ABŞ Azərbaycanda gələn il üçün neft hasilatı üzrə proqnozunu artırıb
ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2024-2025-ci illər üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozu açıqlayıb.
EIA-nın aylıq hesabatına görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 610 min barel təşkil edəcəyi ehtimal edilir, bu da öncəki proqnoz göstəricisinə bərabərdir.
Bununla yanaşı, EIA-nın ehtimalına görə, gələn il ölkədə ortalama gündəlik neft hasilatı 660 min barel səviyyəsində olacaq (öncəki proqnoz – 650 min barel).
Qeyd olunur ki, ötən il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 620 min barel təşkil edib.
Əlavə etmək lazımdır ki, 2022-ci ildə ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 670 min barel səviyyəsində olub. 2021-ci ildə ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 720 min barel səviyyəsində olub.
Xatırladaq ki, 2019 və 2020-ci illərdə sözügedən göstərici müvafiq olaraq 780 min və 700 min barel səviyyəsində olub.
© APA
Müştərilərin xəbərləri
Böyük innovasiya festivalı başlayıb - Bu gün startap təqdimatları, müzakirələr, çıxışlar və investorlarla görüşlər olacaq
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
18 d. əvvəl
“PAŞA Bank” yarımillik nəticələrini açıqladı - Aktivləri 10 milyard manata yaxınlaşıb
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Hörmüz boğazında neft tankeri vurulub
Mebel idxalı təxminən 20% azalıb
Xaricdən geyim alışında azalma
Ən çox oxunanlar
Sentyabrın 19-da gözlənilən hava şəraiti
Tahir Gozal bank rəhbəri seçilib
BOKT-un maliyyə nəticələrində güclü artım
Azərbaycan neftinin son qiyməti
“Fresh Garden Quba”ya aqropark rezidentliyi verilib - 6500 tonluq soyuducu anbar və çeşidləmə xətti yaradacaq
Azərbaycan Çindən 7 ədəd lokomotiv alıb

























