Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan startapı Mərkəzi Asiya və Türkiyə bazarına çıxmağa hazırlaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan startapı Mərkəzi Asiya və Türkiyə bazarına çıxmağa hazırlaşır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2 ildir ki, fəaliyyətə başlayan Azərbaycanın “Perkskit” startapı Fuad Muradov, Fərid Ağamalıoğlu, Faiq Rüstəmovun və Rəbbi Musayevin həmtəsisçiliyində yaradılıb.

Bu barədə “Perkskit” MMC-nin həmtəsisçilərindən olan Fərid Ağamalıoğlu deyib.

Onun sözlərinə görə, şirkət hazırda 6 korporativ müştəri ilə əməkdaşlıq edir.

“Biz əlavə yeni məhsullar da yaradırıq. Bizim bank kartı məhsulumuz hazır olandan sonra yaxın 3-6 ay ərzində digər bazarlara çıxış əldə etmək istəyirik. Bu, əsasən Mərkəzi Asiya və Türkiyə bazarıdır. Lakin Avropa bazarının analizini də aparmağı planlaşdırırıq. Bizim əsas məqsədimiz dünya bazarında öz sahəmizdə lider olmaq və ölkəmizi layiqincə təmsil etməkdir. Azərbaycanın adını bu sahədə lider olaraq tanıtmaq niyyətindəyik”, - deyə startap həmtəsisçisi vurğulayıb.

36 yaşı olan Fərid Ağamalıoğlu bildirib ki, Azərbaycanda iqtisadiyyat sahəsində təhsil aldıqdan sonra Londonda menecment ixtisası üzrə təhsilini davam etdirib və 2012-ci ildən etibarən startaplarla məşğul olmağa başlayıb. Bir sıra startap ideyaları olan Fərid Ağamalıoğlu qeyd edib ki, bir sıra uğursuz cəhdlərdən sonra “Perkskit”dən öncəki kuryerlik sahəsində olan startapı uğur qazanıb:

“Bu startapı rəqib şirkətə satmışam. Bundan sonra, “Azərbaycan 500 ASAN Startap Proqramı”nda praktiki biliklərimi nəzəri biliklərlə inkişaf etdirdim. Bu proqramda Faiq Rüstəmov və Fuad Muradovla tanış olduq. Bir sıra ideya üzərində fikirləşirdik və SABAH.HUB Akselerasiya Mərkəzinin proqramına qoşulduq. Sonunda “Perkskit” startapı layihəsini ərsəyə gətirdik”, - deyə Fərid Ağamalıoğlu bildirib.

Onlar ilk dəfə SABAH.HUB Akselerasiya Mərkəzinin proqramına qoşulanda 25 min manat dəyərində ilk investisiyanı cəlb ediblər və bu vəsait onların işlək məhsulu yaratmaqla bağlı xərclərini qarşılayıb.

“2022-ci ilin iyulunda SABAH.HUB Akselerasiya Mərkəzi tərəfindən “Baku Demo Day” təşkil olunmuşdu. Bizim təqdim etdiyimiz startap Estoniyanın 12 ildir fəaliyyət göstərən akselerasiya mərkəzi olan “Startup Wise Guys” proqramından 90 min avro dəyərində investisiya qazanan ilk Azərbaycan startapı oldu. Bu investisiyanı da bizim komanda məhsulunun inkişafına yönəltdik. Bu il iyul ayında SABAH.HUB Akselerasiya Mərkəzinin təşkil etdiyi “Baku İD” günündə bizim startapımızla bir sıra vençur fondlar maraqlandı. Türkiyədən gələn nümayəndə heyəti bizim startapla maraqlanırdı. Artıq biz Türkiyə bazarını analiz etməyə başlamışıq. Sentyabr ayında isə “500 Global” vençur fondunun akselerasiya proqramına müraciət etdik. Mindən çox startap arasında Qafqaz və Orta Asiya regionundan 10 startap seçildi ki, bunlardan biri də “Perkskit” startapımız oldu. Burada da 100 min dollar investisiya əldə etdik. Bundan sonra, Azərbaycanın ilk vençur fondu olan “Qafqaz Vençur Fondu”ndan da əlavə 50 min dollar investisiya cəlb etdik. Bütün bu investisiyalar bizim məhsulu inkişaf etdirməyə və bank kartlarına xərclənəcək vəsaiti qarşılamağa və yeni müştərilərin cəlb edilməsinə yönəldiləcək”, - deyə Fərid Ağamalıoğlu vurğulayıb.

“Perkskitin” digər üzvü 43 yaşlı Fuad Muradov isə bildirib ki, pandemiya zamanı korporativ sahədən startaplar sahəsinə keçid edib:

“ASAN İnnovasiya proqramına qoşuldum və startaplarla bağlı ilk nəzəri biliklərimi əldə etdim. Fərid bəylə tanış olduqdan sonra SABAH.HUB-ın Akselerasiya Proqramına qoşulduq, üçümüzdə proqrama seçildikdən sonra komanda formalaşdıraraq “Perkskit” üzərində işləməyə başladıq. “Perkskit” iki sözün birləşməsidir: “perk” – güzəştlər, “kit”- paket deməkdir, ümumilikdə güzəştlər paketi mənası daşıyır. İngilisdilli ölkələrdə işçilərə maaşdan əlavə işəgötürən şirkət hədiyyə və ya güzəşt edirsə buna “perk” deyirlər. Bura daxildir idman zalının abunəçiliyi, işçinin maraq dairəsinə uyğun kursun ödənişi, kinozallara biletlər. Əsas məqsəd budur ki, işçilər iş yerlərinə daha bağlı olsun və aldığı məvacibi səmərəli şəkildə xərcləyə bilsin. Çünki böyük şirkətlərdə işçi sayı çox olduqda hər kəsi qane edən bir paket formalaşdırmaq olmur, bunu etmək çətinləşir. O zaman bizim həllimiz işə yarayır. Bizim vasitəmizlə şirkətlər artıq vendorlar (red. vendor - təchizatçı, istehsalçı) seçmir, çünki onları artıq bir seçmişik. Şirkət bizimlə müqavilə imzaladıqda öz işçilərinə bütün bu sahələrlə tanış olmağa imkan yaradır. Hər işçiyə müəyyən balans təqdim olunduqda, o bu limit çərçivəsində istədiyi istiqaməti özü seçir. Beləliklə şirkətin ayırdığı büdcə effektiv xərclənir və işçilər şirkətə bağlı olur”.

“Perkskit”in ən gənc üzvü Faiq Rüstəmov bildirib ki, İnformasiya Texnologiyaları üzrə təhsil aldıqdan sonra bir neçə startapda proqramçı olaraq fəaliyyət göstərib.

“Startap üzrə biliklərimi artırıb, həm də öz ideyalarımı gerçəkləşdirmək üçün bacarıqlarım vasitəsilə yeni layihə yaratmaq istəyirdim. Yeni fəaliyyətə başlamış startaplar universitetlərdə daxili inkubasiya və akselerasiya proqramlarına müraciət etsinlər. Bundan əlavə, SABAH.HUB, ABB İnnovasiyalar Mərkəzi, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinə müraciət edə bilərlər. Bu mərkəzlərə həm fərdi, həm də komanda formasında müraciət etmək mümkündür. Belə mərkəzlərin xarici dil ilə yanaşı, Azərbaycan dilində olması çox vacibdir. Bir sıra tədbirlər ingilis dilində keçirilir və dil bilikləri olmayan tələbələr anlamaqda, sual verməkdə çətinlik çəkirlər. Korporativ şirkətlər daxilində də startap komandaları qurulmalı və burada innovasiya tədbirləri keçirilməlidir”, - deyə F.Rüstəmov diqqətə çatdırıb.

Komandanın qismən yeni üzvü olan 27 yaşlı Rəbbi Musayev başqa bir startapda “front-end developer” kimi fəaliyyət göstərsə də startap sahəsində biliklərini artırmağa qərara verib və “Perkskit"ə gəlib. “Bir startapda təcrübə qazandıqdan sonra “Perkskit”ə gəldim. Düşünürəm ki, hər bir startapçı gördüyü işdə maraqlı olmalıdır. Çünki bu bir komanda işidir”, - deyə R.Musayev əlavə edib.

© Azərtac

Perkskit Fuad Muradov Fərid Ağamalıoğlu Faiq Rüstəmov Rəbbi Musayev
05.02.2024 18:28

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ