Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Premium Bank" ASC-nin İnkişaf strategiyası yeniləndi! - MÜSAHİBƏ

"Premium Bank" mobil bankçılıq və internet bankçılığa, ümumiyyətlə rəqəmsallaşmaya investisiya edərək, rəqabətə davamlı və çevik yeni bank məhsullarını əhaliyə təqdim etməyi, korporativ müştərilərə bizneslərinin inkişafı üçün maliyyə və konsaltinq dəstəyi göstərməyi, Bakıda və regionlarda Bankın xidmət şəbəkəsinin genişləndirməyi və təkmilləşdirməyi hədəfləyir. Bank yeni peşəkar komandasını da formalaşdırmaqdadır.
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Premium Bank" ASC-nin İnkişaf strategiyası yeniləndi! - MÜSAHİBƏ
"Premium Bank" ASC-nin İdarə Heyətinin Sədri cənab Kamil Lətifov

“Premium Bank” ASC strategiyasını yenilədiyini bildirir. Strategiyanı yeniləməkdə əsas məqsəd bankın gələcək hədəflərini müəyyənləşdirmək və bu hədəflərə çatmaq üçün zəruri addımları atmaqdır.

Reklam_3_11

Marja.az Bankın yeni Strategiyası ilə bağlı İdarə Heyətinin Sədri cənab Kamil Lətifovla müsahibəni təqdim edir.

- Hörmətli Sədr, Kamil Lətifov, bu yaxınlarda Premium Bank ASC strategiyanın yenilədiyini elan etdi. Strategiyanın yenilənməsinin əsas məqsədləri nələrdi?

- Bildiyiniz kimi bu il Premium Bank ASC öz fəaliyyətinin 30 illik yubileyini qeyd edir. Yarandığı gündən etibarən Premium Bankın fəaliyyəti sabit böyümək, daim inkişafda olmaq, maliyyə sektorunda müştərilərə keyfiyyətli, individual və sürətli xidmət göstərmək, etibarlı nüfuza və stabil maliyyə göstəricilərinə malik olmaq üzərində hədəflənmişdir. Qarşıya qoyulan hədəflərə çatmaq və müasir dövrdə rəqabətə davamlılığı qorumaq məqsədilə Bank strateji fəaliyyətini daim nəzərdən keçirir və təkmilləşdirir.

- Yeni Strategiyanızın əsas prioritetlərini qeyd edə bilərsinizmi?

- Yeni strategiya bankda ümumi inkişafın stimullaşdırılması və dayanıqlılığın daha da gücləndirilməsi, müştərilərə təqdim olunan məhsul və xidmətlər üzrə diversifikasiyanın artırılması, müştəri məmnuniyyətinin yüksəldilməsi və şikayətlərin azaldılması, müxtəlif sahələr üzrə hədəflərin müəyyənləşdirilməsi və onlara nail olunması, rəqəmsal bankçılığın sürətli texnoloji inkişafı fonunda bankın rəqəmsal xidmət platformalarının inkişaf etdirilməsi, əməkdaşların bilik və bacarıqlarının artırılması və s. prioritetləri özündə ehtiva edir.

- Yeni stareji hədəflərdə Bankın missiyası – vizyonu nədən ibarətdir?

- Missiyamız qabaqcıl texnologiyalar tətbiq edərək resurslardan səmərəli istifadə etməklə, işçilərin və müştərilərin məmnuniyyətini ən üst səviyyədə təmin etməklə, həmçinin yeniliklərə və inkişafa əsaslanmaqla Azərbaycanın rifahı və iqtisadi inkişafına öz töhfəmizi vermək, ölkəmizlə birgə böyümək, qarşılıqlı inam və etibarımızı qoruyub saxlamaqdır. Vizyonumuz səhmdarları, işçiləri və müştəriləri ilə birlikdə etibarlılıq, məsuliyyətlilik və keyfiyyətlilik prinsiplərinə əsaslanan, korporativ idarəetməyə malik olan, müasir keyfiyyət standartlarına uyğun təqdim etdiyi məhsul və xidmətləri ilə fərqlilik yaradan, Azərbaycanda etibar və sabitlik nümunəsi olan Bank olmaqdır.

- Premium Bank ASC-nin gələcək hədəflərini necə təsvir edərsiniz?

- Yeni Strategiyada hədəflər əsasən müştəri münasibətlərinin idarə edilməsi modelinin təkmilləşdirilməsi, o cümlədən onlara xidmətdə alternativ kanallar üzərindən ən yeni maliyyə vasitələrinin əlçatan olmasının təmin edilməsi, Korporativ standartlara uyğun idarəetməni formalaşdırmaq, bütün sahələrdə şəffaflığın təmin edilməsi, o cümlədən bank xidmətlərindən yararlanan və ya yararlanmaq istəyən bütün müştərilərin məmnuniyyətini qoruyub saxlamaqdan ibarətdir.

Bakıda və regionlarda Bankın xidmət şəbəkəsinin genişləndirilməsi və təkmilləşdirilməsi, mobil bankçılıq və internet bankçılığa, ümumiyyətlə rəqəmsal xidmətə investisiya edərək, rəqabətə davamlı və çevik yeni bank məhsullarının əhaliyə təqdim edilməsi, korporativ müştərilərə bizneslərinin inkişafı üçün maliyyə və konsaltinq dəstəyinin göstərilməsi, qiymətli kağızlar bazarının canlanması, bu istiqamətdə əhalinin maarifləndirilməsi üçün xidmətlərin göstərilməsi qarşıdakı illərdə Bankın əsas fəaliyyət istiqamətləri olaraq müəyyən edilmişdir.

- Məlum olduğu kimi bu il Bakıda beynəlxalq nüfuzlu “COP29” tədbiri baş tutacaqdır. Bu ESİ (Ekoloji, Sosial, İdaəetmə) ilə bağlı dünyaya verilən bir mesaj olacaqdır. Bəs siz Staregiyada ESİ amillərini nəzərə almısız?

- Əlbəttə, Bank ESİ amillərinin əhəmiyyətini anlayır və bu amillərlə bağlı strategiyada fəaliyyət istiqamətlərini müəyyənləşdirib. Bankın ESİ ilə bağlı gələcək fəaliyyət istiqamətləri:

- Bu sahədə riskləri qiymətləndirmək;

- Ekoloji fəaliyyəti dəstəkləyən sahələri kreditləşdirmək, bu sahədə güzəştli kreditlər vermək;

- Ətraf mühitin qorunması ilə bağlı layihələri dəstəkləmək və bu layihələrə qoşulmaq;

- Yaşıl enerjidən səmərəli istifadə edilməsi ilə bağlı layihələri dəstəkləmək, biznes maraqlarını artırmaq, güzəştli maliyyələşdirmə imkanı yaratmaq və dəstəkləmək;

- Su ehtiyatlarından səmərəli və qənaətlə istifadə edilməsi ilə bağlı layihələrə maraq göstərmək, bunların maliyyələşdirilməsinə üstünlük vermək;

- Elektrik enerjisi və su sərfiyyatına qənaət məqsədilə ofislərdə həssaslıq sistemləri quraşdırmaq;

- Kağız sərfiyyatına qənaət edilməsi üçün məqsədyönlü əsaslı dəyişikliklərə davam etmək, o cümlədən rəqəmsallaşdırma imkanlarından faydalanaraq bu sahənin də təkmilləşdirilməsinə  dəstək olmaq;

- Sosial layihələrə dəstək göstərilməsinə davam etmək.

- Bu yaxınlarda Bank həmçinin yeni layihəsi “Airmiles”-ı təqdim edib. Məhsulların və layihələrin idarə olunmasında hansı yenilikləri etmisiniz? Müştərilərinizi hansı yeniliklər gözləyir?

- Müasir dövrdə müştərilərin sürətlə dəyişən davranış və ehtiyaclarına uyğun məhsul və xidmətlər təklif etmək son dərəcə vacibdir. Bank sektorunda, xüsusilə ödəniş və köçürmə əməliyyatlarında ciddi rəqabət var. Bankımızın əsas məhsulu 14 ildən çoxdur ki, “Miles” kartlarıdır. Hazırda “Miles” kartları təklif edən bankların sayı xeyli artıb. Bizə də məlumdur ki, rəqabət mühitində yalnız müştəri yönümlü düşünən, keyfiyyətli məhsullar təklif edən və bazara yenilikçi təcrübə təklif edən banklar rəqabət apara bilər. Biz də "Premium Bank" ASC olaraq “Airmiles” layihəsini təqdim etdik. Premium Bank ASC-nin fəaliyyəti müştəri loyallığını artırmaq üçün rəqəmsal platformalardan səmərəli istifadəyə yönəlib. Müştərilərimizə dataya əsaslanan, fərdiləşdirilmiş loyallıq proqramı, “Airmiles”-ı təklif edirik. Müştərilərimizə xüsusi təkliflərimizi “Airmiles” mobil tətbiqində təqdim edirik. Bununla biz müştərilərimizin məmnuniyyətini artırır və onların ehtiyaclarını daha yaxşı qarşılayırıq. Qeyd edim ki, yaxın gələcəkdə Airmiles öz mövqeyində möhkəmlənəcək və daha innovativ təkliflərlə bazara daxil olacaq.

- Yeni epizodlar necə olacaq? Yeni strateji dövrdə yeni seqmentlərə daxil olmaq üçün hədəflər varmı?

- Premium Bank ASC olaraq biz fəaliyyətə başladığımız hələ ilk illərdən, ölkənin premium seqmenti ilə çalışan bankı kimi mövqe tutmuşuq. Təbii ki, bu mövqeyi tutmağa və daha da gücləndirməyə davam edəcəyik. Paralel olaraq, yeni seqment hədəflərimiz də mövcuddur.

- Bu vəziyyətdə, deyə bilərsinizmi ki, orta və kiçik sahibkarlar üçün hansısa imkanlar yaradacaqsınız?

- Bəli, deyə bilərik ki, strateji periodda sahibkarlara maliyyə mənbələrinə daha asan çıxış təmin edilməsini və onların bizneslərini inkişaf etdirməyə dəstək göstərməyimizi əsas hədəflərdən birinə çevirmişik. Bu yolla biz ölkəmizdə sahibkarlığın inkişafına töhfə verməklə iqtisadi artımı dəstəkləmiş olacağıq.

- Hazırda Premium Bank ASC-də kadr siyasəti ilə bağlı hansı yeniliklər var?

- Premium Bank öz siyasətində kadr potensialına xüsusi önəm verir. Bank olaraq daim yeni, savadlı və bacarıqlı kadrları komandamıza cəlb edirik. Həmçinin əməkdaşlarımızın yeni biliklərə və təcrübələrə yiyələnməsi üçün onlara daim investisiyalar edirik. Bununla da, Premium Bank olaraq  ölkəmizdə məşğulluq səviyyəsinin yüksəldilməsinə və sosial rifaha öz töhfəmizi veririk.

- Yeni strateji dövrlə bağlı əhaliyə çatdırmaq istədiyiniz digər önəmli mesajınız varmı? 

- Yeni strateji dövrdə biz "Premium Bank" ASC-nin məqsədlərinə uyğun olaraq müxtəlif yeni layihələr planlaşdırırıq. Həmçinin Mərkəzi Bankın 2024-2026-cı illəri əhatə edən “maliyyə sektorunun inkişaf Strategiyası”na da nəzər salsaq görərik ki, əsas strateji məqsədlər maliyyə inklüzivliyinin genişləndirilməsi, maliyyə xidmətlərinin əhatəliliyinin artırılması və maliyyə alətlərinin şaxələndirilməsi, o cümlədən əlverişli bank xidmətlərinin genişləndirilməsi, korporativ idarəetmənin tətbiqi, şəffaflıq və dayanıqlılığın gücləndirilməsidir. Məhz bu məqsədlərə çatmaq və Strategiyanın uğurla həyata keçirilməsinə dəstək olmaq üçün Bank 2024-cü ildə öz Təşkilatı Strukturuna dəyişikliklər etmişdir. Yeni struktur korporativ  idarəetmədə maksimum çevikliyə və qərar qəbuletmə prosesində səmərəliliyə nail olmağa imkan yaradacaqdır. O cümlədən, bankın hal-hazırda davam edən kadr siyasəti, o cümlədən yeni peşəkar komandaların formalaşdırılması qarşıya qoyulan hədəflərə çatmaqda əvəzsiz rol oynayır.

Biz Strategiyanı uğurla icra etməklə daha güclü, müştəri yönümlü, rəqabətədavamlı və dayanıqlı təşkilata çevrilməyi hədəfləmişik. Bizim üçün ən önəmli amil olan müştəri məmnuniyyətinin və əməliyyat səmərəliliyinin daha da artırılmasına, habelə davamlılıq prinsiplərinin gücləndirilməsinə nail olacağımıza inanırıq. Strategiyamızı yeniləyərək gələcəyə daha inamla baxırıq.

-Yeni strateji dövrdə sizə uğurlar arzulayırıq. Müsahibə üçün təşəkkür edirik.

Kamil Lətifov sədr Premiumbank strategiya bank rəqəmsal bankçılıq Airmiles Miles kartlar maliyyə bizneslər
04.06.2024 07:37

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Sabahın hava proqnozu
Sabahın hava proqnozu
26.06.2024 12:55
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ