Bu bank 2023-dən mənfəətlə çıxıb - 14 MİYLON XALİS QAZANC AÇIQLADI
Dövlət bankı "Azər-Türk Bank" ASC 2023-cü ili 14 milyon 41 min manat xalis mənfəət ilə başa vurub.
Bank 2022-ci ili 11 milyon 20 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Azər-Türk Bank"ın xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 3 milyon 21 min manat və ya 27,4% artıb.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, ötən il "Azər-Türk Bank"ın faiz gəlirləri 77,3% artaraq 62 milyon 517 min manat, qeyri-faiz gəlirləri isə 11,5% azalaraq 30 milyon 46 min manat təşkil edib.
2023-cü ildə "Azər-Türk Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 92 milyon 563 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 69 milyon 275 min manat, gəlirlər xərcləri üstələdiyindənəməliyyat mənfəəti 23 milyon 288 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 5 milyon 408 min manat mümkün zərərlər üçün yaradılan xüsusi ehtiyatlara ayırıb, 3 milyon 839 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə "Azər-Türk Bank"ın cəmi əməliyyat gəlirləri 69 milyon 204 min manat, cəmi əməliyyat xərcləri 50 milyon 588 min manat, əməliyyat mənfəəti 18 milyon 616 min manat təşkil etmişdi.
BÖYÜKLÜYÜ 1 MİLYARD MANATA YAXINLAŞIB
2023-cü il ərzində "Azər-Türk Bank"ın cəmi aktivləri 3,1% artaraq 31 dekabr 2023-cü il tarixində 995 milyon 536 min manata çatıb. O cümlədən, ötən il Bankın cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 125 milyon 676 min manat və ya 39% artaraq 447 milyon 399 min manata çatıb. 2023-cü ildə "Azər-Türk Bank"ın istehlak kreditləri portfeli 85 milyon 829 min manat aratraq 229 milyon 304 min manata, biznes kreditləri portfeli 12 milyon 69 min manat artaraq 47 milyon 305 min manata, ipoteka kreditləri portfeli isə 27 milyon 778 min manat artaraq 170 milyon 790 min manata yüksəlib.
BANKDA CƏMİ DEPOZİTLƏR 100 MİLYON MANATA YAXIN ARTIB
Ötən il "Azər-Türk Bank" cəmi depozitlər 99 milyon 578 min manat artaraq 484 milyon 586 min manata, o cümlədən fiziki şəxslərin depozitləri 13 milyon 237 min manat artaraq 214 milyon 432 min manata, hüquqi şəxslərin depozitləri 86 milyon 341 min manat artaraq 270 milyon 154 min manata yüksəlib.
31 dekabr 2023-cü il tarixində "Azər-Türk Bank" 78 milyon 437 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
31 d. əvvəl
Azərbaycan və İranın XİN rəhbərləri regional prosesləri nəzərdən keçiriblər
-
- 1 saat əvvəl
-
4 saat əvvəl
İran aviaşirkətlərinin Azərbaycana uçuşları müvəqqəti dayandırılıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
-
5 saat əvvəl
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"
-
6 saat əvvəl
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
“Invest-AZ”dan böyük yenilik – Treydinq tətbiqə gətirildi
Azərbaycan qazının Almaniyaya tədarükü müzakirə edildi
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
Azərbaycanda hər iki satılan mənzildən biri yeni tikilidir
Ən çox oxunanlar
Ötən il Azərbaycanda 9 nəfər bir ildə ən azı 6 mənzil alıb
Azərbaycanda evi ən çox bu yaşda olanlar alır
Gəncədə mənzil alan qadınlar kişiləri qabaqlayıb
Abşeronda mənzillərin 21%-ni şirkətlər alıb
Azərbaycanda hər 6 mənzildən yalnız 1-i ipoteka ilə alınır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















