"Premium Bank" istehlak və ipoteka porfellərini kəskin artırıb
Ötən il "Premium Bank" ASC-nin istehlak krediti portfeli 3,2 dəfə, ipoteka krediti portfeli 2 dəfə artıb. Bu, kredit portfelinin böyük hissəsini biznes kreditləri təşkil edən Bankın istehlak kreditlərinə daha çox yönəldiyinə işarədir.
Marja.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2023-cü ildə "Premium Bank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 34 milyon 898 min manat artaraq 471 milyon 866 min manata çatıb. O cümlədən, Bankın istehlak kreditləri portfeli 13 milyon 255 min manat artaraq 19 milyon 248 min manata, ipoteka kreditləri portfeli 34 milyon 373 min manat artaraq 66 milyon 979 min manata yüksəlib, biznes kreditləri portfeli isə 12 milyon 731 min manat azalaraq 385 milyon 638 min manata düşüb.
"Pərakəndə biznesin inkişafı hər bir bank üçün əhəmiyyətlidir. "Premium Bank" ASC əmanətin müxtəlif variantlarını və müxtəlif kredit məhsullarını təklif edərək əhali ilə fəal işləmə məqsədinə istiqamətlənmişdir", - ötən ay Bankın 30 illiyi münasibətilə “Premium Bank” ASC Müşahidə Şurasının sədri Elçin Əhmədov müsahibəsində bildirmişdi.
Həmçinin oxu
"Premium Bank"ın maliyyə vəziyyəti açıqlanıbMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 40 d. əvvəl
-
-
4 saat əvvəl
İran aviaşirkətlərinin Azərbaycana uçuşları müvəqqəti dayandırılıb
- 4 saat əvvəl
-
5 saat əvvəl
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
-
5 saat əvvəl
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"
-
6 saat əvvəl
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
“Invest-AZ”dan böyük yenilik – Treydinq tətbiqə gətirildi
İran aviaşirkətlərinin Azərbaycana uçuşları müvəqqəti dayandırılıb
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
Azərbaycanda hər iki satılan mənzildən biri yeni tikilidir
Ötən il Azərbaycanda 9 nəfər bir ildə ən azı 6 mənzil alıb
Ən çox oxunanlar
Azərbaycanda evi ən çox bu yaşda olanlar alır
Gəncədə mənzil alan qadınlar kişiləri qabaqlayıb
Abşeronda mənzillərin 21%-ni şirkətlər alıb
Azərbaycanda hər 6 mənzildən yalnız 1-i ipoteka ilə alınır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






















