“Azerspace-1” peyki üzrə 350,5 milyon manat kredit tam ödənilib
Azərbaycan telekommunikasiya və optik peyk xidmətlərinin təqdim edilməsindən bu günə kimi 550 milyon manatdan çox vəsait əldə edib. 2023-cü ildə, Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1”in istehsalı üzrə 116.6 milyon ABŞ dolları və orbitə qaldırılma xidmətləri üzrə 89.6 milyon ABŞ dollarında (ümumilikdə 206.2 milyon ABŞ dolları və ya 350,5 milyon manat) kredit öhdəlikləri tam ödənilərək yekunlaşıb.
Bu barədə Marja.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
2013-cü ildə Azərbaycanın ilk peyki – “Azerspace-1” telekommunikasiya peyki, 2014-cü ildə “Azersky” Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarılıb.
Azərkosmos telekommunikasiya peykləri və kosmik həlləri vasitəsilə Avropa, Afrika, Yaxın Şərq, Mərkəzi Asiya regionlarının 50-dək ölkəsindən 200-dən artıq müştəriyə xidmət göstərərək qlobal və regional peyk xidmətləri bazarında özünəməxsus mövqe qazanıb. Bu isə Azərbaycan iqtisadiyyatının güclənməsinə, inkişafına xidmət edir.
Azərbaycan növbəti peyk layihəsini – “Azersky-2” peyk texnologiya proqramını həyata keçirməyə başlayıb. Proqram çərçivəsində iki ədəd Yerin məsafədən müşahidə peykinin orbitə çıxarılması nəzərdə tutulur.
Layihənin ən əhəmiyyətli məqamlarından biri odur ki, Azərbaycanda müasir kosmik aparatların istehsalı mərkəzinin qurulması və peyklərdən birinin ölkədə hazırlanması planlaşdırılır.
Bu, böyük nailiyyət, eyni zamanda Azərbaycanda kosmik sənayenin inkişafında yeni mərhələdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 15 d. əvvəl
-
-
18 d. əvvəl
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
-
34 d. əvvəl
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"
-
1 saat əvvəl
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycan qazının Almaniyaya tədarükü müzakirə edildi
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
Azərbaycanda hər iki satılan mənzildən biri yeni tikilidir
Azərbaycanda evi ən çox bu yaşda olanlar alır
Gəncədə mənzil alan qadınlar kişiləri qabaqlayıb
Ən çox oxunanlar
Abşeronda mənzillərin 21%-ni şirkətlər alıb
Azərbaycanda hər 6 mənzildən yalnız 1-i ipoteka ilə alınır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

























