Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub

Məşğulluğa töhfə verən 5 özəl tərəfdaş mükafatlandırılıb — “OBA” da onların arasındadır. Anar Əliyev “OBA”nın rəhbərinə təşəkkürnamə təqdim edib. “OBA” müharibə veteranları üçün yeni iş imkanları yaratmağı hədəfləyir.
AzVak-mobil_resmin_ustu_31
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
iç səhifə xəbər şəkil altı (mobil)_32

Ölkəmizdə ilk dəfə keçirilən Dövlət-Biznes Əməkdaşlığı Forumunda Veysəloğlu Şirkətlər Qrupuna daxil olan  “OBA” marketlər şəbəkəsi müharibə veteranlarının məşğulluğunun təminatına verdiyi mühüm töhfəyə görə təşəkkürnamə ilə təltif edilib.

Təşəkkürnaməni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimovaya təqdim edib.

Forumda məşğulluğun təminatı sahəsində dövlət və biznes arasında əməkdaşlığın gücləndirilməsi, işəgötürənlərə dövlət dəstəyi və birgə təşəbbüslər müzakirə olunub. Tədbirdə həssas qruplara aid şəxslərin məşğulluğunun təminatına mühüm töhfələr verən 5 özəl sosial tərəfdaş mükafatlandırılıb.

Bu təltif “OBA” marketlər şəbəkəsinin sosial məsuliyyət sahəsində fəaliyyətinin və müharibə veteranlarının məşğulluğuna verdiyi töhfənin qiymətləndirilməsidir. Şirkət bu istiqamətdə fəaliyyətini davam etdirərək müharibə veteranları üçün yeni iş imkanlarının yaradılmasını hədəfləyir.  Xatırladaq ki, “OBA” marketlər şəbəkəsi 2023-cü ildən etibarən hər il məşğulluğun dəstəklənməsinə verdiyi töhfələrə görə müxtəlif nominasiyalar üzrə təltif olunub.

OBA marketlər şəbəkəsi Veysəloğlu Şirkətlər Qrupu müharibə veteranlarının məşğulluğu veteranlar üçün iş imkanları Dövlət-Biznes Əməkdaşlığı Forumu OBA təşəkkürnamə Natəvan İbrahimova Anar Əliyev sosial məsuliyyət həssas qrupların məşğulluğu
19.11.2026 17:31
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19