Çin təcrübəsindən istifadə edilməklə zavod tikiləcək
Çin Xalq Respublikası ilə Azərbaycan arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı sahəsində də əlaqələr yeni müstəvidə inkişaf edir.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu fikirlər avqustun 14-də Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin Çin Xalq Respublikasının “Norinco İnternational Cooperation Ltd” şirkətinin idarə heyətinin sədri Vang Yuetaonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə səsləndirilib. Görüşün məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin müzakirəsi olub.
Nazir müavini keçən il Azərbaycanda baramaçılığı inkişaf etdirmək üçün Çindən 6000 qutu barama toxumu və 1,5 milyon ədəd tut tinginin (çəkil) ölkəmizə gətirildiyini qeyd edərək, nazirlik tərəfindən keçirilən tenderlərdə Çin şirkətlərinin də iştirakını məqsədəuyğun hesab edib. O, keçən il Çindən alınan barama toxumunun yüksək səviyyədə məhsul verdiyini qonaqların nəzərinə çatdırıb.
Nəzərə çatdırılıb ki, Qax Damazlıq–İpəkçilik Stansiyasının tam yenidən qurulması üçün Çin təcrübəsindən istifadə etməklə, rayonda müasir tipli zavodun tikilməsi həyata keçiriləcək.
Nazir müavini, həmçinin respublikamızda yüksək orqanik kənd təsərrüfatı məhsullarının istehsal olunduğunu qonaqların nəzərinə çatdıraraq, ixracyönümlü məhsullarımızın bu ölkəyə ixrac olunmasında maraqlı olan Çin şirkətlərini ölkəmizə dəvət edib.
O, Çinin baramaçılıq, çəltikçilik və çayçılıq sahəsində yüksək nəticələr əldə etdiyini və bu sahələrdə əməkdaşlığa önəm verdiyini qonaqların diqqətinə çatdırıb və Çin ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığı daha da genişləndirilməsinin vacibliyini söyləyib: “Dövlətimizin ölkəmizdə aqrar sahəyə böyük dəstəyi var. Fermer və sahibkarlarımız torpaq vergisi istisna olunmaqla bütün vergilərdən azaddır və onlara gübrələr 70 faiz, kənd təsərrüfatı texnikaları 40 faiz güzəştlə verilir, damazlıq heyvanlara və xaricə ixrac olunan məhsullara da güzəştlər tətbiq olunur”.
Azərbaycanda əlverişli investisiya mühitinin olduğunu söyləyən İ.Quliyev fermerlərin əməyini stimullaşdırmaq üçün subsidiyalar verildiyini, xarici investorlara hökumət və nazirlik tərəfindən mütəmadi olaraq dəstək göstərildiyini vurğulayıb.
“Biz Çinin baramaçılıq, pambıqçılıq, çayçılıq sahəsində qazandığı uğurları və böyük təcrübəsini ölkəmizdə də tətbiq etməyi məqsədəuyğun hesab edirik,” –deyə nazir müavini qeyd edib.
“Norinco İnternational Cooperation Ltd” şirkərinin idarə heyətinin sədri Vang Yuetaonun Azərbaycanla aqrar sahədə əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.
Müştərilərin xəbərləri
PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
3 saat əvvəl
Avtomobil nəhəngi milyardlarla avro zərərə düşdü – Zavodların bağlanması gündəmdədir
-
3 saat əvvəl
Avropa Mərkəzi Bankı faizləri dəyişmədi – Enerji qiymətlərinin artması ilə bağlı xəbərdarlıq etdi
- 5 saat əvvəl
-
5 saat əvvəl
Maliyyə Nazirliyinin hərraclarının əksəriyyəti baş tutmur – səbəbi açıqlanıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Dollar alışında ailə üzvlərinə məhdudiyyət var? – Taleh Kazımov üçün SÜRPRİZ
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
İlham Əliyev Türkiyədəki Zirvə görüşündə iştirak edə bilməyəcək
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - “Həmin maddəni masanın üstünə qoyun”
Valyuta hərraclarında nə qədər dollar satıldığı açıqlanıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb
İlham Əliyev Türkiyədəki Zirvə görüşündə iştirak edə bilməyəcək
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
Azərbaycan və Gürcüstan arasında yeni iqtisadi razılaşma imzalanacaq


























