Möhtəşəm “Baku ID” tədbirinin açılışı baş tutdu!
Ümumi məbləği 1.000.000 dollarda artıq olan investisiya fondu yaradılıb.(®) 27 iyun tarixlərində “Bakı Kristal Zal”da keçirilən sayca üçüncü olan “Baku ID” innovasiya festivalı böyük maraqla qarşılandı.
SABAH.HUB İnnovasiya Mərkəzinin nəzdində yaradılmış Azərbaycanın və regionun əsas startap innovasiya tədbirlərindən biri olan “Baku ID” innovasiya festivalı çərçivəsində startapçılar və investorlar bir araya gətirilmişdir.
Bu ilki “Baku ID” tədbirində 200-dən çox yerli və xarici investor, 100-dən çox xarici və yerli startap, 5000 iştirakçı və 50-dən çox tərəfdaş yer almışdır. “Baku ID” tədbiri startapların investorların diqqətini cəlb etmək üçün əvəzsiz bir fürsət oldu. Tədbir çərçivəsində “Startup Wise Guys”, “Al-Farabi Innovation Hub”, “Caucasus Ventures”, “MOST Ventures”, “Startupbootcamp”, “Idacapital”, Yıldız Tekno GSYO, Aloqa Ventures” və “SABAH.fund” vençur fondlarının dəstəyi ilə ümumi məbləği 1.000.000$-dan artıq olan investisiya fondu yaradılıb.
Tədbirin ilk günündə rəsmi açılış nitqini SABAH.HUB İnnovasiya Mərkəzinin İcraçı direktoru Rəhim Bayramlı edərək tədbirin Azərbaycan və regional innovasiya ekosisteminə olan töhvəsindən danışdı Sponsor və tədbirdə iştirak edən qonaqlara öz təşəkkürünü bildirdi.
Bundan əlavə, “İnnovasiyaların İdarə Edilməsi və Bilik-Əsaslı İqtisadiyyata Keçid” panelində İqtisadiyyat naziri Mikayıl Cabbarov, Elm və Təhsil naziri Emin Amrullayev, SOCAR-ın prezidenti Rövşən Nəcəf və PAŞA Holding-in aparat rəhbəri Dəyanət Sədullayev iştirak edərək hər sahəyə uyğun olan sualları ətraflı şəkildə cavablandırdılar.
“Baku ID” festivalının baş sponsorları qismində Elm və Təhsil Nazirliyi, SOCAR, PAŞA Holding, ABB və Mappable, tərəfdaşları isə 4SİM və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi çıxış edib.
Əlavə olaraq, tədbir zamanı “Al-Farabi Innovation Hub” ilə SABAH.HUB İnnovasiyalar Mərkəzi və Yüksək Texnologiyalar Parkı arasında memorandumlar imzalanmışdır. Həmçinin “Baku ID” çərçivəsində SABAH.HUB İnnovasiyalar Mərkəzi və 4SİM arasında ölkədə rəqəmsal iqtisadiyyatın inkişafı çərçivəsində yerli startap ekosisteminin inkişafına dəstək göstərilməsi və bu sahədə əməkdaşlıqla bağlı ikitərəfli anlaşma memorandumunun imzalanması baş tutub.
Qeyd edək ki, “Baku ID” innovasiya festivalı fəaliyyət dövrü ərzində onlarla startapın inkişafına dəstək verərək minlərlə şəxsin innovasiya ekosistemi haqqında birbaşa məlumatlanmasına nail olmuşdur. Ümumilikdə isə startapların 4 milyon dollardan çox investisiya cəlb etməsinə dəstək göstərmişdir.
“Baku ID” innovasiya festivalının fəaliyyəti ilə yaxından tanış olmaq və mütəmadi olaraq yeniliklərdən xəbərdar olmaq üçün sosial media kanalları (facebook, instagram və linkedin) vasitəsilə izləyə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
-
22 d. əvvəl
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
- 1 saat əvvəl
-
3 saat əvvəl
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
-
4 saat əvvəl
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
-
5 saat əvvəl
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb
Avqustun 13-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib
25 auditor subyektinin icazəsi dayandırılıb
Universitet üçün 1000 yerlik yeni yataqxana kompleksi tikiləcək
Prezident 4 sərəncam imzaladı: səfirlər dəyişdirildi
Biznes hesab cəmi 3 dəqiqəyə: PAŞA Bank Biznes mobil tətbiqində!























