Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Kompüterlərin topdan satışı ilə məşğul olan şirkətin gəliri kəskin artıb - 207 MİLYON MANAT GƏLİR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kompüterlərin topdan satışı ilə məşğul olan şirkətin gəliri kəskin artıb - 207 MİLYON MANAT GƏLİR

Kompüterərin, avadanlıqların və proqram təminatlarının topdan və pərakəndə satışı ilə məşğul olan "Bestcomp Group" QSC 2023-cü ili 16 milyon 785 min xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 18 milyon 175 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Bestcomp Group"un xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 1 milyon 390 min manat və ya 7,6% azalıb.

Marja.az şirkətin konsolidasiya edilmiş maliyyə hesabatlarına istinadən xəbər verir ki, "Bestcomp Group"un satışdan gəlirləri (əsas əməliyyat gəlirləri) 2022-ci ildə 152 milyon 38 min manat ikən, 2023-ci ilidə 206 milyon 790 min manat təşkil edib. Beləliklə, ötən il şirkətin satışdan gəlirləri 54 milyon 752 min min manat və ya 36% artıb. Ötən il "Bestcomp Group" QSC ölkə xaricində gəlir əldə etməyib. 2022-ci ildə Şirkətin ölkə xaricində gəlirləri 3 milyon 902 min manat təşkil etmişdi.

Reklam_3_11

Ötən il "Bestcomp Group" 42 min manat digər gəlirlər də əldə edib (2022-ci ildə 16 min manat). 

Ötən il gəlirin artmasına qarşılıq, əməliyyat xərclərinin təxminən 24 milyon manat yüksək olması, güzəşt və azadolmalar üzrə 10 milyon manata yaxın xərcin yaranması "Bestcomp Group"un xalis mənfəətinin düşməsinə səbəb olub.

CƏMİ AKTİVLƏRİ AZALIB

31 dekabr 2023-ci il tarixində "Bestcomp Group" QSC  82 milyon 909 min manat cəmi aktivlərə malik olub. Şirkət 2022-ci ilin sonunda 100 milyon 126 min manat cəmi aktivlərə malik idi.

"Bestcomp Group" QSC "B and B Security Alliance Limited" MMC, "Bestel Systems" MMC, "HTech İnvest" MMC və "Kür Elektron Avadanlıqlar İstehsalı" MMC şirkətlərinin təsisçisisdir.

"Bestcomp Group" QSC-nin payçıları Həsənov Rauf İlyas oğlu (63,50%), Məmmədov Əsəd Rauf oğlu (21,77%) və Həsənov Saleh İlyas oğludur (14,73%).

BestcompGroup gəlir 2023 mənfəət kompütür noutbuk proqram təminat B and B Security Alliance Limited Bestel Systems HTech İnvest Kür Elektron Avadanlıqlar İstehsalı Həsənov Rauf Məmmədov Əsəd Həsənov Saleh
10.07.2024 08:50

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ