Satınalmalarda iştirakla əlaqədar haqqlar təsdiq edildi - 10 MİN MANATADƏK
Dövlət satınalmalarının vahid internet portalından istifadə üçün ödənilən istifadə haqqının və təklifləri təqdim etmək üçün ödənilən iştirak haqqının məbləğləri, ödənilməsi, geri qaytarılması, ödənilmiş vəsaitlərin bölgüsü və onlardan istifadə qaydaları müəyyən edilib.
Marja.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib.
Portaldan istifadə üçün ödənilən istifadə haqqının məbləği
“Dövlət satınalmaları haqqında” Qanunun 28.1-ci maddəsinə uyğun olaraq satınalmalarda iştirakla əlaqədar portaldan istifadə etmək üçün təchizatçılar tərəfindən aşağıdakı məbləğlərdə istifadə haqqı ödənilir:
Birdəfəlik
Təchizatçı tərəfindən seçilmiş hər hansı bir satınalma üzrə portaldan istifadə haqqı 25 manat
İstifadə müddətinə uyğun
30 gün 120 manat
90 gün 300 manat
180 gün 550 manat
365 gün 950 manat
Təklifləri təqdim etmək üçün ödənilən iştirak haqqının məbləği
“Dövlət satınalmaları haqqında” Qanunun 28.1-ci maddəsinə uyğun olaraq satınalmalarda iştirakla əlaqədar portaldan istifadə etmək üçün təchizatçılar tərəfindən aşağıdakı məbləğlərdə istifadə haqqı ödənilir:
5000 manatadək 10 manat;
5000 manatdan 100 000 manatadək 0,2%;
100 000 manatdan 200 000 manatadək 250 manat;
200 000 manatdan 500 000 manatadək 350 manat;
500 000 manatdan 1 000 000 manatadək 450 manat;
1 000 000 manatdan 2 000 000 manatadək 600 manat;
2 000 000 manatdan 5 000 000 manatadək 1000 manat;
5 000 000 manatdan 10 000 000 manatadək 1500 manat;
1 000 0000 manatdan yuxarı 0,015% (10 000 manatdan çox olmamaqla);
Təchizatçılar tərəfindən istifadə haqqının ödənilməsi aşağıdakı qaydada aparılır:
Təchizatçı gücləndirilmiş elektron imza vasitəsilə portaldan istifadə şərtlərini qəbul edərək Portala daxil olur;
Təchizatçı Portaldan istifadə etmək, o cümlədən iştirak etmək istədiyi satınalmanın şərtlər toplusunu, təchizatçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi proseduru keçirildikdə, uyğunluğa dair sənədlər toplusunu əldə etmək məqsədilə bu Qaydaların 2.1-ci bəndi ilə müəyyən edilmiş məbləğdə istifadə haqqını Portal vasitəsilə ödəyir;
Təchizatçı tərəfindən ödənilmiş vəsait elektron ödəniş sistemində yaradılmış müvəqqəti hesaba daxil olduqdan sonra təchizatçıya bu barədə bildiriş göndərilir və təchizatçı ödənişin qəbul edildiyi tarixdən etibarən ödənişini etdiyi müddət və ya ödəniş edilən satınalma üçün Portaldan istifadə hüququ əldə edir. 2.3.2. Elektron ödəniş sistemində yaradılmış müvəqqəti hesab üzrə yığılmış vəsait iş gününün sonunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyində açılmış müvafiq xəzinə hesabına köçürülür.
İştirak haqqının ödənilməsi
Təchizatçılar tərəfindən iştirak haqqının Portal vasitəsilə ödənilməsi aşağıdakı qaydada aparılır:
Qaydalari ilə müəyyən edilmiş prosedurları icra edib Portaldan istifadə hüququ qazanan təchizatçı təklif təqdim etmək istədiyi satınalma üzrə müəyyən edilmiş iştirak haqqını Portal vasitəsilə ödəyir;
təchizatçı tərəfindən ödənilmiş vəsait elektron ödəniş sistemində yaradılmış müvəqqəti hesaba daxil olduqdan sonra təchizatçıya bu barədə bildiriş göndərilir və təchizatçı ödənişin qəbul edildiyi tarixdən etibarən həmin satınalmaya təklif təqdim etmək hüququ əldə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 saat əvvəl
Azərbaycan və İranın XİN rəhbərləri regional prosesləri nəzərdən keçiriblər
-
- 3 saat əvvəl
-
7 saat əvvəl
İran aviaşirkətlərinin Azərbaycana uçuşları müvəqqəti dayandırılıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
-
8 saat əvvəl
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"
-
9 saat əvvəl
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
“Invest-AZ”dan böyük yenilik – Treydinq tətbiqə gətirildi
Azərbaycan qazının Almaniyaya tədarükü müzakirə edildi
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
Azərbaycanda hər iki satılan mənzildən biri yeni tikilidir
Ötən il Azərbaycanda 9 nəfər bir ildə ən azı 6 mənzil alıb
Azərbaycanda evi ən çox bu yaşda olanlar alır
Gəncədə mənzil alan qadınlar kişiləri qabaqlayıb
Abşeronda mənzillərin 21%-ni şirkətlər alıb
Azərbaycanda hər 6 mənzildən yalnız 1-i ipoteka ilə alınır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub



























