Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Kredit bazarında payımızı 2% artıraraq 20%-ə çatdırmışıq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Kredit bazarında payımızı 2% artıraraq 20%-ə çatdırmışıq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABB "Dayanıqlı İnkişaf Hesabatı-2023"ü açıqlayıb.

Marja.az xəbər verir ki, hesabata ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib ki, bu Hesabat eyni zamanda dayanıqlılıqla bağlı Bankın öhdəliklərinə sadiqliyinin ifadəsidi:

Xeber-daxili-4_11

"Ətraflı təhlillər və müqayisəli göstəricilərə əsaslanan Hesabatda ABB Qrupunun ən yeni tarixi ilə tanış olacaqsınız. Bu tarix şərti olaraq üç mərhələyə bölünür: 2016-2018-ci illəri əhatə edən birinci dövr ABB-nin həyatında sabitləşmə mərhələsi idi. Dövlətimizin dəstək verdiyi müxtəlif tədbirlərlə möhkəmlənmə proseslərindən keçən Bankımız bu mərhələni uğurla başa vurdu. Bankın gələcək inkişafı ilə bağlı ümumi baxış formalaşdırıldı. Xarici məsləhətçilərin də iştirakı ilə ABB-nin inkişaf strategiyası işlənib hazırlandı. 2019-2022-ci illərdə ilk inkişaf strategiyamızı icra edərək Bankın dayanıqlı inkişafı üçün möhkəm təməllər formalaşdırdıq.

Beləliklə, ABB ikinci dövrü də müvəffəqiyyətlə tamamlayıb, 2023-cü ildən yeni strateji mərhələyə daxil oldu. Şərti olaraq inkişaf proseslərinin sürətləndirilməsi dönəmi adlandırdığımız cari mərhələnin ilk ilində qazanılmış nəticələr ABB-nin dövrün çağırışlarına uyğun şəkildə hədəflərinə doğru sürətlə irəlilədiyini göstərir. Bankımız ötən dövrdə qurduğumuz sağlam təməllər üzərində sürətlə böyüməyə başlayıb. Bütün seqmentlər üzrə bazar payımızı artıraraq sektorda yüksək böyümə nümayiş etdirmişik. Kredit bazarında payımızı 2023-cü ildə 2% artıraraq 20%-ə çatdırmışıq. 31.12.2023-cü il tarixli konsolidasiya edilmiş maliyyə hesabatlarına əsasən, portfelimiz 2023-cü ilin əvvəli ilə müqayisədə ilin sonunda 1.5 mlrd. AZN, yəni 43% artaraq 5 mlrd. AZN-i ötüb. İl ərzində korporativ biznes və kiçik sahibkarlar üzrə kredit portfelimizdə də 900 mln. AZN-ə yaxın və ya 53% artım qeydə alınıb.

Real sektorun maliyyələşdirilməsinə 1.7 mlrd. AZN-dən çox vəsait ayırmışıq. Yeni texnologiyaların intensiv tətbiqi, xidmət keyfiyyətinin yüksəlməsi, müştəri loyallığına nail olmaq üçün həyata keçirdiyimiz irimiqyaslı layihələr sayəsində ötən il həm korporativ, kiçik və orta biznes müştərilərimizin, həm də pərakəndə müştərilərimizin sayında böyük artım baş verib.

"Aktiv müştəri sayını 2 dəfə daha sürətlə artıra bilmişik"

Pərakəndə müştərilərimizin aktiv istifadəsində də artım müşahidə olunub. Aktiv müştərilərimizin sayında il ərzində 25% artıma nail olmuşuq. Beləliklə, aktiv müştəri sayını 2022-ci ilə nəzərən 2 dəfə daha sürətlə artıra bilmişik.

Ötən il müştəri sayında baş vermiş sürətli artım nəticəsində hazırda 2 milyondan çox rəqəmsal müştərimiz (İnternet Bankçılıq və mobil tətbiqdən istifadə edən müştərilər) var. 2023-cü ildə, 750 000-dən çox rəqəmsal müştərimiz hər ay müntəzəm olaraq ABB mobileda ən azı 1 əməliyyat aparıb. Hər gün yenilənən ABB mobile platformamızla müştərilərimizin yalnız bank xidmətləri ehtiyaclarını yox, bütün maliyyə xidmətlərinə olan ehtiyaclarını qarşılamağa çalışırıq.

Biz 15 000-dən çox korporativ müştəriyə də xidmət göstəririk və korporativ əməliyyatların 96%- dən çoxu məhz rəqəmsal şəkildə həyata keçirilir".

ABB-nin sədri qeyd edib ki, rəhbərlik etdiyi Bank 2023-cü ildə rekord məbləğdə mənfəət əldə edib:

"2023-cü il ABB-nin möhkəmlənmə dövründən sonra ən yüksək əməliyyat mənfəətini qazandığı il oldu. Belə ki, ötən il ABB sektorda rekord məbləğdə - 381 mln. AZN xalis mənfəət qazanmaqla 2022-ci illə müqayisədə xalis mənfəətində 32% artım əldə etdi. 2023-cü ildə ABB-nin vergidən əvvəl xalis mənfəəti 368 mln. AZN-dan 484 mln. AZN-ə yüksəldi. Bankımız 2023-cü ildə ümumilikdə 143 mln. AZN mənfəət vergisi ödədi. Bu məbləğ 2022-ci il ilə müqayisədə 68.2% artım deməkdir. Dövlət büdcəsinə isə ötən il ümumilikdə 103 mln. AZN vergi ödənildi. Bundan başqa, ABB 2022-ci ilin mənfəətindən ötən il səhmdarlarına 156 mln AZN dividend də ödədi. Bankın səhmlərinin 96,4%-i dövlətə məxsus olduğundan dividendlərin 150.38 mln. AZN-i məhz dövlətə ödəndi. Bir faktı da qeyd edim ki, ümumən, son 5 ildə mənfəət vergisi, səhmdarlara ödənilən dividendlər nəzərə alınmaqla dövlət büdcəsinə və sosial yönümlü layihələrə ABB 1.3 mlrd. AZN-dən çox ödənişlər edib. ABB əsas səhmdarımız olan dövlətə, həmçinin sayı 1,800-ü ötən fiziki şəxs və özəl səhmdarlarımıza son beş ildə davamlı şəkildə yüksək dividendlər ödəməkdədir. ABB menecmenti olaraq biz səhmdarlarımıza ödənilən dividendlərin artırılması və minimum 15% gəlirliliyin təmin olunması məqsədilə 2023-cü ilin mənfəətindən 185 mln. AZN həcmində dividend ödənişi təklif etdik.

 Abbas İbrahimov ön sözünə belə davam edib:

"2023-cü ildə ABB mobile tətbiqi vasitəsilə investisiya imkanlarını təkmilləşdirdik. Artıq hər bir istifadəçi tətbiq daxilində investisiya profili yaradıb mənfəət potensialına malik səhmlərlə və digər qiymətli kağızlarla ticarət edə bilər. Buna paralel bir çox sığorta məhsullarından da ABB mobile vasitəsilə faydalanmaq imkanı yaratdıq. Həmin məhsulları cəmi bir neçə toxunuşla tətbiq üzərindən tam rəqəmsal təcrübə ilə rahat şəkildə əldə etmək mümkündür.

Tərəfdaşlarımızın sistemləri ilə inteqrasiya sayəsində reallaşdırdığımız bu cür uğurlu layihələr bizim üçün açıq bankçılıq infrastrukturunun qurulması baxımından da əhəmiyyətlidir. Məlum olduğu kimi, ölkəmizdə bu istiqamətdə təşəbbüslərin reallaşdırılmasına başlanmışdır. Xüsusilə 2023-cü ildə bu məqsədlə müvafiq qanunvericilik bazası formalaşdırılmışdır. Bu təşəbbüslər sektorda, maliyyə ekosistemində yeni bir dəyişiklik dövrünün əsasını qoyur. ABB olaraq bizim də niyyətimiz bu təşəbbüslərin mərkəzində qərar tutaraq maliyyə xidmətləri mərkəzi funksiyasını yerinə yetirməkdir. Hazırda texnoloji və rəqəmsal infrastrukturumuzu buna uyğun qururuq. Müxtəlif informasiya sistemləri arasında qarşılıqlı əlaqələrin qurulması üçün protokol və alətlər dəsti olan API-larımızı hazırlayırıq. 2023- cü ildə ABB mobile üzərindən investisiya və sığorta həllərini bu hazırlıq sayəsində təqdim edə bildik. Eləcə də “ƏDV geri al” xidmətinin 2 operator bankından biri kimi, bu xidmətin başqa bir neçə bankın müştəriləri üçün də əlçatan olmasına şərait yaratdıq. Bütün bunlar texnoloji infrastrukturumuzun istənilən kənar qurum və ya şirkətin informasiya sistemləri ilə qarşılıqlı əlaqə qurmaq üçün hazır vəziyyətdə olduğunu göstərir.

Müştərilər üçün daim yeni dəyər axtarışında

2023-cü ildə biz ölkəmizdə nağdsız ödənişlərin stimuallaşdırılmasında, rəqəmsal müştəri təcrübələrinin formalaşmasında, müştəriaktivliyinin yüksəlməsində müstəsna rol oynayan “Faydalı keşbek” layihəmizi uğurla tətbiq etdik. Müştərilərimizə rəqəmsal platformada, cəmi bir neçə toxunuşla ABB-nin istənilən kartını keşbek kartına çevirmək imkanı verərək onlara yeni bir dəyər ötürdük. Qeyd edim ki, aparılan sorğunun nəticələrinə görə, 2023-cü ildə Bankımızla bağlı müştəri məmnunluğu səviyyəsi 76.8%-ə yüksəldi.

Bütün müştəri seqmentlərinə xidmət edən ABB-nin ölkənin ən böyük universal bankı mövqeyi ötən il daha da möhkəmləndi. Azərbaycanda bizneslərin şəffaflaşma meyllərinə, rəqəmsallaşma tendensiyasına və kiçik bizneslərin yeni ehtiyaclarına uyğun olaraq onlar üçün rəqəmsal kanallar üzərindən yeni xidmət modelinin yaradılmasına başladıq. Bu model sadə və göz oxşayan müştəri təcrübəsi ilə kiçik bizneslərin gündəlik bank əməliyyatlarını, əvvəldən sona qədər rəqəmsal kreditləşmələrini, müxtəlif ödəniş alətlərini və hətta həyatlarını asanlaşdıracaq “Beyond banking” həllərini də əhatə edəcək. Bu həllər getdikcə şəffaflaşan kiçik biznesləri rəqəmsal platformamıza cəlb edərək maliyyə resurslarının onlar üçün daha əlçatanlığına, ümumən ölkəmizdə sahibkarlığın inkişafına kömək göstərəcək. 

Agile təcrübə

Bizi bu cür həlləri təqdim etməyə ruhlandıran rəqəmsallaşma layihələrimizin korporativ müştərilərimizdə yaratdığı yeni, faydalı təcrübələrdir. Bir faktı qeyd etmək istərdim ki, hazırda korporativ müştərilərimiz əməliyyatların 96%-dən çoxunu rəqəmsal kanallar vasitəsilə həyata keçirirlər. Hər yeni funksionallıq yaradanda müştərilərlə görüşüb, onları dinləyir, faydalı rəylərini nəzərə alırıq. Tətbiq etdiyimiz yeni biznes modeli, Agile metodundan uğurla istifadə etməyimiz ciddi rəqabət mühitində müştərimərkəzli yanaşma nümayiş etdirməyimizə imkan yaradır. Müştərilərin istək və ehtiyaclarına uyğun, onlar üçün yeni dəyər və göz oxşayan təcrübə yaradan məhsulları bazara vaxtında təqdim etməyimizə kömək göstərir. 2023-cü ildə Agile strukturlarımızın sayını 18-ə çatdırdıq. Onlardan 10-u Agile sahə, 7-si ekspertiza mərkəzidir. Hazırda bütün məhsulyaratma fəaliyyətimizlə Agile komandalarımız məşğuldur. Bu krossfunksional komandalar müştəri ehtiyaclarını daha yaxşı öyrənib, çevik şəkildə qərar verərək bazara sürətlə yeni məhsullar təqdim edə bilir. ABB bu gün ölkəmizdə Agile təcrübəni həm uğurla tətbiq edən, həm də bu mədəniyyəti yayan və bu sahədə kadrlar yetişdirən əsas biznes qurumlarındandır.

2023-cü ildə Generativ Süni İntellektin (Generative AI) tətbiqi istiqamətində də layihələrə başladıq. Bunun nəticəsi kimi qısa müddətdə “ABB Süni İntellekt”i istifadəyə verdik. Tezliklə, həm arxa ofis işlərində, proqramlaşdırmada, eləcə də müştəri əlaqələrində, o cümlədən Məlumat Mərkəzində Generativ AI-dən daha geniş şəkildə istifadə edəcəyik. 

Peşəkar komandada bərabər imkanlar

Əvvəlki illərdə olduğu kimi, 2023-cü ildə də əldə etdiyimiz bütün uğurlar yüksək motivasiyalı ABB komandasının birgə əməyinin nəticəsi və əməkdaşlarımızın yeni strategiyamıza sadiqliyinin göstəricisidir. Hazırda böyük ABB komandası 3400-dən çox əməkdaşı bir araya gətirir. ABB sektorun əsas işəgötürənlərindən biri kimi ölkəmizdə məşğulluğa, sosial rifaha töhfə verir. Maliyyə sektorunun ən yaxşı işəgötürəni olmaq üçün ABB-də korporativ mədəniyyət daha da gücləndirilir. Əməkdaşlarımızın inkişafına davamlı investisiyalar edilir. İşçilər yetişdirilir, onların özlərini arzularına uyğun istiqamətlərdə reallaşdıra bilmələrinə dəstək verilir. ABB əməkdaşları arasından yeni biznes liderlərinin yetişdirilməsi, onların fərdi inkişaf planlarına dəstək məqsədilə xarici tərəfdaşımız - BTS şirkəti ilə birgə ötən il “Gələcəyin Liderləri” proqramına start verdik. 6 aylıq proqrama müvafiq meyar və prosedurlar əsasında 30 nəfər seçildi və onlar bir sıra təlim modullarında iştirak etməyə başladılar. 2023-cü ildə ABB-də işçilərin məmnunluq səviyyəsi 81,5%-ə yüksəldi.

Biz cinsindən, milli mənsubiyyətindən və ya dini etiqadından asılı olmayaraq, bütün işçiləri ədalətli imkanlarla təmin etməklə bərabərliyi dəstəkləyirik. İşəqəbul, təcrübə, karyera inkişafı, daxili rotasiya və s. istiqamətlər üzrə müxtəlif proqramlarımızla ABB-də bərabər imkanlar mühiti qorunur və bu mühit yeni layihələrimizlə daha da inkişaf etdirilir. ABB gender balansının qorunmasına və qadınların karyera inkişafına da xüsusi diqqət ayırır. 2023-cü ildə insan resursları sahəsində uğurlu göstəricilərimizdən biri kimi ABB-də qadın əməkdaşların sayı əvvəlki illə müqayisədə 14% artaraq 1437 nəfərə çatıb. Eləcə də rəhbər vəzifələrdə çalışan qadınların sayı 33% artımla 110 nəfər təşkil edib.

Biz ölkəmizin əmək bazarı üçün peşəkar mütəxəssislər yetişdiririk. Bankımızın 2019-cu ildə yaratdığı ABB Tech Akademiyasının uğuru buna daha bir nümunədir. 4 il ərzində ABB Tech Akademiyasını 586 məzun bitirib. Onlardan 116 nəfər hazırda ABB Maliyyə Qrupunun müxtəlif layihələrində çalışır, digər məzunlar isə ayrıayrı yerli və xarici təşkilatların əməkdaşlarıdır. Məzunların işəqəbul faizi 80%-dən yüksəkdir. Bankımızın ABB İnnovasiya Mərkəzi də fəaliyyət göstərir. İndiyə qədər 50-dən çox startap layihəsi burada inkubasiya mərhələsindən keçib və investorlara təqdim edilib. Belə layihələr biznes və təhsil əməkdaşlığının inkişafı, gənc istedadların dəstəklənməsi baxımından da çox mühümdür".

Hesabatla buradan tanış ola bilərsiniz.

05.06.2024 13:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil xəbər lentinin aşağısı_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ