Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

COP29-un Bakıda keçirilməsi Azərbaycanın növbəti uğurudur - 100 000-ə qədər xarici qonaq gözlənilir

İqtisad üzrə fəlsəfə doktoru: Birmənalı qeyd etmək olar ki, cari ilin 11-14 noyabr tarixlərində keçirilməsi nəzərdə tutulmuş konfrans çərçivəsində ölkəmizə yuxarıda qeyd edilən sayda rəsmi qonağın gəlməsinin istər siyasi, istərsə də iqtisadi baxımdan çoxsaylı müsbət nəticələri olacaqdır.
iç səhifə xəbər başlığı altı (mobil)_31
COP29-un Bakıda keçirilməsi Azərbaycanın növbəti uğurudur - 100 000-ə qədər xarici qonaq gözlənilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Müəllif: Fuad Mirzəyev, Milli Aviasiya Akademiyası, iqtisad üzrə fəlsəfə doktoru, dosent

2020-ci ildə baş vermiş 44 günlük müharibə və ardınca 2023-cü ilin sentyabr ayında həyata keçirilmiş anti-terror tədbirlərinin nəticəsi kimi ölkəmizin ərazi bütövlüyü tam təmin olunmuşdur. Birmənalı olaraq qeyd etmək olar ki, bu silsilə hadisələr ən yeni tarixdə ölkəmizin əldə etdiyi ən böyük uğurdur. Bu qələbə Azərbaycan vətəndaşı olaraq hər birimizin qürur hissini yüksəltməklə yanaşı, Azərbaycanın regionda və beynəlxalq aləmdə söz və nüfuz sahibi olmasının birbaşa göstəricisidir. 

Reklam_3_11

2023-cü ilin sentyabr ayında reallaşdırılmış anti-terror tədbirlərindən təxminən iki ay yarım sonra dünya birliyinin qəbul etdiyi qərar əsasında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il ölkəmizdə keçiriləcəyi təsdiq edilmişdir. Bu hadisə bir daha dünya ictimaiyyətinin ölkəmizin ərazi bütövlüyünü tanıması ilə yanaşı dünya ölkələrinin Cənubi Qafqaz regionunda partnyorluq münasibətlərinin qurulması nöqteyi-nəzərdən prioritet tərəfdaş olaraq Azərbaycanı gördüklərinin bariz nümunəsidir. Əlbəttə, ölkəmizə olan belə münasibətin əsaslı səbəbləri mövcuddur ki, bu səbəblərdən ən əsası Azərbaycanın son 30 ildə apardığı xarici siyasət nəticəsində kifayət qədər güclü siyasi-iqtisadi və hərbi mövqelərə sahib olmaqla, özünü etibarlı tərəfdaş kimi təsdiq etməsidir.

COP29-un əhəmiyyətinə gəldikdə, bu konfrans beynəlxalq səviyyədə ənənəvi olaraq hər il təşkil edilən olduqca mötəbər tədbirlərdən biri hesab edilir. İlki 1995-ci ilin mart ayında Almaniyanın Berlin şəhərində keçirilən bu konfrans BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının üst qurumu, COP-un üzvləri olan 195 ölkənin rəsmi nümayəndələrinin görüşərək planetimizin “yaşıl” problemlərinin müzakirəsini etdikləri kütləvi bir tədbirdir.

Sonuncusu 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən COP28 konfransında 195 ölkə yekdilliklə növbəti konfransın ölkəmizin paytaxtı Bakı şəhəridə keçirilməsinə dair səs vermişlər. Bu bir daha ölkəmizə göstərilən böyük bir güvənin və sayğının göstəricidir. 

Bəs nəyə görə COP29 bu qədər vacib və əhəmiyyətli tədbirdir? İqlim dəyişiklikləri üzrə iqtisad və hüquq sahəsində ixtisaslaşmış Britaniyanın “Carbon Brief” veb portalının verdiyi məlumata əsasən sonuncu COP28-də təxminən 100 000-ə yaxın rəsmi qeydiyyatdan keçmiş ziyarətçi iştirak etmişdir. Qonaqlar sırasında tərəfdaş ölkələrin nümayəndə heyətləri, çoxsaylı müşahidəçi statusuna sahib olan iştirakçılar, çox sayda media nümayəndələri və virtual ziyarətçilərin olduğunu əks etdirən məlumatı aşağıdakı diaqramdan da müşahidə etmək mümkündür.

“Carbon Brief” portalının və çoxsaylı analitik agentliklərin verdiyi məlumatlara əsasən bu tədbir çərçivəsində ölkəmizə 80 000-dən 100 000-ə qədər xarici rəsmi qonaqların gəlməsi gözlənilir ki, bu da konfransın həm əhəmiyyəti, həm də əhatə dairəsinin nə dərəcədə geniş olduğunun sübutudur. Nəzərə alsaq ki, Azərbaycanda ən irimiqyaslı beynəlxalq tədbir olaraq 8 min nəfərə yaxın qonağın qəbul edildiyi birinci Avropa Oyunları olmuşdur, COP29 faktiki olaraq ölkə tarixində keçiriləcək olan irimiqyaslı beynəlxalq tədbir hesab edilə bilər. Birmənalı qeyd etmək olar ki, cari ilin 11-14 noyabr tarixlərində keçirilməsi nəzərdə tutulmuş konfrans çərçivəsində ölkəmizə yuxarıda qeyd edilən sayda rəsmi qonağın gəlməsinin istər siyasi, istərsə də iqtisadi baxımdan çoxsaylı müsbət nəticələri olacaqdır. Belə ki, bu tədbirin multiplikativ effektləri sırasında ölkənin turizm sektorunun inkişafı, o cümlədən hərbi irs turizmi çərçivəsində gələn qonaqları erməni vandalizminin acı nəticələri ilə tanış edərək bu vandalizmin dünyaya tanıdılmasını, paralel olaraq qonaqların işğaldan azad edilmiş ərazilərə səyahətə aparılması və onların bu ərazilərdə aparılan bərpa-quruculuq və inşaat işləri ilə əyani tanış olmalarına şəraitin yaradılması, ölkəyə ciddi həcmdə xarici valyuta və investisiya axınlarının təmin olunması kimi məsələləri qeyd etmək mümkündür.

Qeyd etmək lazımdır ki, keçən ilin dekabr ayında COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar ölkə başçısı, cənab Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilmişdir. Bu müşavirədə bir daha istər bu tədbirin mahiyyəti, istərsə də onun ölkəmizin qlobal aləmdə nüfuzu nöqteyi-nəzərdən əhəmiyyəti cənab Prezident tərəfindən ətraflı şərh edilmişdir. Ardınca cari ilin yanvar ayında cənab Prezident tərəfindən COP29-un keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalanmışdır. 

COP29-u ölkəmiz üçün aktual edən bir digər səbəb cənab Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursudur. Belə ki, həmin kurs çərçivəsində bu ərazilərin “yaşıl enerji" zonasına çevrilməsi əsas prioritetlərdən biri hesab olunur.

“Yaşıl dünya naminə həmrəylik” ilində COP29-un ölkəmizdə keçirilməsi bir daha ölkə olaraq əldə etdiyimiz davamlı uğurlardan növbətisi olmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünün və regionun lider ölkəsi olmasının BMT-nin üzv ölkələri tərəfindən birmənalı qəbul edilməsinin faktiki nümunəsidir. Bu uğuru xalqımıza yaşadan başlıca səbəb düşünülmüş siyasi addımlar, kristal iradə, Xalq-Dövlət, Xalq-Prezident birliyidir. Birliyimiz daimi, uğurlarımız davamlı olsun. 

Fuad Mirzəyev COP29
22.01.2024 13:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ