Naxçıvanda "kölgə iqtisadiyyatı"nın miqyası azaldılıb
17 iyul 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov İqtisadiyyat Nazirliyinin 2024-cü ilin 6 ayında fəaliyyətinin nəticələri barədə hesabatı təqdim etmişdir.
Naxçıvanda "kölgə iqtisadiyyatı"nın miqyası azaldılıb
Abbas İsmayılov bildirib ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən kameral yoxlamaların keyfiyyəti əhəmiyyətli dərəcədə artmışdır. Belə ki, 2024-cü ilin 6 ayında kameral hesablama aparılmış vergi ödəyicilərinin sayı 1024 olub ki, bu da əvvəlki illə müqayisədə 3,4 dəfə çoxdur. Cari ilin eyni dövrü ilə müqayisədə hesablanmış kameral məbləği 3 milyon 621 min manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 2,1 dəfə çoxdur.
Naxçıvanda yumşaq keçid tətbiq edilmişdir
2022-ci illə müqayisədə 2023-cü ildə səyyar vergi yoxlamalarının sayı 9 dəfəyədək, operativ vergi nəzarəti tədbirlərinin sayı isə 4 dəfədən çox azaldılıb.
2024-cü ilin aprel-iyun ayları ərzində keçirilmiş nəzarət tədbirlərinin sayı aktiv vergi ödəyicilərinin cəmi 0,8 faizini təşkil edib.
“Dövlət Proqramı”nın bu bəndi vaxtından əvvəl tam icra edilib
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq sahibkarlıq subyektləri tərəfindən vergi sahəsində könüllü əməletmə səviyyəsinin artırılması məqsədi ilə Naxçıvan, Şərur, Ordubad və Babək şəhərlərində vergi ödəyicilərinə xidmət mərkəzlərinin yaradılması nəzərdə tutulmuşdur. Dövlət proqramının bu bəndinin icarsına uyğun olaraq Naxçıvan, Şərur və Ordubad şəhərlərində vergi ödəyicilərinə xidmət mərkəzləri istifadəyə verilmişdir. Babək şəhərində qurulan xidmət mərkəzi isə istismara tam hazırdır.
Sahibkarlıq subyektləri tərəfindən vergi sahəsində könüllü əməletmə səviyyəsi 2023-cü ildə 95 faiz təşkil etmiş, 2024-cü ilin 1-ci rübündə isə 99 faizə qədər artmışdır. Mərkəzlərdə göstərilən xidmətlərdən məmnunluq səviyyəsi isə 98,4 faiz təşkil edib. Bununla da dövlət proqramının bu bəndi vaxtından əvvəl tam icra edilib.
Naxçıvanda özəl sektorda əmək müqavilələrinin sayı 3,8 dəfə artıb
Muxtar respublikada “Əmək münasibələrinin şəffaflaşdırılması sahəsində vergi nəzarətinin gücləndirilməsi barədə Konsepsiya”nın icrası nəticəsində 1 iyul 2024-cü il tarixə qeyri-dövlət sektorunda aktiv əmək müqavilələrinin sayı 1 yanvar 2023-cü illə müqayisədə 3,8 dəfə və ya 8.647 vahid artaraq 11.706 təşkil edib. İlin əvvəli ilə müqayisədə həmin göstərici 1,8 dəfə və ya 5320 vahid artıb.
Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 48,3 faiz artıb
Naxçıvan Muxtar Respublikasında 1 iyul 2024-cü il tarixinə aktiv vergi ödəyicilərinin sayı 1 yanvar 2023-cü illə müqayisədə 48,3 faiz artaraq 18.841, ƏDV ödəyicilərinin sayı isə 66,2 faiz artaraq 630 təşkil edib.
1 iyul 2024-cü il tarixinə qeydiyyatda olan obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 1 yanvar 2023-cü illə müqayisədə 29,9 faiz artaraq 6538-ə çatıb.
Naxçıvanda məcburi dövlət sosial sığorta üzrə daxilolmalar artıb
2024-cü ilin 6 ayında qeyri-dövlət sektorunda məcburi dövlət sosial sığorta daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 2.3 milyon manat və ya 23,4 faiz artıb.
2022-ci illə müqayisədə 2023-cü ildə qeyri-dövlət sektorunda məcburi dövlət sosial sığorta daxilolmaları 5,2 milyon manat və ya 31,1 faiz artıb.
Naxçıvanda qeyri-dövlət sektorunda əmək haqqları ağardılır
Naxçıvan Muxtar Respublikasında 2024-cü ilin 1-ci rübündə qeyri-dövlət sektorunda fəaliyyət göstərən vergi ödəyicilərində əməkhaqqı fondu 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,9 milyon manat və ya 11 faiz artıb. 2022-ci illə müqayisədə 2023-cü ildə isə əməkhaqqı fondu 22,6 milyon manat və ya 41 faiz artıq olmuşdur.
Naxçıvanda vergi daxilolmaları üzrə proqnozda ciddi artım olub
Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üzrə 2024-cü il üçün müəyyən olunmuş proqnoz 2023-cü illə müqayisədə 17,1 milyon manat və ya 11,6 faiz çoxdur. 2022-ci illə müqayisədə isə 2024-cü ilin proqnozu 51,2 milyon manat və ya 45,3 faiz çoxdur.
Naxçıvanda vergi daxilolmaları 27,9 faiz artıb
2024-cü ilin yanvar - iyun aylarında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 97,2 milyon manat vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 27,9 faiz və ya 21,2 milyon manat çoxdur.
Cari ilin 6 ayında Naxçıvanda vergi daxilolmaları üzrə proqnoz 118,5 faiz icra edilib.
Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 19,7 faiz artıb
2024-cü ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 milyon manat və ya 6,3 faiz artıb. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar isə ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz artaraq 2,1 milyon manata yaxın olub.
Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin eyni dövrünə nisbətən 19,7 faiz artıb və 13,5 milyon manat təşkil edib.
Müştərilərin xəbərləri
Böyük innovasiya festivalı başlayıb - Bu gün startap təqdimatları, müzakirələr, çıxışlar və investorlarla görüşlər olacaq
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 3 saat sonra
-
- 3 d. əvvəl
- 6 d. əvvəl
- 52 d. əvvəl
-
55 d. əvvəl
Yaponiya Mərkəzi Bankı faizi 31 ilin ən yüksək səviyyəsinə qaldırdı
-
1 saat əvvəl
Lisenziya almaq istəyən sahibkarların işi asanlaşdı - Lisenziya prosesi KOB evlərində
-
1 saat əvvəl
699 manatlıq məhsul 229 manata düşdü - Baku Electronics-də qiymətlər dəyişdi – CƏMİ 3 GÜN ®
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Baku ID” innovasiya ekosisteminin nəbzi SABAH.city-də döyünür
-
13 saat əvvəl
Smartfon, noutbuk və texnikaya böyük endirim - iPhone-lara 500 AZN-dək endirim
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Böyük innovasiya festivalı başlayıb - Bu gün startap təqdimatları, müzakirələr, çıxışlar və investorlarla görüşlər olacaq
Azərbaycan neftinin son qiyməti
Azərbaycan Çindən 7 ədəd lokomotiv alıb
Lisenziya almaq istəyən sahibkarların işi asanlaşdı - Lisenziya prosesi KOB evlərində
699 manatlıq məhsul 229 manata düşdü - Baku Electronics-də qiymətlər dəyişdi – CƏMİ 3 GÜN ®
Rəsmi məzənnələr açıqlandı
“Baku ID” innovasiya ekosisteminin nəbzi SABAH.city-də döyünür
Azərbaycanda armatur istehsalı 14 faizdən çox artıb
SOCAR bu ölkədə yeni yanacaqdoldurma məntəqələri tikəcək
“Pirqulu Park” hotelinin açılışı oldu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















