Azərbaycanda inflyasiya açıqlandı
Azərbaycanda illik inflyasiya 2,1 faizdən 1,7 faizə yavaşlayıb.![Azərbaycanda inflyasiya açıqlandı](/storage/thumbnail/cover/cdn/2024/fevral/13/inflyasiya.jpg)
2024-cü ilin yanvar ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2023-cü ilin yanvar ayına nisbətən 1,7 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 0,7 faiz, qeyri-qida məhsulları üzrə 1,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,2 faiz artıb.
Bu barədə Marja.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2024-cü ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya (dekabra) nisbətən 0,5 faiz yüksəlib.
2024-cü ilin yanvar ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,1 faiz artıb.
Cari ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma düyünün, qoyun və toyuq ətinin, təzə balığın, südün, yumurtanın, zeytun yağının, naringinin, limonun, bananın, almanın, narın, xiyarın, pomidorun, balqabağın, sarımsağın, soğanın, kartofun, yerkökünün, şəkərin, konfetlərin, meyvə şirəsinin, spirtli içkilərin, tütün məmulatlarının, ucuzlaşma isə əsasən manna və qarabaşaq yarmasının, unun, çörəyin, mal ətinin, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, portağalın, çuğundurun, şəkər tozunun qiymətlərində müşahidə olunmuşdur. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2024-cü ilin yanvar ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,1 faiz artıb.
Cari ilin yanvar ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma əsasən qəzetlərin, şampunların, diş pastalarının, kəsilmiş taxtaların, ucuzlaşma isə kərpicin, kondisionerlərin və yazı kağızlarının qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2024-cü ilin yanvar ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən dəyişməyib.
Xatırladaq ki, 2023-cü ildə istehlak qiymətləri indeksi 2022-ci ilə nisbətən 8,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 9,6 faiz, qeyri-ərzaq məhsulları üzrə 8,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 8,2 faiz artmışdı. 2023-cü ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,5 faiz, 2022-ci ilin dekabr ayına nisbətən 2,1 faiz yüksəlmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
13 d. əvvəl
Nazir Cabbarov Yevlax Pilot Aqroparkında olub, milyonluq layihələr ilə tanış olub
-
58 d. əvvəl
"Fitch": Azərbaycanın dövlət borcu ÜDM-nin 22,7 %-nə qədər artacaq
-
-
59 d. əvvəl
"Fitch": Azərbaycan bu il valyuta ehtiyatlarını 74 milyard dollara yaxınlaşdıracaq
-
1 saat əvvəl
"Fitch": "Qarabağın yenidən qurulması iqtisadi artıma müsbət təsir edəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
SUP.VC Azərbaycanın süni intellekt sahəsində irəliləyişə töhfə verir
-
3 saat əvvəl
"Fitch" Azərbaycanın reytinqini “BBB-” səviyyəsinə yüksəltdi
- 3 saat əvvəl
![AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur](/storage/thumbnail/thumbnail/cdn/2024/may/03/Azerbaycanda_vakansiyalar.png)
AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur
!["AZTİMONT" şirkətinə yeni sədr seçiləcək](/storage/thumbnail/thumbnail/cdn/2022/avqust/15/direktor_rehber_mudir_2.jpg)
"AZTİMONT" şirkətinə yeni sədr seçiləcək
![Azərbaycan neftinin son qiyməti](/storage/thumbnail/thumbnail/cdn/2020/Aprel/neft_620x349.jpg)
Azərbaycan neftinin son qiyməti
!["Səba" 2023-cü ildə satışdan 93 milyon manat gəlir götürüb](/storage/thumbnail/thumbnail/cdn/2022/dekabr/17/seba.jpg)
"Səba" 2023-cü ildə satışdan 93 milyon manat gəlir götürüb
!["Fitch" Azərbaycanın reytinqini “BBB-” səviyyəsinə yüksəltdi](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/27/fitch.jpg)
"Fitch" Azərbaycanın reytinqini “BBB-” səviyyəsinə yüksəltdi
!["Fitch" 8 ildən sonra Azərbaycanın reytinqini yüksəltdi](/storage/thumbnail/thumbnail/cdn/2020/İyul/03/fitch.jpeg)
"Fitch" 8 ildən sonra Azərbaycanın reytinqini yüksəltdi
Ən çox oxunanlar
!["Azərsun"dan "Saville" makaronu ilə bağlı görüntülərə reaksiya - "Hüquq-mühafizə orqanlarına müraciət ediləcək"](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/26/azərsunholdinq.png)
"Azərsun"dan "Saville" makaronu ilə bağlı görüntülərə reaksiya - "Hüquq-mühafizə orqanlarına müraciət ediləcək"
![Naxçıvanda Fondla Rabitəbank əməkdaşlıq müqaviləsi imzalayıb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/26/emekdasliq-muqavilesi.jpg)
Naxçıvanda Fondla Rabitəbank əməkdaşlıq müqaviləsi imzalayıb
![Azərbaycandakı minik avtomobillərinin 85 faizə yaxını qocalıb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/26/bakuavto.jpg)
Azərbaycandakı minik avtomobillərinin 85 faizə yaxını qocalıb
![Azərbaycanda işçilər üçün ilk Fintech kartı](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/23/perkskit.png)
Azərbaycanda işçilər üçün ilk Fintech kartı
![Dolların Bazar ertəsinə olan rəsmi məzənnəsi](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/26/dollar-55231254-612x612.jpg)