Bakıda taksi xidməti niyə bahalaşıb?
Son aylar Bakıda taksi xidməti göstərən şirkətlərin qiymətləri artırdığı müşahidə olunur.
Bahalaşma son günlər xüsusilə hiss olunur, üstəlik taksi sürücüləri sifariş verilmiş ünvana vaxtında çatmırlar.
Əgər əvvəl taksiyə minmək üçün maksumum 5 dəqiqə gözləmək lazım idisə, hazırda sürücünün sərnişini yoldan götürməsi azı 15-20 dəqiqə çəkir. Üstəlik 2-3 manatlıq yolu indi taksilər 4-5 manatdan aşağı qiymətə getmirlər. Bütün bunlar isə ölkədə taksi fəaliyyəti ilə bağlı yeni qaydaların qüvvəyə minməsi ərəfəsində baş verir.
Xatırladaq ki, iyulun 1-dən yaşı 8 ildən çox olan minik avtomobillərindən taksi fəaliyyətində istifadə olunmasına icazə verilməyəcək. İyulun 1-nə qədər isə bu icazəni almaq istəyənlərinin maşının yaşı 15 ildən çox olmamalıdır.
Taksi bazarında yaranmış vəziyyəti araşdırlıb:
Nəqliyyat üzrə ekspert Fərhad Eyyubov hesab edir ki, taksi fəaliyyətinə dair yeni tələblər paytaxtda taksilərin sayını azaldıb, ictimai nəqliyyat isə daşıma yükünü tam çəkə bilmir: "Normal halda taksi ilə gedənlərin sayı ictimai nəqliyyatla gedənlərin sayının 6-8 %-ni təşkil etməlidir. Avtobus, qatar, metro sərnişin daşınmasını çatdırmayanda insanlar taksi ilə getməli olur və dediyim nisbət artır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) bildirir ki, taksilərin sayı 67 mindən 60 minə endriliib, amma bu da çoxdur. Guya Bakıda olan adam sayına görə 20 min taksi bəsdir. Halbuki, 20 min taksi əhalinin tələbatını tam ödəmir. Hesab edirəm ki, tələbat dəqiq öyrənilməlidir".
"Tarif (Qiymət) Şurası avtobuslarda gedişhaqqını 10 qəpik artıranda bunu hansısa formada əsaslandırır. Taksilərdə gedişhaqqının artırılmasının əsaslandırılması yoxdur. İnsanlar taksidən istifadə edə və yaxud etməyə bilərlər. Amma bunun hallarda taksi xidməti əlçatan, qiyməti münasib olmalıdır. Yeni tələb taksi şirkətlərinə gedişhaqqını ikiqat artırmağa imkan verir. Odur ki, taksi ilə bağlı məsələnin üzərində iş aparılmalıdır", - deyə o əlavə edib.
RİNN yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) isə bildirib ki, taksi xidmətinin qiyməti tələb və təklif əsasında müəyyən olunur:
“Hazırda qiymət taksi operatorlarının rəqabəti şəraitində formalaşır. Yeni qaydalarla taksi xidməti tənzimlənəcək, peşəkar əmək bazarı formalaşacaq. Bununla da peşəkar taksi sürücülərinin fəaliyyəti üçün münbit şərait yaranacaq. Bu sahədə AYNA təhlillər aparıb, taksilərin saylarının azaldılmasına müvafiq olaraq yeni avtobuslar xəttə buraxılacaq. Bu da sərnişin sıxlığının, eləcə də avtobusların qrafikdən və intervaldan kənarlaşması hallarının qarşısını alacaq. Bakı şəhərində şəhərdaxili və şəhərətrafı marşrutlar üzrə sərnişin daşımalarında əsaslı keyfiyyət dəyişikliklərinə nail olmaq məqsədilə yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb. Yeni marşrut şəbəkəsi data əsaslı analitik alət olan Bakının “Rəqəmsal əkiz”i vasitəsilə simulyasiya edilib. Nəticədə yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyənləşib. Yeni marşrut şəbəkəsi yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq edilir”.
"İlk olaraq marşrut şəbəkəsinin Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələrinə fəaliyyət göstərəcək 5 yeni marşrut üzrə tətbiqi nəzərdə tutulur. Bu məqsədlə müntəzəm və ekspres avtobus marşrutları müsabiqəyə təqdim edilib. Artıq qaliblər bəllidir",- deyə məlumatda qeyd edilib.
© "Report"
Müştərilərin xəbərləri
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 saat əvvəl
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?
-
6 saat əvvəl
"Bundan sonra da bank birləşməsi olacaqsa, ancaq və ancaq şad olarıq"
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“KollektA” investorları 16% gəlirlə cəlb etdi - 53 investor 2 milyon manat yatırdı
-
7 saat əvvəl
Sumqayıtda yeni mənzillər satışda çıxdı: Qiymətlər və şərtlər - ƏTRAFLI
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank 32-ci filialını Bakıxanovda açdı
Ən çox oxunanlar
15% gəlir, hər 3 aydan bir ödəniş – “FINCA Azerbaijan”ın yeni istiqrazları üzrə hərrac tarixi elan edildi
“Sizin Lombard” ödənişləri “M10”-da ®
Azərbaycan bankı Naxçıvanda günəş stansiyasını maliyyələşdirir - 8 milyon manata yaxın kredit ayırıb



























