Ötən il bank depozitləri 600 milyon manata yaxın gəlir gətirib
2023-cü ildə Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən depozitlər üzrə 596 milyon manat, o cümlədən müddətli depozitlər üzrə 459 milyon manat faiz ödənilib.
Bu barədə Marja.az Mərkəzi Banka istinadən xəbər verir.
2022-ci illə müqayisədə bankların depozitlər üçün xərcləri 137 milyon manat artıb.
2022-ci ildə Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən depozitlər üzrə 459 milyon manat, cümlədən müddətli depozitlər üzrə 418,7 milyon manat faiz ödənilmişdi.
31 dekabr 2023-cü il tarixində bankların cəmi depozit portfeli 34 milyard 550.1 milyon manat təşkil edib. Depozit portfelinin 63.6%-i (21 milyard 967.9 milyon manat) hüquqi şəxslərin, 36.4%-i (12 milyard 582.2 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarət olub.
2023-cü ilin dekabr ayında fiziki şəxslərin əmanətləri 2.7% və ya 328.6 milyon manat artaraq 12 milyard 582.2 milyon manat təşkil etmişdir. Aylıq artımın 96.5%-i milli valyutada, 3.5%-i xarici valyutada əmanət hesabına olmuşdur. Fiziki şəxslərin əmanət portfelinin 54.7%-i (6 milyard 882.1 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 17 milyard 468.4 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 79.5%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması dekabr ayında əvvəlki aya nəzərən 1 faiz bəndi, ilin əvvəlinə nəzərən isə 6 faiz bəndi azalaraq 33.2% təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 4 d. əvvəl
-
-
7 d. əvvəl
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
-
23 d. əvvəl
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"
-
1 saat əvvəl
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycan qazının Almaniyaya tədarükü müzakirə edildi
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
Azərbaycanda hər iki satılan mənzildən biri yeni tikilidir
Azərbaycanda evi ən çox bu yaşda olanlar alır
Gəncədə mənzil alan qadınlar kişiləri qabaqlayıb
Ən çox oxunanlar
Abşeronda mənzillərin 21%-ni şirkətlər alıb
Azərbaycanda hər 6 mənzildən yalnız 1-i ipoteka ilə alınır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

























