Prokuror 1,5 milyonluq dələduzluqda təqsirləndirilən şirkət rəhbərinə 10 il cəza istədi
Bir neçə mənzili ayrı-ayrı vətəndaşa sataraq dələduzluq etməkdə təqsirləndirilən Xanlar Cəfərovun məhkəmə istintaqı yekunlaşıb.
Bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Prokuror Babaxan Həsənəliyev ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası iyulun 10-na təyin edilib.
Qeyd edək ki, istintaq materiallarında qeyd olunub ki, Xanlar Cəfərov “Avro Qrand” MMC-nin 2014-cü ildən 2019-cu ilədək direktoru vəzifəsində işləyib.
O, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə MMC tərəfindən paytaxtın Binəqədi rayonu, A. Məmmədov küçəsi 10 ünvanında inşa olunan qeyri-yaşayış sahəsinin 150 kv/m-ni 27.05.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Zahid Cəfərova satıb. Lakin şirkət rəhbəri həmin qeyri-yaşayış sahəsini 2016-cı il tarixdə Rövşən Ələkbərova sataraq ondan 170 min 910 manat pul alıb.
Bundan başqa Xanlar Cəfərov “Avro Qrand” MMC ilə “Xələfli” MTK arasında bağlanmış müqaviləyə əsasən MTK-nın sifarişi ilə Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi 21-ci məhəllədə sözügedən MMC tərəfindən inşa olunan binanın sahəsi 86 kv/m-lik mənzilini “Xələfli” MTK-ya məxsus olduğunu bilməsinə baxmayaraq, Rövşən İsmayılova ilkin ödəniş kimi 8 min 500 manat, daha sonra isə 25 min manat pula satıb.
Bundan əlavə, o, digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək “Avro Qrand” MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H. Aslanov 21 ünvanında inşa edilmiş binanın sahəsi 69 kv/m-lik mənzilini Fikrət Ovçiyevə satıb. Lakin şirkət rəhbəri sözügedən mənzili Vəli Tanrıverdiyevə 35 min manat pula təkrar satıb.
Eyni zamanda, Xanlar Cəfərov “Avro Qrand” MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsi 10 ünvanında inşa edilmiş binanın sahəsi 98 kv/m-lik mənzilini Rafiq Əbilova satıb. Amma buna baxmayaraq, o, həmin mənzili Babək Vəliyevə 75 min manata sataraq dələduzluq edib.
Xanlar Cəfərov eyni əməllə Kamil Qədirova satdığı mənzili Elvin Bayramova 60 min manata, Həsən Əliyevə məxsus mənzili, Rasim İsmayılova 35 min manata, Rəhman Yusifova məxsus mənzili Tahir İsayevə 73 min manata, Şamil Nəcəfova məxsus mənzili Rauf Paşayevə 18 min manata, Elnur Balakişizadəyə məxsus mənzili Xəzər Əliyevə 62 min manata, Sultan Sultanova məxsus mənzili Rəcəf Orucova 48 min manata və Hikmət Bağırova məxsus mənzili isə Rüfət Qurbanova 47 min 600 manata satıb.
İş üzrə 12 zərərçəkmiş var. Onlara ümumilikdə 1 milyon 500 min manat ziyan dəyib.
İstintaq dövründə ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq, 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Xanlar Cəfərov daha əvvəl eyni əmələ görə həbs olunub və məhkumluq həyatı yaşayıb.
© APA
Müştərilərin xəbərləri
"Prime Cotton" şirkəti GOTS sertifikatını əldə edərək Azərbaycan pambıq sektorunda yeni mərhələ açır
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 gün sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
PAŞA Holding-in təşkilatçılığı ilə “LEGIS Hüquq Forum”u uğurla başa çatıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda bank müştəri hesablarının sayı 17%-ə yaxın artıb
-
2 saat əvvəl
Dövlət Vergi Xidməti proqnozdan 50 milyon manat daha çox vergi yığıb
-
2 saat əvvəl
Azərbaycanda restoranda robot-ofisiant xidmət göstərməyə başlayıb
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Prime Cotton" şirkəti GOTS sertifikatını əldə edərək Azərbaycan pambıq sektorunda yeni mərhələ açır
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
“İrana bombardmançı təyyarələrimizi göstərdik”
Avropa Mərkəzi Bankı faizlərini dəyişdirmədi
Dövlət Vergi Xidməti proqnozdan 50 milyon manat daha çox vergi yığıb
Azərbaycanda restoranda robot-ofisiant xidmət göstərməyə başlayıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Prime Cotton" şirkəti GOTS sertifikatını əldə edərək Azərbaycan pambıq sektorunda yeni mərhələ açır
Soyuq hava qlobal istiləşməni təkzib etmir
50 investor "FNC BOKT"a 4 milyon 750 min manat borc verdi
"Bu proses nəzarətsiz davam etsə, rəsmi avtomobil bizneslərinin tənəzüllünə gətirib çıxara bilər"
Toyuq və toyuq sendviçləri menyusu ilə məşhur olan ABŞ markasının Bakıda restoranı açılır


















