Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan Dövlət Neft Fondu zərərdən mənfəətə keçib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Dövlət Neft Fondu zərərdən mənfəətə keçib

Azərbaycan Respublikası Dövlət Neft Fondu 2023-cü ili 8 milyard 102 milyon 789 min manat xalis mənfəət ilə başa vurub. Fond 2022-ci ili 5 milyard 240 milyon 44 min dollar xalis zərər ilə bağlamışdı.

Bu barədə Marja.az ARDNF-in 2023-cü il üzrə Konsolidasiya edilmiş mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabatına istinadən xəbər verir.

O cümlədən, Fond dötən il istiqrazlara investisiyalardan 3 milyard 45 milyon 23 min manat gəlir (2022-də 2 milyard 916 milyon 521 min manat zərər), səhm investisiyalarından 3 milyard 479 milyon 743 min manat gəlir (2022-də 2 milyard 9 milyon 443 min manat zərər), qızıl külçədən 1 milyard 373 milyon 126 min manat gəlir (2022-də 87 milyon 912 min manat gəlir), məzənnə fərqi üzrə 109 milyon 299 min manat gəlir (2022-də 161 milyon 630 min manat zərər), icarədən 40 milyon 5 min maat gəlir (2022-də 41 milyon 132 min manatgəlir) əldə edib. 

31 dekabr 2023-cü il tarixində Neft Fondunun cəmi aktivləri 95 milyard 771 milyon 301 min manat olub ki, bu da illik müqayisədə 13,9 % çoxdur.

18.07.2024 15:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ