaqəli xidmətlərə çıxış əldə edib. BlueOrchard Schroders Group-un üzvüdür.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir.
*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 43 d. əvvəl
-
49 d. əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
-
1 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
-
1 saat əvvəl
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
2 saat əvvəl
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azercell-in dəstəyi ilə müəllimlər üçün süni intellekt təlimlərinə start verilir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Kredit sığortasında 50 faizdən çox artım var
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Ən çox oxunanlar
Azərbaycanın sığorta bazarı cüzi artıb
“Ferrum Kapital”ın kredit portfeli 26 faizə yaxın azalıb
Neftin qiyməti ABŞ-İran müharibəsindən bir gün əvvəlki səviyyədən də aşağı həddə enib
SİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq!
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
"Əsas məsələ yalnız böyümə deyil. Ən böyük məqsədimiz sığortanın insanların həyatında daha çox yer tutmasıdır"
İyunun 25-də gözlənilən hava şəraiti



























