“Fitch Ratings” Azərbaycanda iqtisadi artım proqnozlarını açıqlayıb
"2023-cü ildə Azərbaycanda iqtisadi artım nəzərəçarpacaq dərəcədə azalaraq 1,1%-ə kimi düşüb ki, bu da neft-qaz sektorunda azalmanı və bəzi əsas qeyri-neft sektorlarında, xüsusən də nəqliyyatda post-pandemiyadan sonrakı artımın zəifləməsini əks etdirir. "Fitch" Azərbaycanda iqtisadi artımın 2024-cü ildə 2,8%-ə, 2025-ci ildə isə 2,5%-ə qədər bərpasını gözləyir ki, bu da dövlət sərmayəsi ilə dəstəklənir".
Marja.az xəbər verir ki, bu, beynəlxalq kredit reytinqi təşkilatı "Fitch"in yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, eyni zamanda, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində irəliləyiş - dövlətin böyük iştirakı, maliyyələşdirməyə məhdud çıxış, idarəetmə problemləri və enerjidən kənar xarici investisiyaların aşağı olması ilə məhdudlaşır.
"Fitch" bildirib ki, Azərbaycanda orta inflyasiya əsas ticarət tərəfdaşlarına nisbətən güclü manat və aşağı beynəlxalq ərzaq qiymətləri ilə 2023-cü ildə 9%-ə enib: "Fitch" inflyasiyanın 2024-cü ildə 4,5%-ə qədər azalacağını proqnozlaşdırır. İllik inflyasiya Azərbaycan Mərkəzi Bankının hədəf diapazonuna (4%±2) daxil olduğu üçün Mərkəzi Bank noyabr ayından etibarən əsas siyasət faizini 1,25 bənd azalaraq 7,75%-ə endirib. Fitch-in fikrincə, inflyasiyanın səviyyəsi daha da yumşaldılmanın tempi və miqyasından, yüksək əmtəə qiymətləri və tələb tərəfi təzyiqləri ilə bağlı risklərdən, məsələn, maaşların güclü artımı və dövlət xərclərinin icrasından asılı olacaq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 4 gün sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
- 1 gün əvvəl
-
1 gün əvvəl
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
Neft-qazdan külək və Günəş enerjisinədək – Azərbaycan və Vyetnam prezidentləri enerji əməkdaşlığını müzakirə ediblər
Ən çox oxunanlar
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
“AzerGold” da qiymətlərə endirim etdi - qızıl külçələr 10,49 faizədək, gümüş külçələr 44,17 faizədək ucuzlaşıb
Azərbaycan neftinin son qiyməti
Çipsi və qazlı içkilər üçün aksiz təklif olunur - İstehsalçılar verginin təxirə salınmasını istəyirlər
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq























