"45 milyon manat sığorta ödənişinin alınması prosesi tam yekunlaşıb"
"Azərkosmos" "Azersky" ilə bağlı sığorta ödənişini alıb.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədr müavini Dunay Bədirxanov bildirib.
"“Azersky” peyki bildiyiniz kimi 2023-cü ildə missiyasının 9-cu ilində, yəni planlaşdırılandan 1 il öncə başa vurdu. Bu o deməkdir ki, peykin istifadə edilməyən resursları var idi və resursları sığortalamışdı. Sığorta məbləğinin əldə olunması prosesinə ötən il dərhal start verildi. Bununla belə sığorta təşkilatlarının müəyyən bir prosesi vardır. Proses ilk növbədə baş verən hadisənin sığorta şərtlərinə uyğun olub olmamasını araşdırmaq idi. Yerdə baş verən sığorta hadisələrində olduğu kimi, burada proses tez başa çatmaya bilərdi", o - deyib.
Bədirxanov əlavə edib: "Peykin əlçatmaz bir yerdə olduğunu nəzərə alsaq, məsələnin araşdırılması müəyyən vaxt tələb edirdi. Lakin bizim bu sahədə seçdiyimiz sığorta təşkilatları və brokerlər ilə uzun müddətli əməkdaşlığımız, ən vacibi düzgün təşkilatlarla işləməyimiz imkan verdi ki, tam bizə uyğun, gözlədiyimiz vaxtda prosesi yekunlaşdıraq. Bu gün ilk dəfə deyə bilərəm ki, 45 milyon manat sığorta ödənişinin alınması prosesi tam yekunlaşıb".
“Azersky-2A” və “Azersky-2B” peyklərinin hazırlanması və orbitə çıxarılması planlaşdırılır
"Azərkosmos"ın sədr müavini əlavə edib ki, “Azersky-2” proqramı çərçivəsində “Azersky-2A” və “Azersky-2B” peyklərinin hazırlanması və orbitə çıxarılması planlaşdırılır:"
Adıçəkilən proqramın əvvəlkilərdən ən böyük fərqlərindən biri texnologiyaların transferi məsələsidir. Belə ki, proqram çərçivəsində peyklərin hazırlanmasının bir hissəsi Azərbaycanda baş verəcək. Bu məqsədlə ölkədə Kosmik Aparatların İnkişaf Mərkəzinin qurulması planlaşdırılır.
Artıq onun layihələndirilməsi məsələsinə başlanılıb. Bundan başqa proqram çərçivəsində, texnologiya və bilik transferi məqsədilə çoxlu sayda təlimlər planlaşdırılır. Həmin təlimlərə də artıq start verilib. Eyni zamanda hazırda peyk və yerüstü sistemin layihələndirilməsi prosesi davam edir. Yaxın zamanlarda bizim bu peyk layihəsinin ilkin icmalı, ilin sonuna qədər isə yekun icmalı mərhələləri olacaq. Onu da qeyd edim ki, “Azersky-2B” peykinin inteqrasiyası və sınaqları tam olaraq Azərbaycanda həyata keçirilir.
Ümumilikdə sistemin layihələndirilməsi proseslərində artıq “Azersky-2A” peykindən başlayaraq, Azərbaycandakı mütəxəssislər iştirak edirlər. Bildiyiniz kimi, peyklərin hazırlanmasını İsrailin “Israel Aerospace Industries” (IAI) şirkəti həyata keçirəcək. İsrailin müharibə vəziyyətində olması bizim kosmik layihələrimizə təsir etməyib. Yəni “Azersky-2” proqramı çərçivəsində fəaliyyətimiz plana uyğun davam edir. Ona görə də 2026-cı və 2028-ci illərdə peyklərin buraxılması hədəflərinə sadiq qalırıq".
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
- 47 d. əvvəl
-
-
1 saat əvvəl
Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ədliyyə Akademiyasının rektoru dəyişdi - PREZİDENTDƏN SƏRƏNCAMLAR
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR-ın borc portfeli müzakirə olunub, SOCAR və ARDNF-ə müvafiq tapşırıqlar verilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Banklarda ən çox bu sığorta məhsulları təklif olunur – STATİSTİKA
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanda İran konfetləri məhv edilib
Ədliyyə Akademiyasının rektoru dəyişdi - PREZİDENTDƏN SƏRƏNCAMLAR
SOCAR-ın borc portfeli müzakirə olunub, SOCAR və ARDNF-ə müvafiq tapşırıqlar verilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Banklarda ən çox bu sığorta məhsulları təklif olunur – STATİSTİKA
Əhalinin 53%-i sığortalıdır - SORĞU
Azərbaycan “Saipem S.p.A.” ilə enerji və yaşıl keçid sahələrində birgə fəaliyyəti genişləndirməyi müzakirə edib
SOCAR Macarıstan şirkətilə yeni saziş imzaladı - 1 yanvar 2026-cı ildən qüvvəyə minəcək
BMW-yə yeni baş direktor təyin edilib























.jpg)



